Bu çimərliklərdə çimmək olmaz - SİYAHI

Bu çimərliklərdə çimmək olmaz - SİYAHI2022-ci il yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə, Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib.

BiG.AZ xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müayinələrin nəticələrinə əsasən Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Nardaran çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.

Aparılmış monitorinqlər zamanı Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya-mühafizə zonalarında dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi müəyyən edilib. Nəticədə qeyd olunan çimərliklərin suyunda mikrobioloji çirklənmə göstəriciləri normadan çox olub.

Həmçinin, aparılmış monitorinqlər zamanı Suraxanı rayonu Hövsan, Xəzər rayonunun Türkan çimərliklərinin sanitariya-mühafizə zonalarına buraxılan tullantı çirkab suları ilə çirkləndirilməsi səbəbindən dəniz suyunun mikrobioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.

Aparılmış laborator müayinə nəticələrinə əsasən, Pirşağı çimərliyinin suyunun mikrobioloji çirklənmə göstəriciləri də sanitariya norma və qaydalarının tələblərinə cavab verməyib.

Sumqayıt şəhər çimərliyində aparılmış monitorinq zamanı laboratoriya müayinəsinə götürülmüş dəniz suyu nümunələrində mikrobioloji çirklənmə göstəricisi olan bağırsaq çöpləri qrupu bakteriyaların sayı normadan çox olub.

2022-ci il ərzində çimərlik mövsümündə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, "Sanitariya-Epidemioloji Salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununa istinadən, Səbail rayonun Şıx, Qaradağ rayonun Sahil, Suraxanı rayonun Hövsan, Xəzər rayonun Türkan, Sabunçu rayonun Pirşağı çimərliklərinin və göstərilən ərazilərdə qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq olaraq qərarları qüvvədə saxlanılıb, həmçinin Sumqayıt şəhər çimərliyinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qərar qəbul olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 967   Tarix: 09 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ-da çökmüş körpünün dağıntıları nəzarət altında partladılıb

ABŞ-ın Baltimor şəhərində çökmüş körpünün partladılıb. BİG.AZ xəbər verir ki, Merilend ştatında yük gəmisinin toqquşması nəticəsində dağılan "Francis Scott Key" körpüsünün dağıntıları nəzarət qaydasında partladılıb. Bu barədə BBC məlumat yayıb. Məlumata görə, martın 26-da ölən sonuncu işçini

15:12 121
.

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib:. - Azərbayca

10:24 967
.

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 277 nəfərə çatıb

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 277 nəfərə çatıb. Bu barədə hökumət sözçüsü İsaak Maura ölkəyə təsir edən daşqınlarla bağlı mətbuata açıqlama verib. Maura bildirib ki, pis hava şəraiti təqribən 411 min insana, 56 min ailə isə evlərini tərk etməl

16:25 130
.

Aİ İrana qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqı Rusiyaya hərbi dəstək və Qırmızı dəniz bölgəsində fəaliyyət göstərən qruplara dəstək iddiası ilə İrana qarşı sanksiyaları genişləndirib. xəbər verir ki, bu barədə Aİ məlumat yayıb. "Rusiyanın Ukraynaya hücumunu, eləcə də İranın Yaxın Şərq və Qırmızı dəniz regionunda qeyri-dövlə

20:30 61
.

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Yemək bizi xoşbəxt edən əsas vasitələrdəndir. Bu, elmi cəhətdən də sübut olunub. Yaxşı bəs düzgün və qədərində yeməyi bacarırıq? Yoxsa israfa yol veririk? Xüsusən də restoranlarda yeyə biləcəyimizdən daha çox sifariş edəndə bu hal baş verə bilir. Bəzi restoranlarda müştəri qabağından qalan, əl toxunulmamı

20:59 0
.

Azərbaycanda vulkan püskürdü - 15 il sonra

13 may 2024-cü il tarixində yerli vaxtla saat 02:13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən BİG.AZ-a verilən məlumata görə, püskürmə 9 dəqiqə davam edib. Vulkan pükürməsindən əvvəl alo

13.05.2024 446
.

Azərbaycanda yüksəkvəzifəli şəxs işdən azad edildi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib. "Qafqazinfo"nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb. Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, V.Hüseyno

21:32 0
.

Blogerlərə bununla bağlı xəbərdarlıq edildi

Sosial şəbəkə fenomenləri, influenser və blogerlərə qumar oyunlarının, icazəsiz lotereyaların reklamı ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə informasiya qurumun yaydığı məlumatda yer alıb. Mənbə bu cür reklamların qadağan olunduğun

14:24 328
.

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının adı dəyişdirilir

"Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar verilib. xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikası Gənclə

16:48 274