İntihar etdiyi deyilən 22 yaşlı Elnarənin ailəsi: "Onu öldürüblər" - FOTO

İntihar etdiyi deyilən 22 yaşlı Elnarənin ailəsi: "Onu öldürüblər" - FOTO"Hadisədən dörd gün əvvəl Elnarə demişdi ki, "birdən bunlar başıma bir iş gətirsələr, məni öldürsələr, meyitimi onların evindən çıxartmayın". Onun intihar etdiyinə inanmırıq. Ya öldürülüb, ya da buna məcbur edilib".

Bu şikayətlə "Kriminalqafqaz"a Lerik rayon Çayrud kənd sakini, mərhum Elnarə Ağəlizadənin ailəsi müraciət edib. Aprelin 30-da intihara cəhd etdiyi bildirilən və xəstəxanaya aparılaraq bir müddət orada qaldıqdan sonra mayın 10-da ölən iki uşaq anasının ailəsi deyilənlərin yalan olduğunu iddia edir:

"Aprelin 30-da saat 12:20 radələrində Elnarənin qayınanası bizə zəng edib bildirdi ki, "qızınız həyətdə yıxılıb, qıc olub, apardılar xəstəxanaya". Amma hadisə səhər olub. Bizə gec məlumat verilib. Biz Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə gedəndə gördük ki, Elnarənin bədənində çoxsaylı xəsarətlər var. Həmin an başa düşdük ki, Elnarə döyülüb və vəhşicəsinə boğulub. Bu xəbərdən sonra onun Rusiyada olan qardaşı da gəldi. Elnarənin vəziyyəti 10 gün ağır olaraq qaldı və mayın 10-u elə xəstəxanada vəfat etdi. Meyit tibbi ekspertiza üçün Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verildi. Sonra da mayın 11-də gətirib dəfn etdik".

Ailə iddia edir ki, xəstəxanada Elnarəni intihar etmiş kimi qeydə alsalar da, onlar buna inanmırlar:

"Elnarə ya öldürülüb, ya da buna məcbur edilib. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Lerik Rayon Polis Şöbəsi və prokurorluq tərəfindən heç bir tədbir görülməyib. Səbəbini soruşduqda ekspertizanın rəyini gözləməyimizi bildirdilər. Amma ortada bir şey yoxdur".

Ailədən verilən məlumata görə, Elnarə əvvəllər dəfələrlə gəlin köçdüyü evdə şiddət gördüyünü onlara deyib:

"Elnarənin 22 yaşı var idi. 18 yaşı olanda kənd sakini Elvinlə ailə qurmuşdu. İki uşaqları var idi. Uşaqlar da hazırda atada qalıblar. Elnarə dəfələrlə anasını və bacısını təklikdə görəndə deyib ki, "telefonda hər şeyi deyə bilmirəm, məni izləyirlər. Başda qayınanam Zöhrə olmaqla, yoldaşım Elvin və qayınatam Aqil mənə işgəncələr verir, dözülməz həddə çatdırırlar. Çox xahiş edirəm, qardaşımı bundan xəbərdar edin ki, mənə bir köməklik göstərsin". Amma təəssüf ki, hər dəfə anası və bacısı onu sakitləşdirib, səbirli olmasını deyiblər. Sonuncu dəfə də aprelin 26-da atası üçün təşkil olunan yas məclisində ailəvi olaraq iştirak ediblər. Həmin vaxt da Elnarə anasına deyib ki, "görürsünüz, başıma nə oyun açırlar? Birdən bunlar başıma bir iş gətirsələr, məni öldürsələr, meyitimi də onların evindən çıxartmayın".

Məsələ ilə bağlı mərhum Elnarə Ağəlizadənin həyat yoldaşı Elvin Ağəlizadə bildirdi ki, bununla bağlı heç nə deyə bilməz:

"Dövlət var, orqan var, onların deməyi ilə deyil. Mənim heç bir fikrim yoxdur. Nə varsa, dövlət bilir hər şeyi, özləri də həll edirlər".

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Lerik Rayon Prokurorluğunda araşdırma aparılmaqla müvafiq izahatlar alınıb, ekspertizalar təyin edilib:

"Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək".

İntihar etdiyi deyilən 22 yaşlı Elnarənin ailəsi: "Onu öldürüblər" - FOTOİntihar etdiyi deyilən 22 yaşlı Elnarənin ailəsi: "Onu öldürüblər" - FOTOİntihar etdiyi deyilən 22 yaşlı Elnarənin ailəsi: "Onu öldürüblər" - FOTOİntihar etdiyi deyilən 22 yaşlı Elnarənin ailəsi: "Onu öldürüblər" - FOTOİntihar etdiyi deyilən 22 yaşlı Elnarənin ailəsi: "Onu öldürüblər" - FOTOİntihar etdiyi deyilən 22 yaşlı Elnarənin ailəsi: "Onu öldürüblər" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2065   Tarix: 24 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

20:35 0
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 958
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

11:18 212
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

12:55 318
.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

10:28 33
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 410
.

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib. Bu barədə görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib

12:12 825
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

16:48 134
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

20:26 0