"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO

"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Gənclik Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" premium kinoteatrında çoxdan gözlənilən "Top Qan 2" filmi ilə bağlı tədbir keçirilib.

1986-cı ildə çəkilmiş "Top Qan" filminin davamı olan ekran işi baş rolda Tom Kruzun oynadığı, Cozef Kosinskinin isə rejissoru olduğu ABŞ döyüş filmidir.

"Top Qan 2" filminin baş rollarında həmçinin Cennifer Konelli və Ed Harris çəkiliblər.

"Maverick" ləqəbli Pit Mitçel 30 ildən artıqdır ki, Hərbi Dəniz Qüvvələrinin ən yaxşı pilotlarından biridir: sərhədləri aşan, qorxmaz pilot onu əbədi şəkildə yerə endirəcək yüksəlişdən ehtiyat edir.

"Top Qan" məzunlarından ibarət dəstəni əvvəllər görünməmiş xüsusi bir missiyaya hazırlayarkən "Maverick" mərhum dostu, leytenant Nik Bredşounun oğlu leytenant Bredli Bredşou ilə tanış olur. Qarşıda onu qeyri-müəyyənlik, geridə isə keçmişin xəyalları gözləyir. "Maverick" uçuşa təyin olunanlardan müstəsna fədakarlıq tələb edən missiyanın bir hissəsi kimi reallaşmaq təhlükəsi olan dərin qorxuları ilə üzləşməyə məcbur olur.

Tədbirdə fəxri qonaq qismində 44 günlük Vətən müharibəsində Azərbaycanımızın hava məkanını qoruyan, eləcə də Qarabağ səmasında düşmənin texnikalarını və şəxsi heyətini məhv edən, müxtəlif orden və medallarla təltif olunmuş, çətin, lakin şərəfli peşə sahibləri olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin pilot heyəti iştirak edib.

Onlar arasında pilotlar - mayor Oruczadə Faiq Niyaz oğlu, kapitan Əşrəfov Rəvan Rasim oğlu, kapitan Orucov Soltan Yaqub oğlu, kapitan Qurbanzadə Nihat Elçin oğlu və kapitan Səfərov Fikrət Cəfər oğlu olub.

Həmçinin tədbirə kinoteatrın digər qonaqları - Azərbaycan Respublikasının Xalq artisti Faiq Ağayev, şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqerlər, sahibkarlar da qatılıblar.

Tədbirdə istifadə olunan tematik dekorasiya kinoteatrda filmin ab-havasını yaradıb. Dekor bir neçə hissədən ibarət olub. Belə ki, kinoteatrın foyesi uçuş zolağına çevrilib, qonaqların başlarının üzərindən buludlar keçib, həmçinin qəhrəmanını gözləyən motosiklet də təqdim olunub.

Bütün qonaqlar özlərini pilot kimi hiss etmək üçün unikal fürsət əldə ediblər. Bunun üçün sadəcə "Virtual zona"ya getmək və virtual reallıq eynəklərini taxmaq kifayət edib.

Tədbirin təşkilində "Brand Media Groups", "Bolşoy Prazdnik" event şirkəti, "FRYDAY Burgers & Fries" restoranı, "Light in Black" kreativ şirkəti (foto və videoçəkiliş), "Savalan Winery" şirkəti, "Virtual zone" əyləncə mərkəzi, "Tupinamba" (qəhvə) və "Red Bull" dəstək göstəriblər.

Qeyd etmək istərdik ki, "Top Qan 2" filmini "Dəniz Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 988   Tarix: 06 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

16:40 117
.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

04.05.2024 389
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

04.05.2024 1062
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

16:50 127
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

17:10 98
.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

20:40 0
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 206
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

17:18 251
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

17:30 89