Afət Fərmanqızı: "Vasif əsl kişidir" - AÇIQLAMA

Afət Fərmanqızı: "Vasif əsl kişidir" - AÇIQLAMAXəbər verdiyimiz kimi, Əməkdar artist Vasif Məhərrəmli verilişlərin birində ilk həyat yoldaşını və bətnindəki övladını xatırlayaraq efirdə ağlayıb.

Sözügedən hadisədən sonra sosial şəbəkələrdə Məhərrəmli haqqında xoşagəlməz şərhlər yazılıb. Paylaşımın altına şərh yazan sosial şəbəkə istifadəçiləri Vasif Məhərrəmlinin ilk həyat yoldaşını döyərək öldürdüyünü iddia ediblər və "Arvadını döyüb öldürən elə bil bu deyildi. Həyətdə güclə alırdılar əlindən", "Deyilənə görə, özləri döyüblər, ölüb, qonşuları danışırdı, həyətdə hamı görüb", "Özləri döyüb hamilə-hamilə, çoxlu qan itirdiyindən ölüb" və s. kimi şərhlər yazıblar.

Mövzu ilə bağlı saytlar müğənni ilə əlaqə saxlamağa çalışsa da, o, nə bizim, nə də digər həmkarlarımızın zənginə cavab verib.

Bu səbəbdən Vasif Məhərrəmlini uzun illərdir tanıyan və yaxın dostu olan müğənni Afət Fərmanqızı Oxu.Az-a açıqlama verib.

Afət Vasifi 20 ildir tanıdığını və onun əsl Azərbaycan kişisi olduğunu vurğulayıb:

"Məclislərin birində Vasif rəhmətə gedən həyat yoldaşı ilə birlikdə gəlmişdi. Məclisdə deyib gülə-gülə, şən ailə kimi iştirak etməkləri gözümün önünə gəlir. Elə həmin məclisdən bir neçə ay sonra eşitdim ki, həyat yoldaşı rəhmətə gedib. Allahın qisməti.

Mən inanmıram ki, kimsə həqiqətən Vasif Məhərrəmli haqqında o cür yazı yazsın. O yazanlar sifarişlə yazır. Mənbəyini mən təxmin edirəm. Diqqət etsək görərik ki, Vasif indiyə kimi belə xəbərlərlə gündəmə gəlmirdi. Son iki aydır ona qarşı xəbərlər yayırlar. Mən səbəbini yaxşı bilirəm.

Mən o vaxtlar kasıb, fağır, rayondan təzə gələn, tez aldanmağa meyilli biri idim. Çox sevinirəm ki, mənim qarşıma Vasif Məhərrəmli kimi biri çıxdı və mən o ansambl ilə əməkdaşlıq etdim. O, ilk dəfə "Bakılı qız" mahnısı ilə məşhurlaşanda mən onun ansamblında çıxış edirdim.

Bəzən sənətə təzə gələn qızların əlacı olmadığı üçün, populyar deyil deyə, baha qiymətə toylara dəvət olunmadığı üçün kişi müğənnidən asılı olur. Həmin kişi müğənnilər yeni başlayan müğənni qızlara başqa niyyətlə yanaşır, sevgi münasibətində olmağı təklif edir. Mən bunu qorxmadan, çəkinmədən deyirəm. Nə qədər də belə adam tanıyıram. Vasif Məhərrəmli isə elə insanlardan fərqli olaraq mənə layiq olmadığım qədər çox qonorar verirdi və məni yüksəldirdi. Heç bir pis niyyət güdmədən. Mən də özümə görə gözəl-göyçək xanım idim. Ətrafda baş verənləri də görürdük, kim kimin qız oxuyanıdır, kim kimə hansı gözlə baxdı və s.

Mənim bugünkü gün sözü üzə deməyim, alnıaçıqlığımın səbəbi Vasif Məhərrəmlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1868   Tarix: 28 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 1100
.

"Şəxsi həyatımdan danışdım, səhv etdim"

Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə bağlı verdiyi açıqlamadan danışıb. OLAY yazır ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən məkanların birində keçmiş sevgilisi ilə bağlı səsləndirdiyi fikirdən söz açıb:. "Məni evdən qovduracaqsəınız. Səhv etdim, bir dəfə şəxsi həyatımda

30.04.2024 885
.

Bu türk aktrisalar dünyanın 100 ən gözəl qadınlarından seçildilər

TC Candler və Independent Critics dünyanın ən gözəl 100 qadını siyahısını açıqlayıb. xəbər verir ki, onların arasında 3 türkiyəli aktrisa da var. Aktrisa Sıla Türkoğlu 33, Özge Yağız 43, Hande Erçel 53-cü yeri tutub

30.04.2024 911
.

15 illik fanatı Ayselin instaqramını tapdı

Avroviziya təmsilçimiz Aysel Teymurzadə növbəti paylaşımıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı 15 illik xarici fanatının ona yazdığı təşəkkür mesajını izləyiciləriylə bölüşüb. "Salam, Aysel. İnstaqramınızı tapdığım üçün çox xoşbəxtəm. Avroviziyada "Always" ilə çıxış edəndə 15 yaşım va

01.05.2024 939
.

Britni Spirs boşandı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məşqçi həyat yoldaşı Sem Asqaridən rəsmi olaraq boşanıb. Axşam.az xəbər verir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb. Sənədlərə görə, 42 yaşlı müğənni müxtəlif zinət əşyaları və digər şəxsi əşyalarla yanaşı, cütlüyün toyuna qədər v

02.05.2024 293
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 2141
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1546
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 799
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 745