Bu gün Bakıda "TEKNOFEST Azərbaycan" festivalı başlayır - CANLI YAYIM + FOTO

Bu gün Bakıda "TEKNOFEST Azərbaycan" festivalı başlayır - CANLI YAYIM + FOTOBu gün Bakıda "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya festivalı başlayır.

Oxu.Az xəbər verir ki, tədbir dörd gün davam edəcək.

Açılış nitqini rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev edəcək. "TEKNOFEST Azərbaycan" festivalının ilk günü "Baykar Makina" şirkətinin texniki direktoru Səlcuq Bayraktar, eləcə də Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış edəcəklər.

Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot-şou, külək tunelində şoular nümayiş olunacaq.

Birinci günün sonunda təşkil ediləcək konsert proqramında xalq artisti Aygün Kazımova, Nigar Camal, Azad Şabanov və digərləri öz ifaları ilə festival iştirakçıların qarşısına çıxacaqlar.

Günün sonunda isə hər kəsi maraqlı lazer şousu gözləyir.

Festivalda dörd gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı gözlənilir. İştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.

Tədbirdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, "TEKNOFEST" Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Səlcuq Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" (T3) Fondunun təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur. Azərbaycanda "TEKNOFEST Azərbaycan"ın təşkilatçılığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Bu gün Bakıda "TEKNOFEST Azərbaycan" festivalı başlayır - CANLI YAYIM + FOTOBu gün Bakıda "TEKNOFEST Azərbaycan" festivalı başlayır - CANLI YAYIM + FOTOBu gün Bakıda "TEKNOFEST Azərbaycan" festivalı başlayır - CANLI YAYIM + FOTOBu gün Bakıda "TEKNOFEST Azərbaycan" festivalı başlayır - CANLI YAYIM + FOTOBu gün Bakıda "TEKNOFEST Azərbaycan" festivalı başlayır - CANLI YAYIM + FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1260   Tarix: 26 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb

Bakıda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivində yerləşən yeddi evdən oğurluq edilib. Rayon polis idarəsinin 43-cü Polis Bölməsinə müraciət edən zərərçəkənlə

18.05.2024 185
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175
.

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 hərbçi yaralanıb. Onlardan 6-sının durumunun ağır olduğu bildirilib

18.05.2024 163
.

Fransa ordusu Ukrayna üçün "supergizli" kəşfiyyatçılar hazırlayır

Fransa ordusu Ukraynada faydalı ola biləcək yeni kəşfiyyat bölməsi hazırlayır. Təlimlərin Estoniya ərazisində keçirildiyi məlum olub. "Biz irəliləməyə, düşmən mövqelərinə yaxınlaşmağa və hətta yan keçməyə çalışacağıq. Daha sonra kəşfiyyatla bağlı iki qərar verəcəyik: pilotsuz təyyarə yerləşdirmə

18.05.2024 138
.

"AzərEnerji ASC-nin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyaları istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının açılışlarını edib. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 187
.

Bişkekdə yataqxanada baş verən qarşıdurmadan sonra son vəziyyət açıqlanıb

Gecə saatlarında Bişkekin mərkəzində, yataqxanada baş verən qarşıdurmadan sonra vəziyyət sabitləşib. Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. "Bişkek şəhərində vəziyyət sabitdir, hazırda ərazidəki vəziyyət polisin tam nəzarəti altındadır. Mitinqin bütün iştirakçılar

18.05.2024 165
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18.05.2024 162
.

Həyat yoldaşının birinci xanımından danışdı

Müğənni Səidə dadaşova həyat yoldaşı Maqanın ilk evliliyindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Günaylı gün" proqramında danışıb. O bildirib ki, onunla və övladları ilə münasibəti yaxşıdır:. "Aysel xanımı salamlayıram. Yoldaşımın uşaqlarının anasıdır. Birinci xanımıdır

18.05.2024 581