Şəhid mayor haqqında yazılmış "Şuşa fatehi" kitabının təqdimatı keçirildi

Şəhid mayor haqqında yazılmış "Şuşa fatehi" kitabının təqdimatı keçirildiRespublika Gənclər Kitabxanasında Moskvada yaşayan soydaşımız, yazıçı-publisist Ulduz Qasımın son zamanlarda çapdan çıxmış üç kitabının - "Qarabağda qiyamət", "Ağ göyərçinlər" və "Qaçaq Aslan" əsərlərinin təqdimat mərasimi keçirildi.
Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov öz çıxışında qəlbi daim vətən sevgisi ilə döyünən, vətənpərvər xanım Ulduz Qasımın yaradıcılığında Qarabağ mövzusunun aparıcı xətt olduğunu, bu mövzuda qələmə aldığı əsərlərin gələcək nəsillər üçün müstəsna dəyərini, tarixi əhəmiyyətini qeyd etdi.
Tədbirdə "Xalq qəzeti"nin baş redaktorunun müavini, əməkdar jurnalist Tahir Aydınoğlu Ulduz xanımın qürbət eldə Vətən sevgisi ilə qələmə aldığı hər bir əsərinin Azərbaycanın, Qarabağ tarixinin, hadisələrinin təbliğatı yönümündə olan əhəmiyyətindən danışdı. Müəllifin Qarabağ mövzusunda yazdığı əsərlərin canlı şahidlərin xatirələri, Ulduz xanımın şəxsi tədqiqatları sayəsində yazıldığını söylədi. O bildirdi ki, Qarabağ uğrunda Vətən müharibəsindən bəhs edən ilk irihəcmli nəsr əsəri olan "Qarabağda qiyamət" romanında bu tarixi zəfərin geniş bədii-sənədli mənzərəsi əks olunub. Əsərdə Şuşa uğrunda misilsiz savaş daha geniş salnamələşib. Heydər Əliyev adına Ali Hərbi Məktəbin qardaş Türkiyədə 3 hərbi məktəb bitirmiş müəllimi şəhid Fərid Ələkbərovun əfsanəvi qəhrəmanlığı əhatəli təsvir olunub.
Tahir Aydınoğlu bildirdi ki, bu yaxınlarda Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın Ulduz Qasımın "Qarabağda qiyamət" romanının baş qəhrəmanı şəhid mayor Fərid Ələkbərovun evində olub, ailəsini ziyarət edib və şəhidin anasıŞukufə xanımla səmimi söhbət edib. Zəkəriyyə Yalçın söhbət zamanı Fərid Ələkbərovun qəhrəmanlıqları barəsində Türkiyədə də çox məlumatlı olduğunu şəhid anasının nəzərinə çatdırıb və ona öz təşəkkürünü bildirib.
Jurnalist mərasim iştirakçılarına xatırlatdı ki, şəhid mayor Fərid Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1996-cı ildə Türkiyədə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə daxil olan Fərid 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Daha sonra isə Fərid Türkiyənin İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olaraq buranı da müvəffəqiyyətlə bitirib. Həmçinin 2005-ci ildə Polatlı Topçu Məktəbini də fərqlənmə diplomu ilə başa vurub.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında iştirak edib, daha sonra isə Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. O, noyabrın 8-də Xankəndi istiqamətindəki döyüşlərdə düşmənlə üz-üzə savaşaraq ayağından qəlpə yarası almasına baxmayaraq döyüşü davam etdirib. Döyüş zamanı Fərid Ələkbərov düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək taborun mühasirədən çıxmasında böyük rol oynayıb. Təəssüf ki, bu, Fəridin sonuncu döyüşü olub. Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa şəhəri yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə mayor Fərid Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunması", "İgidliyə görə" medalları ilə təltif edilib. Bütün bunlar barədə Ulduz Qasım romanda böyük sevgi və öyünclə söz açıb.
Tədbirdə iştirak edən qonaqlar - əməkdar jurnalistlər Zemfira Məhərrəmli və Antiqa Qonaq, "Şuşa" qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Vasif Quliyev Ulduz Qasımın yaradıcılığının müxtəlif çalarlarını, toxunduğu aktual və vacib mövzuları, məhsuldar, həm də olaylara fərqli baxış sərgiləyən bir yazar kimi geniş oxucu kütləsinə malik olduğunu qeyd etdilər.Müəllifin qələmə aldığı bütün əsərlərdə müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri, oxucuları riqqətə gətirən səhnələr haqqında danışdılar. Bu əsərlərin xarici dillərə tərcümə olunması və daha geniş oxucu auditoriyasında təbliğ olunması zəruriyyətini vurğuladılar.
Sonda müəllif Ulduz Qasım bu tədbirin məhz mədəniyyət ocağı olan gənclər kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduğunu qeyd etdi, tədbirin təşkilinə görə kitabxanaya öz dərin minnətdarlığını bildirdi. Təqdimatı keçirilən kitabların vətənpərvərlik ruhunda yazılan, baş vermiş tarixi gerçəkliklərə əsaslanan əsərlər olduğunu söyləyərək, bundan sonra da bütün yaradıcılığını bu mövzuya həsr edəcəyini bildirdi.
Ulduz Qasım Bakıda olduğu günlərdə Şuşa fatehi Fərid Ələkbərovun ailəsi ilə görüşüb geniş material toplayacağını və şəhid qəhrəman barədə ayrıca kitab yazacağını da söylədi.
Tədbirin sonunda müəllif kitablarını imzalayaraq, ilk nüsxələrini şəhid Fərid Ələkbərovun anası Şukufə Hüseynovaya və digər qonaqlara təqdim etdi.

Şəhid mayor haqqında yazılmış "Şuşa fatehi" kitabının təqdimatı keçirildiŞəhid mayor haqqında yazılmış "Şuşa fatehi" kitabının təqdimatı keçirildiŞəhid mayor haqqında yazılmış "Şuşa fatehi" kitabının təqdimatı keçirildiŞəhid mayor haqqında yazılmış "Şuşa fatehi" kitabının təqdimatı keçirildi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 580   Tarix: 08 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

12:45 123
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

20:45 96
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

20:39 113
.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

10:03 353
.

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Məlumata görə, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdar

20:36 96
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

17:21 158
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

22:00 0
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 874
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

13:08 128