Qonşu ilə xəyanət, bağışlanma, pozulan tövbə... - Qatil ərdən ŞOK İFADƏLƏR

Qonşu ilə xəyanət, bağışlanma, pozulan tövbə... - Qatil ərdən ŞOK İFADƏLƏRBakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

31 yaşlı Şəhriyarın hansı səbəbdən 23 yaşlı arvadı Ləman Ələsgərovanı öldürdüyü ictimaiyyətə qaranlıq qalıb.

Lent.az həmin cinayət işinin materiallarını əldə edib.

İttihama görə, hadisə ötən il noyabrın 29-u saat 13 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan Şəhriyar Ələsgərov arvadı Ləman Ələsgərovanı qonşuluqda yaşayan şəxslə qucaqlaşdığını görərək onu öldürmək qərarına gəlib. Bu səbəbdən Şəhriyar Ələsgərov arvadı Ləman Ələsgərovanı mətbəx bıçağı ilə qətlə yetirib və meyitini evin həyətinə atıb. Hüquq-mühafizə orqanları tərəfindən Şəhriyar Ələsgərov tutularaq istintaq təhvil verilib. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Məhkəmədə Şəhriyar Ələsgərov özünü təqsirli bilib. O deyib ki, Ləmanla 2014-cü ildə ailə həyatı qurublar:

"Birgə nikahdan 3 qız övladımız olub. Usta kimi işləyib ailəmi saxlamışam. Ailə qurduqdan sonra Ləmanla münasibətlərimiz yaxşı olub, lakin 2019-cu ildən etibarən ailə münaqişələri baş verməyə başlayıb. Belə ki, arvadımın anası və atası bizim ailə işlərimizə qarışırdılar. Bu səbəbdən evdə söz-söhbət olurdu. Mən səhər çıxıb, axşam gəlirdim. Ləmanın yaxınlıqda yaşayan Könül adlı qadının evinə gedib-gəldiyini qızımdan eşitdim. Mən ondan Könülgilə hansı səbəbdən getdiyini soruşdum, lakin o mənə yalandan dedi ki, Könülgilə getmir. Ləman mənim evdə olmadığım zamanlar artıq hər gün marketə və digər yerlərə getmək adı ilə evdən çıxması məndə şübhələr yaratmışdı. Onun başqa bir kişi ilə görüşdüyünü güman edirdim. Bu səbəbdən Könülgilə getdim və ondan bildiklərini deməsini xahiş elədim. Könül mənə dedi ki, Ləman narkotik vasitədən istifadə edir və Taleh adlı şəxslə görüşür. Mən evə gələrək Ləmandan Taleh barəsində soruşdum. O, mənə heç kimlə münasibət saxlamadığını dedi. Onunla aramızda ciddi münaqişə yarandı. O, polisə zəng edərək yalandan dedi ki, ərim məni döyür".

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı ilə aralarında olan mübahisələrin birində Ləmanın əsassız şikayəti əsasında inzibati qaydada həbs olunub:

"Artıq Ləmanın mənə xəyanət etdiyinə əmin idim. Bir dəfə onun Talehlə görüşməklərinə şahid olmuşam. Talehin idarə etdiyi gümüşü rəngli "Chevrolet Niva" markalı avtomobilin arxa sərnişin oturacağında Ləmanı gördüm. Ləman isə məni görüb həyəcanlı şəkildə oradan uzaqlaşdı. Evə gəldim, aramızda dava oldu. Ondan tələb etdim ki, video çəkiliş qarşısında mənə xəyanət elədiyini etiraf etsin. O çəkiliş qarşısında mənə 5 dəfə xəyanət etdiyini dedi. Lakin əməlindən peşman olduğunu və övladlarına görə bir daha belə bir halın baş verməyəcəyinə söz verdi. Bundan sonra 3 qız övladıma görə Ləmanı bağışladım".

Şəhriyar Ələsgərov bildirib ki, arvadı Ləman söz verməsinə baxmayaraq, əməllərindən əl çəkməyib:

"Sentyabrın 27-də evə gələndə gördüm ki, Ləman uşaqları atıb qaçıb. Onun itkin düşməsi ilə bağlı polisə məlumat verdim. Bir neçə gün sonra polis Ləmanı tapdı. O, polisə verdiyi ərizədə itkin düşmədiyini və öz xoşu ilə evdən getdiyini bildirmişdi. Bu hərəkətlərindən sonra Ləmandan boşanmaq üçün iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Lakin hadisədən 10 gün qabaq Ləman zəng edib mənimlə barışmaq istədiyini bildirdi. Ləmanla görüşüb onun kirayə qaldığı evə getdim. O ev Mehriban adlı qadının idi. Ləman onu Könül vasitəsilə tapmışdı. Ləmana sonuncu dəfə inanıb onunla yenidən yaşamağa qərar verdim. Hadisədən 1-2 gün qabaq onun yenidən gizli olaraq kiminləsə görüşdüyündən şübhələndim. Bir gün ev sahibi Mehribanın qardaşı Əlibala ilə Ləmanın birlikdə narkotik çəkdiklərini gördüm. Dava düşdü, mübahisə yarandı. Hətta Ləman uşaqları götürüb evdən çıxmaq istəyəndə Mehriban qoymamışdı".

Sonra təqsirləndirilən şəxs qətl hadisəsinin baş verdiyi günündən danışıb. Qeyd edib ki, söhbət etmək üçün Ləmanla Pirşağı çimərliyi istiqamətinə gedib:

"Ləman mənə tövbə etdiyini, bir daha belə bir hərəkət etməyəcəyini bildirdi. Bu söhbətdən sonra Mehribangilin evinə qayıtdıq. Ləman Mehribanın yanına getdi. Mən gizlincə onların danışığını eşitmək üçün pəncərənin yanına keçdim. Onlar mənim barəmdə nalayiq sözlər danışırdılar. Bundan sonra Mehriban evdən çıxıb harasa getdi. Təxminən bir neçə dəqiqədən sonra Ləmanın oturduğu həmin otağa Mehribanın qardaşı Əlibalanın gəldiyini eşitdim.

Pəncərənin yanından əyilib otağa baxanda gördüm ki, Ləmanla Əlibala qucaqlaşaraq öpüşürlər. Mən gəlib evin qapısını döydüm. Onlar qapını açanda donub qaldılar. Ləmanı marketə getmək adı ilə çölə çıxartmaq istədim. Lakin gəlmədi, mübahisəmiz yarandı. Bu vaxtda Əlibala evdən çıxıb getdi. Mən Ləmanı yenə çölə çıxartmaq istədim, dedim uşaqların yanında mübahisə eləməyək. Yataq otağına keçəndə stolun üstündə "patı" adlanan narkotik vasitəni gördüm. Ləmana heç nə demədim, otaqdan bıçağı götürüb, gödəkcəmin cibinə qoydum. Ləmanla evdən çıxıb market tərəfə getdik. Yolda ona hər şeyi gördüyümü, evə gedəndə bu barədə danışacağımı dedim. O isə evə qayıtmayacağını dedi. Yol boyu yüksək səslə danışırdı ki, insanların arasında məni pis vəziyyətə salsın. Onu zorla tutub, evin həyətinə saldım. Darvazadan içəri girən kimi bıçaqla onu vurdum. O yenə məni söyməyə başladı. Məni özümdən çıxartdı, onu öldürmək niyyətim yox idi. Lakin söyməyə davam elədi, bıçaqla ona yenidən zərbələr vurmağa davam elədim. Bu zaman Əlibaba evdən çıxıb üstümə gəldi. Ona yaxın gəlməməyi dedim. O da sakitcə evə qayıtdı. Ləman yerdən qalxıb yaralı vəziyyətdə qonşu tərəfə getdi. Mən də evə girib uşaqları götürdüm, taksi sifariş verdim. Qonşunun evinin qarşısına baxanda Ləmanın can verdiyini gördüm. Qonşudan polisə və təcili yardıma məlumat verməyini xahiş elədim. Uşaqları valideynlərimin yanına apardım, onlarla halallaşdım. Daha sonra polisə gedib təslim oldum".

Məhkəmə prosesində adı keçən Əlibala şəxsin istintaqa ifadəsi elan olunub. O da ifadəsində bacısı Mehribanın evində Ləman Ələsgərovanı gördüyünü və bir neçə gün sonra isti münasibətləri yarandığını etiraf edib. O, Ləman Ələsgərova ilə cinsi münasibətdə olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhriyar Ələsgərov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1631   Tarix: 19 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vəhşicəsinə qətlə yetirilən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ

Martın 2-də itkin düşən və mayın 14-də Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın nənəsi də vəfat edib. xəbər verir ki, Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib. Məlumat üçün bildirək ki, Könülün son zəngi məhz nənəsinə olub. O, bu ilin martın 1-d

17.05.2024 987
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

14:30 96
.

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb. xəbər ki, İsrail döyüş təyyarələri gecə boyu Qəzzanın şimal, cənub və mərkəzi hissələrinə hava zərbələri endirib. Gecə saatlarında 9 nəfərin cəsədi Han Yunusdakı Avropa Xəstəxanasına gətirilib. Cibaliya Qaçqınlar Düşərgəsinə edilə

17.05.2024 234
.

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı hər il təxminən min nəfərə çatır

17.05.2024 275
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

11:45 213
.

ABŞ-ın Texas ştatında qasırğa nəticəsində 4 nəfər ölüb

ABŞ-ın Texas ştatında güclü yağışlar və fırtınalar gündəlik həyatı iflic edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb. Bu barədə ABŞ mediası məlumat yayıb. Məlumata görə, Hyuston ştatında hündürmərtəbəli binaların pəncərələrinin qırılması, ağacların qırılması və elektrik ötürücü xətləri

17.05.2024 165
.

Sabah da yağış yağacaq?

Mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayi

17.05.2024 407
.

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Neft və Qazın Dekarbonizasiyası Xartiyası"nın (OGDC) Rəhbər Komitəsinin sədri seçilib. xəbər verir ki, bu barədə SOCAR-ın "X" sosial şəbəkəsindəki hesabında bildirilir

17.05.2024 306
.

Fransız polisi sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb

Fransanın şimalındakı Rouen şəhərində polis sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb. xəbər verir ki, saat 06.45-də Ruandakı sinaqoqdan tüstünün gəldiyi barədə polisə məlumat verilib. Şəxs hadisə yerinə gələn polis əməkdaşına hücum edib. Polisin vurduğu şəxs dünyasını dəyişib. Daxil

17.05.2024 259