Bakı Enerji Həftəsi ölkəmiz üçün yeni perspektivlərlə zəngin olacaqdır

Bakı Enerji Həftəsi ölkəmiz üçün yeni perspektivlərlə zəngin olacaqdırİyun ayının 1-dən 4-nə kimi Bakıda keçirilən Beynəlxalq Enerji həftəsi çərçivəsində keçirilən neft-qaz sərgisi bütövlükdə Xəzər regionunun ən böyük tədbiridir. Bu tədbirdə 30 ölkədən 249 şirkət iştirak edir. Onların arasında ABŞ, Avropa İttifaqına üzv olmuş ölkələr, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Sinqapur, Çin və s. aparıcı ölkələrin şirkətləri vardır. Bu da onu gösrətir ki, Beynəlxalq Enerji həftəsi böyük iştirakçılıq və coğrafi baxımdan geniş regionu əhatə edən bir tədbirdir.
Beynəlxalq Enerji həftəsi Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunması və xüsusən regionun eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasını şərtləndirən faktorların məlumatının dünyaya çatdırılması baxımından vacibdir və belə bir tədbirin keçirilməsi Azərbaycanın regionda enerji siyasətində öndə olan dövlətlərdən biri olduğunu təsdiq edir. Bu Azərbaycanın enerji sahəsindəki əlaqələrinin qurulması, müzakirələrin aparılması, yeni texnologiyaların tətbiqi imkanları ölkəmizin potensialının tətbiqi deməkdir. Bu Azərbaycanın enerji sektoru, eyni zamanda iqtisadiyyatı üçün önəmlidir.
Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda neft sənayesinin inkişafına göstərilən diqqətin, onun hazırladığı neft strategiyasının daha geniş miqyasda tətbiqinin nəticəsidir. Ulu öndər Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması "Əsrin kontraktı""nın imzalanması ilə təsdiqləndi. Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır.
Artıq Azərbaycan 27-ci dəfədir ki, bu cür tədbirə ev sahibliyi edir. Bu cür sərgi, konfranslar Azərbaycana marağı olan tərəfləri bura gətirir və Azərbaycanın istehsalçılarını həmin o marağı olan tərəflərlə bir müstəvidə birləşdirir. Diigər tərəfdən biz dünyaya mesajlar veririk ki, bizim enerji ölkəsi olaraq onların dünya bazarlarına çıxarılma imkanlarımız da genişdir.
Azərbaycandan Gürcüstanın Supsa limanına gedən birinci neft boru kəməri işləyir. Bunun sayəsində Azərbaycan ixrac məhsulları ilə bir çox ölkələrin tələbatlarını təmin edir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi. Bu kəmərlər və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başlayıb.
Azərbaycan da bu sərgi ilə dünyaya göstərir ki, təkcə neft-qaz istehsal edən ölkə deyil, həm də bərpa olunan alternativ energetikasını da inkişaf etdirir. Bu sahə üzrə də əməkdaşlığı var. Hesab edirəm ki, Bakı Enerji Həftəsi çərçivəsində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu bu baxımdan böyük əhəmiyyət daşıyacaq. Bakı Enerji Həftəsində aparılacaq müzakirələr ölkəmiz üçün yeni perspektivlərlə zəngin olacaqdır.

Təranə Zeynalova – BDU-nin professoru, Tarix elmləri doktoru


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 530   Tarix: 04 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

15:28 164
.

Bişkekdə yataqxanada baş verən qarşıdurmadan sonra son vəziyyət açıqlanıb

Gecə saatlarında Bişkekin mərkəzində, yataqxanada baş verən qarşıdurmadan sonra vəziyyət sabitləşib. Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. "Bişkek şəhərində vəziyyət sabitdir, hazırda ərazidəki vəziyyət polisin tam nəzarəti altındadır. Mitinqin bütün iştirakçılar

18:50 128
.

Qırmızı dənizdə tanker raketlə vurulub

Panama bayrağı altında üzən neft tankeri Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbdə raket zərbəsi nəticəsində zədələnib. Məlumata görə, gəminin göyərtəsində yanğın baş verib. Mayın 18-nə keçən gecə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi Yəmənin Hudeyda liman şəhərini

21:00 58
.

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO

Vətən müharibəsi şəhidi İzzət Həmidovun şəhid olduğu yer ziyarət olunub. Şəhidin anası, qardaşı və döyüş yoldaşı Füzulinin Qaraxanbəyli kəndinə gedərək İzzətin son nəfəsini verdiyi yerdə onunla bağlı xatirələrini bölüşüblər. Baku TV-yə danışan şəhid anası Vəfa İzzətli övladının şəhid olduğunu hiss etdiyin

17.05.2024 1036
.

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın milli məhsullarının dequstasiyası keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları qismində "Azərbaycan" pavilyonunun rəhbərliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaları

22:30 0
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

13:26 227
.

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyduğunu açıqlayıb. "Report"un yerli bürosu xəbər verir ki, o, bununla bağlı keçirdiyi brifinqdə deyib. Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşd

19:40 95
.

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələri üzrə Yol Xəritəsi təqdim olunacaq

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələrində təkmilləşmələrin həyata keçirilməsi barədə 2024-cü il üzrə Yol Xəritələri təqdim olunacaq. "Report" xəbər verir ki, Yol Xəritəsi mayın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın iclasında təqdi

18:30 120
.

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 hərbçi yaralanıb. Onlardan 6-sının durumunun ağır olduğu bildirilib

17:20 139