Ana körpəni hər ağlayanda qucağına götürməlidirmi?

Ana körpəni hər ağlayanda qucağına götürməlidirmi?Bir qadın uşağı dünyaya gətirir, lakin nə əmizdirir, nə də qucağa alırsa, bu zaman uşağın ana ilə bağları zəif olur. Bu, onların münasibətinə birbaşa təsir edir. Əslində 2 yaşa kimi əmizdirmək daha çox təmas, daha çox bağ möhkəmliyi üçündür. Çünki əmizdirmək həm də qucaq deməkdir.

Medicina.az xəbərinə görə, həkim-pediatr Aytən İsmayılzadə əsasən yaşlı insanlar arasında geniş yayılmış "Uşağı tez-tez götürmək olmaz, qucağa öyrəşər" fikrinə münasibət bildirib.

Həkim qeyd edib ki, uşaq ilə ana arasında 3 əsas bağ var :

- göbək ciyəsi - ananın qanı ilə uşağa qida maddələri, oksigen, yəni enerji axır;
- Ana südü - qida maddələri verir, bu da enerji deməkdir
- Ana qucağı - istilik, yəni yenə də enerji ötürülür.

Uşaq doğulanda göbək ciyəsi - birinci bağ kəsilir, çünki buna məcburuq. İkinci və üçüncü bağlar isə dövriyyəyə girir: körpə ananın sinəsinə həm təmas, həm də süd yeməsi üçün qoyulur.

"Əgər bu iki bağ vaxtında bağlanmazsa, birinci bağı kəsilmiş körpənin yeni dünyaya adaptasiyası ləngiyir. Hətta sonra tənəffüs problemləri də görülür. Düzdür, tibb bu problemlərin altında nələrsə axtarır. Körpəni tez-tez qucaqda saxlamaq onu tez-tez əmizdirmək kimidir.

Bütün bağların tez qopmasına çalışmamaq lazımdır. Göbək ciyəsini də tələsmədən kəsmək, südü də kəsməyə tələsməmək, qucağı da əsirgəməmək vacibdir. Bu, o deməkdir ki, uşağa verəcəyimiz enerjini əsirgəməməliyik. Birinci bağlar həmişəlik olmasa da, qucaq həmişə var. İsti ana qucağını heç nə əvəz edə bilməz. Və körpələr həqiqətən haqqı olan ana qucağı üçün də ağlayır.

Odur ki, əziz nənələr, analara "Uşağı tez-tez götürmə, qucağa öyrəşər" deməyin", - deyə pediatr çağırış edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 961   Tarix: 13 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, M.Əsgərqız

17.05.2024 512
.

Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub

Qeyri-sabit hava şəraiti Qaxda təsərrüfatlara ciddi ziyan vurub. "Report" xəbər verir ki, dolu yağıb, yağış suları həyətlərə dolub. Məlumata görə, bu gün səhər saatlarında güclü yağış və dolu rayonun Tasmalı, Marsan, Turaclı və Əlibəyli kəndlərində evlərə və təsərrüfatlara ziyan vurub. Hazırd

15:37 0
.

Fransız polisi sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb

Fransanın şimalındakı Rouen şəhərində polis sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb. xəbər verir ki, saat 06.45-də Ruandakı sinaqoqdan tüstünün gəldiyi barədə polisə məlumat verilib. Şəxs hadisə yerinə gələn polis əməkdaşına hücum edib. Polisin vurduğu şəxs dünyasını dəyişib. Daxil

17.05.2024 259
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

14:42 114
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

13:26 156
.

Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb. APA xəbər verir ki, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Əli Qoçaliyev bıçaqlanma diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mil-Muğan bürosunun sorğusun

16:34 0
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

14:26 159
.

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı hər il təxminən min nəfərə çatır

17.05.2024 277
.

Dünyanın ən uzun telefon danışığı: 54 saatdan çox

Ən uzun telefon danışığı rekordu 2012-ci ildə qeydə alınıb. Telefon danışığı 43 saatı keçib. xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Latviyanın "SponsorKing" reklam agentliyi və tanınmış telekommunikasiya operatoru əvvəlki dünya rekordunu qırmaq məqsədi ilə müsabiqə təşkil ediblər

14:15 142