Üç yaşlı uşağı öldürüb AZADLIQDA QALDI: "Qiyamət günü olduğunu düşündüm"

Üç yaşlı uşağı öldürüb AZADLIQDA QALDI: "Qiyamət günü olduğunu düşündüm"Tərtərdə 3 yaşlı uşağı öldürən rayon sakini Elmir Hüseynov cinayət məsuliyyətindən azad edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə 2020-ci ilin iyulunda baş verib və məhkəmə çəkişməsi bir neçə gün öncə yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi E.Hüseynovun cinayəti anlaqsız vəziyyətdə törətməsi qənaətinə gəlib və ona cəza verilməyib.

Hadisə günü Elmir xalası oğlu ilə birlikdə getdiyi Hacıqərvənd kəndində yerləşən marketin qarşısına gələrək, orada qeyri-adekvat davranışlar nümayiş etdirib. Belə ki, o, mağazanın qabağında dayanan "VAZ 2107"ni görüb "məni bu avtomobildə olan şəxslər öldürəcəklər" deyərək qışqırıb. Xalasıoğluna "qoyma, atam məni güllələmək istəyir, qaç sən də özünü qoru, birdən güllə sənə də dəyər"deyib. Sonra marketə girib satıcı Raminə "icazə vermə ki, məni öldürsünlər, Allahu Əkbər, namaz qılmağına baxmayaraq sənin nisyə dəftərin var" deyərək qışqırıb. Əlindəki bıçaqla ətrafdakı insanları hədələyib.

Daha sonra marketdən çıxıb yaxınlıqda yaşayan qohumu Təhmasib gilə gedib. Evin pəncərəsini sındırıb onlara "sizi öldürəcəm, hardasınız, bura gəlin" deyib. Həmin vaxt Təhmasib evdə olmadığından həyat yoldaşı Ləman (şərti ad) özünü və uşaqlarını qorumaqda çətinlik çəkib. Elmir həyətdən götürdüyü ketmanla əvvəlcə 4 yaşlı qızı vurmaq istəyib. Bu zaman ana qızını müdafiə edərək özünü zərbənin qabağına verib. Elmirin dayanmasından istifadə edərək qızını tez evə çıxararaq qapını bağlayıb. Bu zaman Elmir bağda oynayan 3 yaşlı Öməri görüb. Uşağı vurmaq üçün onun üzərinə gedib. Uşaq qaçmaq istəyərkən yıxılıb. Ana uşağını müdafiə etmək istəyəndə Elmir onun başından vuraraq huşunun itməsinə səbəb olub. Həmin ərəfədə isə 3 yaşlı oğlanın başına və bədəninə çoxsaylı zərbələr vurmaqla xəsarət yetirib. Ana ayılanda uşağın qan içində olduğunu görüb. Uşağı xəstəxanaya çatdırsa da, 3 yaşlı Ömər gecə xəstəxanada vəfat edib.

Hadisə ilə bağlı məhkəmədə dindirilmiş Elmir Hüseynov hadisənin hansı şəraitdə baş verməsini tam xatırlamadığını deyib: "10 ildir qəssab işləyirəm. 3-4 il əvvəl Təhmasibin anası rəhmətə gedəndə onlarda olmuşam. Hadisə günü günortaya kimi ət satmışam, sonra yoldaşımı diş həkiminə aparmışam. Sonra da xalamoğlu Eminlə Hacıqərvəndə getmişik. Raminin işlətdiyi mağazaya çatanda özümü narahat hiss etdim, başım dumanlandı. Maşındakı bıçağı götürüb mağazaya girdim, kiminsə üstümə gəldiyini düşünərək "məni sən başa düşərsən, qardaşın da gəlir, qoyma" deyib Raminin üstünə qışqırdım. Emin və Ramin məni saxlamaq istəyəndə əllərindən qaçıb mağazadan çıxdım, qiyamət günü olduğunu düşünərək "Allahu-əkbər, Allahu-əkbər" deyib qışqırdım. Bundan sonra baş verənləri xatırlamıram. Ancaq şüşənin qırılma səsini eşitdim. Özümə gələndə təcili yardım çağırılmışdı, mənə iynə vuruldu, gecə atam polis şöbəsinə getməli olduğumuzu dedi. Ramin din adamı olduğundan məni başa düşəcəyini fikirləşmişdim. Qiyamət günü olduğunu, balanı anadan ayırdıqlarını düşündüm, əcaib, xoşagəlməz səslər eşitdim".

Qadın oğlunun vurulması epizodunu belə xatırlayıb: "Başımı həyətə çevirəndə Ömərin ağacların arasından baxdığını gördüm. Bu zaman Elmir evin qarşısında "bura gəlin, sizi öldürəcəm" deyə qışqırdı. O əlində ketman Ömərin üstünə getdi, Ömər armud ağacına tərəf qaçanda ayağı ilişib yıxıldı. Elmir birinci Öməri vurmadı. Məni vurmağa başladı. Həmin vaxt huşum getdi. Başımı qaldıranda Ömərin başından qan axdığını gördüm, onu qucağıma alıb yola qaçdım. Qonşunun maşını ilə Öməri Tərtər xəstəxanasına apardıq. Gecə saatlarında Ömər dünyasını dəyişdi".

Araşrımalar zamanı məlum olub ki, Elmir Hüseynov 2012-ci ildə yol qəzası keçirib və qapalı kəllə-beyin travması alıb. Huşsuzluq və baş ağrıları ilə əlaqədar müalicə olunub. Lakin o, bu vaxtadək hər hansı ruhi-əsəb və narkoloji xəstəliklərlə bağlı müraciət etməyib və dispanser qeydiyyatında olmayıb. Məhkəmə Psixiatrik Espertiza Mərkəzinin rəyinə əsasən, Elmir cinayəti törədərkən depressiv tipli üzvi affektiv pozuntudan əziyyət çəkib. "Üzvi şizofreniyayabənzər pozuntu" formasında kəskin psixotik vəziyyət keçirib. Tərtər rayon polis şöbəsinin məktubundan isə aydın olub ki, Elmir cinayətdən əvvəl kannabinoid narkotikindən istifadə edib.

Təqsirləndirilən şəxs əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Ona psixiatriya stasionarında məcburi müalicə təyin olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 954   Tarix: 21 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

28 may Respublika Günü münasibətilə Azərbaycanda 3 gün ardıcıl iş olmayacağı gözlənilir. BİG.AZ -a istinadən xəbər verir ki, mayın 28-i həftənin 2-ci gününə təsadüf edir. Adətən, belə situasiyalarda iş günləri ilə istirahət günlərinin yeri dəyişdirilir. Əmək Məcəlləsinə əsasən, həftəarası istirahət günlər

16.05.2024 1506
.

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Sabah güclü külək olacaq. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb. Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13,9-20,7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlak

16.05.2024 639
.

FHN gül mağazasında baş vermiş yanğınla bağlı məlumat yayıb

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 1450 kv.m. olan bir-birin

16.05.2024 319
.

Heydər Əliyev Fondunun əməkdaşları təltif ediliblər - SƏRƏNCAM

Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif ediliblər:. 3-cü dərəcəli "Əmək"

16.05.2024 280
.

ABŞ-də qasırğa olub: Ölənlər var

ABŞ-nin Texas ştatının Hyuston şəhərində güclü qasırğa olub. Məlumata görə, təbii fəlakət nəticəsində azı dörd nəfər ölüb. Şiddətli külək şəhərin müxtəlif ərazilərində binaların şüşələrini sındırıb, ağacları aşırıb, elektrik xətlərini sıradan çıxarıb. Qeyd edək ki, səlahiyyətlilər küləyin güclənməs

10:55 95
.

"Ağ çiçəyim" gül mağazası yanır - YENİLƏNİR - VİDEO

Bakıda "Ağ çiçəyim" gül mağazasında baş verən güclü yanğınla mübarizə tədbirləri davam etdirilir. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın baş verməsi barədə daxil olmu

16.05.2024 1421
.

Əhalinin sayı açıqlandı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 9016 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10189786 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizin

16.05.2024 401
.

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

"Kurtlar vadisi pusu" serialında rol alan məşhur türkiyəli aktyor Orhan Aydın Azərbaycana gəlib. Axşam.az xəbər verir ki, "Günaylı gün" verilişində qonaq olan aktyor ölkəmizi çox bəyəndiyini və Azərbaycan vətəndaşı olmaq istədiyini bildirib:. "Mən hazırda Rumıniyada yaşayıram

16.05.2024 392
.

Vardanyanın məhkəməsi başladı

Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan haqda seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsini

16.05.2024 335