Latın Amerikasının nüfuzlu jurnalı Azərbaycanın tarixi uğurlarından yazıb
Meksika və Latın Amerikasının ən böyük ali təhsil müəssisəsi olan UNAM universitetinin rəsmi "AAPAUNAM" jurnalında bu ölkədəki səfirimiz Məmməd Talıbovla müsahibə əsasında Azərbaycan haqda və Meksika ilə ikitərəfli əlaqələrimiz barədə geniş material yer alıb.
Azərbaycanın Meksikadakı səfirliyindən "Report"a bildrilib ki, redaksiyanın suallarına səfir M.Talıbov tərəfindən verilən cavablar əsasında hazırlanmış yazıda ölkəmizin ilk müstəqilliyi, AXC-nin qısa mövcudluq dövrü ərzində dövlət quruculuğu sahəsində qazandığı uğurlar, müstəqilliyin bərpasından sonra Azərbaycanın qarşılaşdığı çətinliklər, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında əldə olunmuş uğurlar barədə məlumat verilir.
Ardınca müasir Azərbaycanın iqtisadi nailiyyətləri, bu xüsusda, həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat-infrastruktur layihələri, ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi üçün aparılmış islahatlar, yeni yaradılmış sənaye parkları, o cümlədən Ələt Azad İqtisadi Zonası və onun xarici sahibkarlar, habelə meksikalı iş adamları üçün təqdim etdiyi səmərəli biznes imkanları haqda danışılır.
Azərbaycanın turizm sektorunun inkişafına da xüsusi yer ayrılmış yazıda paytaxt Bakı və regionlarda yaradılmış turizm infrastrukturu, habelə ölkəmizin zəngin iqlimi, rəngarəng təbiəti, dəyərli tarixi-memarlıq abidələri və mətbəxindən bəhs edilir.
Müsahibədə 40-a yaxın müxtəlif xalqların birgə, sülh içində yaşadığı Azərbaycanın zəngin çoxmədəniyyətlilik ənənələri ilə tanındığı, mədəniyyətlərarası dialoqun inkişafında önəmli rol oynadığı və qeyd olunan məsələlərdəki xidmətləri sayəsində Roma Papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığı qeyd olunur. Həmçinin ölkəmizdə əcnəbi tələbələr üçün olan geniş təhsil imkanları barədə məlumat verilir.
Yazıda həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı ərazilərinin 30 ilə yaxın davam etmiş işğalına son qoyduğu və hazırda azad edilmiş ərazilərin intensiv bərpası üzərində işlədiyi məlumat verilir.
Müsahibədə Azərbaycanla Meksika arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri haqda da söhbət açılır, bu xüsusda iki ölkə arasında siyasi və iqtisadi-ticari əməkdaşlığın genişləndiyi, xüsusilə ikitərəfli ticarət dövriyyəsinin son illərdə nəzərəçarpan dərəcədə artdığı qeyd olunur, habelə turizm, mədəniyyət və elm-təhsil sahələrində müsbət əməkdaşlıq təcrübəsindən bəhs edilir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 386 Tarix: 05 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşRusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı
28.04.2024 613 Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi
Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya
28.04.2024 194 Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək
Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca
28.04.2024 248 Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb
Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını
28.04.2024 210 Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb
Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı
28.04.2024 238 BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"
BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir
28.04.2024 175 Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO
Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın
28.04.2024 473 Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"
ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa
28.04.2024 206 Belçika Ukraynaya F-16 göndərəcək
Belçika Ukraynaya F-16 göndərəcək. BİG.AZ xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Alexander De Croo məlumat yayıb. Məlumata əsasən, ilin sonuna qədər Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəklərini açıqlayıb. O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcə
11:07 96