"Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv..." - Dr. Samir Şükürov

"Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv..." - Dr. Samir ŞükürovKönül Cəfərli ilə "Peşəkar həkim" layihəsinin növbəti qonağı "Olimp Hospital"ın baş direktoru, yüksək ixtisaslı mütəxəssis, həkim-endokrinoloq Samir Şükürovdur. Müsahibimiz şəkərli diabet xəstəliyi haqqında suallarımızı cavablandırıb.

"Qafqazinfo" müsahibəni təqdim edir:

Arayış

Peşəkar endokrinoloq Samir Şükürov 2010-cu ildə Azərbaycan Tibb Universitetini, 2015-ci ildə isə Türkiyə Respublikasının Bezmialem Vakıf Universitetini bitirib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantıdır. S.Şükürov ixtisası üzrə Böyük Britaniya, İtaliya, İsveç, Almaniya, İspaniya da daxil olmaqla Avropanın 15-dən çox ölkəsində keçirilmiş beynəlxalq konfrans və təlimlərdə iştirak edib. Türkiyə Endokrinologiya və Metabolizm Dərnəyinin (TEMD) fəxri, Avropa Endokrinologiya Cəmiyyətinin (ESE) və Amerika Klinik Endokrinologiya Assosiasiyasının (AACE) həqiqi üzvüdür.

Dr. Samir Şükürov şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri (zob), hipofiz vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, endokrin sonsuzluq, osteoporoz (sümük əriməsi), endokrin hipertoniya (yüksək qan təzyiqi), menstrual tsikl pozğunluğu, boy qısalığı, artıq çəki kimi bütün növ endokrinoloji problemləri beynəlxalq protokollar əsasında peşəkarlıqla müalicə edir.

2021-ci ildən "Olimp Hospital"ın baş direktoru vəzifəsində çalışır.

- Şəkərli diabet xəstəliyi nədir?

- Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində ortaya çıxan, qanda şəkərin miqdarının yüksəlməsi ilə gedən xroniki metabolik xəstəlikdir.

- Bu xəstəliyin hansı risk faktorları var?

- Araşdırmalara görə, risk daşıyan genlər var. Odur ki, birinci dərəcəli qohumları şəkərli diabet olan şəxslər risk qurupuna daxildir. Eləcə də artıq çəkidən və yüksək qaz təzyiqindən əziyyət çəkən, 4 kiloqramdan artıq uşaq dünyaya gətirən, az hərəkət edən, yaşı 45-dən yuxarı olan şəxslər risk qrupuna aiddir. Genetik faktor mühüm əhəmiyyət kəsb etsə də, şəkərli diabeti yaradan başqa səbəblər də var. Bura artıq çəki, oturaq həyat tərzi, sağlam qidalanmamaq kimi amillər daxildir. Genetik faktor mühüm rol oynadığından birinci dərəcəli qohumlarınız arasında şəkərli diabet xəstəsi varsa, həyat tərzinə, qidaya və çəkiyə xüsusi diqqət yetirməlisiniz. Lakin bu heç də o demək deyil ki, şəkərli diabet xəstəsi olan qohumunuz varsa, siz də mütləq bu xəstəliyə yoluxacaqsınız. Sadəcə, bütün ehtimallara qarşı özünüzü qorumağınızı tövsiyə edirik.

- Xəstəliyin əlamətləri nələrdir?

- İlkin mərhələdə halsızlıq, yorğunluq, yuxululuq, sonrakı etaplarda isə tez-tez sidiyə getmək, ciddi çəki itkisi, dəridə və ağızda quruluq hissi, bulanıq görmə, dəridə qaşınma, sidik yolu infeksiyalarının yaranması kimi hallar müşahidə olunur. Bu xəstəlik zamanı bədən su, su ilə birgə də şəkər itirir. Orqanizm şəkəri enerji mənbəyi kimi istifadə edə bilmədiyindən öz yağlarını əritməyə başlayır. Nəticədə xəstə sürətlə arıqlayır. Odur ki, tez-tez sidiyə gedir, ağızda quruluq hiss edir və ciddi çəki itirirsinizsə, gecikmədən həkim-endokrinoloqa müraciət edin.

- Gecikmək hansı ağırlaşmalara səbəb olur?

- Şəkərli diabet gözə, ürəyə, böyrəklərə, beyinə, ayaq damarlarına ciddi təsir edir. Gözdə yaranan diabetik retinopatiya nəticəsində görməni tamam itirən, qanqrena səbəbindən hər iki ayağı amputasiya edilən xəstələr olur. Halbuki düzgün diaqnoz və beynəlxalq protokollar əsasında müalicə ilə bütün ağırlaşmalardan qorunmaq mümkündür. Diabetlə əlaqəli yaranan bütün fəsadların səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasiyent qanda şəkərin miqdarını idarə edə bilsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcək və heç bir ağırlaşma ilə üzləşməyəcək.

- Ayaqları amputasiya olunan şəkər xəstələrinə çox rast gəlirik. Ayaqları necə qorumaq olar?

- Bu xəstəliyin ən sıx rast gəlinən ağırlaşmalarından biri diabetik ayaq problemidir. Müalicəsiz qaldıqda, yaxud da yanlış müalicə nəticəsində ayaqlarda qanqrena yaranır və amputasiya olunur. Odur ki, bu xəstələr ayaqlarına qulluq etməli, hər cür zədələnmədən qorumalıdırlar. Ayaqlar hər gün yuyulmalı, corablar düzgün seçilməli, xüsusi ortopedik ayaqqabı geyinilməli, dəridə quruluq varsa, nəmləndirici kremlərdən istifadə olunmalıdır. Bayırda, hətta evdə belə ayaqyalın gəzmək olmaz. Bu cür xəstələrdə hissiyyat zəif olduğundan bəzən ayaqlarına yad cismin batmasını belə hiss etmirlər. Nəticədə dəri toxumasında infeksiya yaranır, yayılır və zamanla diabetik ayağa çevrilir.

- Bu xəstəliyin bir neçə tipi var?

- Şəkərli diabet yaranma faktorlarına görə "Tip 1 DM", "Tip 2 DM", hamiləlik diabeti kimi bir neçə tipə bölünür. Əgər insulin çatışmazlığı varsa, yaxud da ümumiyyətlə insulin ifraz olunmursa, bu hal "Tip 1 DM"ə aiddir. Adətən, bu tip 30 yaşa qədər insanlarda rast gəlinir. Bura uşaqlar və yeniyetmələr də daxildir. Bu xəstələrin müalicəsində insulin inyeksiyalarının qəbulu və qidalanmaya diqqət etmək şərtdir. Həmçinin fiziki aktivlik də önəmlidir. Çünki xəstə müalicə olunmadığı halda diabetik komaya girə, hətta ölə bilər.

"Tip 2 DM" isə insulinə qarşı müqavimətin və ya insulin sekresiyasının azalması il bağlıdır. Daha çox 30 yaşdan yuxarı və artıq çəkidən əziyyət çəkən insanlarda rast gəlinir. Bu tip xəstəlikdə genetik faktor çox böyük rol oynayır. Belə ki, əgər valideynlərdə şəkərli diabet varsa, uşaqlar 38 faiz risk daşıyırlar.

- İnsanları ən çox bu sual maraqlandırır: şəkərli diabet tamamilə sağalırmı?

- Bu xəstəlikdən birdəfəlik xilas olmaq mümkün deyil. Lakin düzgün müalicə ilə qanda şəkərin səviyyəsini normada saxlaya və heç bir ağırlaşma olmadan həyatına davam edə bilərsən.

- Bəs qanda şəkəri necə normada saxlamaq olar?

- Sağlam həyat tərzi, pəhriz, fiziki aktivlik, artıq çəkidən xilas olmaq, düzgün müalicə ilə şəkəri normada saxlamaq mümkündür.

- Bütün şəkər xəstələri insulin qəbul etməlidir?

-İnsulin hər şəkər xəstəsinə təyin olunmur. Bunun üçün tibbi göstəriş lazımdır. Bəzi xəstələrin insulinsiz də qanında şəkəri normada saxlamaq olur. Həkim buna xəstəni müayinə edəndən sonra qərar verir. Qan təhlillərinə əsaslanaraq hər bir pasiyentə uyğun düzgün müalicə metodunu təyin edirik.

- İnsulin təyin olunmuş xəstə ömrünün sonunadək onu qəbul etməlidirmi?

- Xeyr! Kiməsə insulin təyin olunubsa, bu o demək deyil ki, ömrünün sonunadək insulin qəbul etməlidir. Əgər müalicə effekt verərsə, qan təhlillərinə əsasən həkim insulini dərman müalicəsi ilə əvəz edə bilər.

- Şəkərli diabet xəstəliyinin müasir müalicə metodları hansılardır?

- Bu xəstəliyin müalicəsində insulin inyeksiyalarından və dərman preparatlarından istifadə olunur. Şəkərli diabetin müalicəsi üçün istehsal olunmuş yeni dərmanlar artıq ölkəmizə də gətirilir. Burada önəmli olan düzgün diaqnoz və müalicə taktikasını təyin etməkdir. Bəzən deyirlər ki, xəstənin şəkəri düşmür. Deməli, ya yanlış, ya da yetərsiz müalicə alır. Doğru müalicə ilə bütün xəstələrdə şəkəri normada saxlamaq mümkündür.

- Bir az öncə pasiyentlərinizlə tanış olduq. "Samir həkimin sayəsində illərdir heç bir şikayətimiz yoxdur",- dedilər. Bu uğurlu nəticəni necə əldə edirsiniz?

- Bildiyiniz kimi, tibb inkişaf edən bir sahədir. Hər bir həkim gərək tibbdə baş verən yenilikləri izləsin, daim öz üzərində çalışsın. Xarici ölkələrdə keçirilən təlimlərə, konfranslara qatılır, beynəlxalq protokolları təqib edirik. Həkim pasiyenti lazımi təhlillərdən keçirib düzgün müalicə təyin edərsə, şəkər xəstəsi də heç bir şikayəti olmadan, ayağında, gözündə və digər orqanlarında problem yaranmadan həyatına davam edə bilər.

Təbii ki, hər bir xəstəyə fərdi yanaşmaq da mühüm amildir. Yeri gəlmişkən, ABŞ-da aparılan araşdırmalar nəticəsində məlum olub ki, şəkərli diabet xəstəsi olan insanlar bu xəstəliyi olmayan şəxslərlə müqayisədə daha uzun ömür yaşayırlar. Bu nəticə şəkər xəstələrinin daim həkim nəzarətində olması, vaxtlı-vaxtında müayinələrdən keçməsi, yanaşı xəstəliklərinin tez aşkar edilməsi və müalicə almaları ilə bağlıdır.

Bir məqamı da xüsusən vurğulamaq lazımdır ki, ölkə başçısı cənab İlham Əliyevin şəkərli diabet xəstələrinə xüsusi diqqət və qayğısı var. Bildiyiniz kimi, Azərbaycanda "Şəkərli diabet üzrə Dövlət Proqramı" həyata keçirilir və bu xəstələr dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunur.

- "Olimp Hospital"da fəaliyyət göstərirsiniz. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş klinikanız var. Şəkərli diabet xəstələri elə "Olimp Hospital"da bütün müayinə və təhlillərdən keçə bilərlər.

- Bəli. Peşəkar heyətimizlə vətəndaşlarımıza yüksək tibbi xidmət göstərməyə çalışırıq. Sağlamlığını bizə etibar edən hər bir xəstə "Olimp Hospital" üçün çox dəyərlidir. Bizim üçün pasiyent məmnunluğu ən böyük mükafatımızdır.

Qeyd: Dr. Samir Şükürov şəkərli diabet və digər endokrinoloji xəstəlikləri peşəkarlıqla müalicə edən yüksək ixtisaslı mütəxəssisdir. Maraqlananlar həkimlə (050) 222-06-55 mobil nömrəsi, http://drsamirshukurov.az/http://endokrinoloq.com/ saytları vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.facebook.com/endokrinoloq.dr.samirshukurov/ feysbuk, eyniadlı "endokrinoloq.dr.samirshukurov" instaqram və https://www.youtube.com/channel/UCicuFgLwOstkmLaH0olI82w yutub hesabları ilə də həkimə elektron müraciət etmək olar.

"Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv..." - Dr. Samir Şükürov"Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv..." - Dr. Samir Şükürov"Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv..." - Dr. Samir Şükürov"Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv..." - Dr. Samir Şükürov"Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv..." - Dr. Samir Şükürov"Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv..." - Dr. Samir Şükürov"Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv..." - Dr. Samir Şükürov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4596   Tarix: 31 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814