"Qanuni oğru"ların bakılı anası: Gizli kazinolar, almaz alveri… - FOTO

"Qanuni oğru"ların bakılı anası: Gizli kazinolar, almaz alveri… - FOTOO, iki "qanuni oğru"nun arvadı olmuşdu. Əslində, onun özü də oğru aləminin ən yüksək titulunu ala bilərdi. Amma oğru qanunları qadına ad almağa icazə vermirdi.

Əvəzində isə bu bakılı qıza "oğruların anası" titulu verilmişdi.

Bakıda, yəhudi ailəsində anadan olmuşdu Kalina Nikiforova.

Çox erkən ərə getmişdi. Atası da yox, babası yaşlı kişiyə. Əri zərgər idi Kalinanın. Ailə qurandan bir neçə il sonra əri dünyasını dəyişir. Onun var-dövləti isə Kalinaya qalmışdı. İlk baxışdan adama elə gəlirdi ki, bu qədər var-dövlət ona ömrünün sonuna qədər bəs edəcək. Amma Kalina başqa yolu tutdu.

Əvvəlcə Bakının ən məşhur mağazalarından olan "Beryozka"da (şəhərdə valyuta ilə alver edilən yeganə məkan idi) işə düzəlir. Qısa zamanda özü də kifayət qədər pul qazanır. Çox keçmir ki, təkcə valyuta satanların, fırıldaqçıların yox, həm də məmurların diqqət mərkəzinə düşür. Bir qədər də keçir, adı varlı adamların evlərinin qarət edilməsində hallanır. Və həyat sanki onu həbsə yuvarlayırdı.

Deyilənə görə, 70-ci illərdə Yuri Qorbatıy adlı qanuni oğru əsasən yəhudilərdən ibarət və Kalinanın da üzvü olduğu "Xunta" adlı qrup yaradıbmış. Dəstə Sovet İttifaqını tərk edərək İsrailə yollanan yəhudiləri qarət etməklə məşğul olurdu. Gömrük işçiləri arasında öz adamlarını yerləşdirən "xaç anası" İsrailə gedən adamların hansı yüklə vətənə yollanacaqlarını öyrənir və əlaltılarına xəbər verirdi. 1975-ci ildə, 30 yaşındaykən Kalina həbs edilir. Nikiforovaya üç il həbs cəzası kəsilir. O, Mojayskdakı həbsxanaya göndərilir. 3 il ərzində bütün qadın dustaqların hörmətini qazanır, onların hamisinə çevrilir. Həbsxanada qadınlara qarşı haqsızlığa üsyan edir, dəfələrlə "kars"a salınır. Tezliklə, Kalinanın adı İttifaq miqyasında kriminal aləmdə məşhurlaşır.

Həbsdən çıxandan sonra Bakıya qayıtmır. Moskvada məskunlaşır. Kriminal aləmdə "Yuliya" ləqəbi ilə tanınır. Həmin vaxt isə gələcəyin məşhur "qanuni oğru"larından olan Vyaçeslav İvankov, "Yaponçik"lə tanış olur.

Sovet dövründə işsiz adamı tüfeyli həyat tərzi keçirməkdə günahlandırırdılar. Buna görə də, Moskvadakı pivə barlarından birində ofisiant kimi işə başlayır. Elə İvankovla da burada tanış olur. Bir il sonra onların oğlu dünyaya gəlir. Uşağa Viktor adı verilir. Maraqlıdır ki, illər keçəcək, Viktor da "qanuni oğru" titulu alacaqdı.

Oğru qanunlarına görə belə adamlar evlənməli, ailə sahibi olmalı deyildilər. Ancaq "oğru dünyası"nda onları "oğru ailəsi" hesab edirdilər.

40 yaşlarında bu qadın artıq milyonçu idi.

Kalina Nikiforova bir neçə gizli kazino açmışdı. Oradan külli miqdarda pul axırdı xəzinəsinə. O pulların böyük hissəsi isə həbsxanalara, imkansız dustaqlara göndərilirdi.

80-ci illərin əvvəllərində onun biznesinin əsasını Yakutiyadan gətirilən qaçaq brilyant və almaz təşkil edirdi. Həmin qiymətli əşyalar isə İsraildən tutmuş keçmiş sosialist düşərgəsi ölkələrinədək imkanlı şəxslərə satılırdı.

"Yaponçik" növbəti dəfə uzun müddət həbsə getdikdən sonra özünə yeni ər tapmışdı. Bu adam "qanuni oğru", "Professor" ləqəbli Rubik Sarkisyan idi. Ömrünün son illərini Kalina və Rubik İrəvanda keçirmişdilər.

80-ci illərin sonunda onlar Amerikaya getməyə cəhd göstərdilər. Hər şey dəqiqliklə hazırlandı. Hətta hansı şəhərdə məskunlaşacaqları belə bəlli idi.

Amma hər şey qəfil dəyişdi.

1988-ci ilin fevralında Kalina gözlənilməz şəkildə ürək tutmasından vəfat etdi.

Kalina yuxarıda dediyimiz kimi, "qanuni oğru" adı ala bilməzdi. Araşdırmaçı-jurnalist İlqar Əlfinin Lent.az-a dediyinə görə, indiyədək heç bir qadına "qanuni oğru" adı verilməyib. "Eləcə də Klainaya. "Pəncəli Aslan" Klara, Fatma, bəli bunlar avtoritet olublar. Amma "qanuni oğru" olmayıblar. Fatmadan soruşurdum ki, niyə qadınlara "qanuni oğru" adı verilmirdi. Deyirdi, qadınlar hisslərinə çox tabedilər. Çünki məsuliyyətini çəkə bilmirlər. Ona görə də, onlara ad verilmirdi və düz də deyirdi".

Hə, ad verilməmişdi. Amma SSRİ-də onu "qanuni oğrular"ın anası kimi tanımışdılar...

"Qanuni oğru"ların bakılı anası: Gizli kazinolar, almaz alveri… - FOTO"Qanuni oğru"ların bakılı anası: Gizli kazinolar, almaz alveri… - FOTO"Qanuni oğru"ların bakılı anası: Gizli kazinolar, almaz alveri… - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1255   Tarix: 24 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

10:28 33
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

17:29 294
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

11:52 105
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

11:03 1151
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

12:55 318
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

16:46 197
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

11:27 410
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

16:17 141
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

20:40 0