Telekanallar qadağa qoydu, anasının yasından qayıdarkən faciəvi şəkildə öldü - Aslan Hüseynov barədə 10 FAKT

Telekanallar qadağa qoydu, anasının yasından qayıdarkən faciəvi şəkildə öldü - Aslan Hüseynov barədə 10 FAKTKulis.az ötən il avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynov haqqında 10 maraqlı fakt hazırlayıb.

Oxu.Az sözügedən araşdırmanı təqdim edir:

1. Aslan Hüseynov 1967-ci ildə Qazaxıstanın Cambul vilayətində anadan olub. İki bacı, iki qardaş olublar. Orta məktəbi elə orada bitirən Aslan daha sonra Qırğız Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və təhsilini uğurla bitirib. Musiqiyə həvəsi olan Aslan Hüseynov Qazaxıstanda Abay adına Qazax Milli Vokal Studiyasında musiqi təhsili alıb.

2. Atası Qırğızıstanda yol polisi işləyib. Uşaqlıq və gənclik illərində orada yaşayan müğənni sonradan ailəsi ilə birlikdə Bakıya köçüb və müğənnilik karyerasına başlayıb.

3. At ətindən hazırlanan xörəkləri çox sevib. Buna səbəb uzun müddət Qırğızıstanda yaşamağı olub. O, xüsusən atdan hazırlanan dolmanın çox dadlı olduğunu qeyd edib və Bakıda at ətinin satılmamasından təəssüfləndiyini dilə gətirib.

4. Bakıya köçəndən sonra müğənni bir çox tanınmış sima ilə dostluq əlaqələri yaradıb. Lakin Nadir Qafarzadə və Elza Seyidcahanla münasibətləri pisləşib. Verilişlərin birində qonaq olarkən o, küskünlüyünü dilə gətirərək deyib: "Aslanı niyə bağışlamadılar?" Daha sonra isə kövrələrək verilişi yarımçıq saxlayıb.

5. Bəzi televiziya kanallarında ona qarşı ciddi qadağalar qoyulub. AzTV-dəki qadağa ilə bağlı telekanalın sabiq sədri Arif Alışanova zəng vursa da, ondan qeyri-etik cavab alıb. Bu barədə o, müsahibələrinin birində deyib:

"Zəng vurub dedim, Arif müəllim, mən bütün dövlət tədbirlərinə gedirəm, amma veriliş zamanı mən olan yerləri kəsirlər. Arif müəllim isə ağzında nə isə yeyə-yeyə mənə dedi ki, ey müğənni, sən kimsən, AzTV ilə problemin olsun? Mən isə ona dedim ki, ey Arif, sən millət vəkili olanda belə danışmırdın, çox mehriban, millətdən xahiş edərək danışırdın. O mənə dedi, ey, xodunu al. Səviyyəsiz, mədəniyyətsiz adamlar mənimlə belə danışırlar. Mən onların nəyindən qorxacam?!"

AzTV-də sədr dəyişikliyindən sonra müğənni mətbuata bu cür açıqlama vermişdi və bu açıqlama da birmənalı qarşılanmamışdı:

"Heç kimə pislik arzu edən insan deyiləm. Amma Allahın istəyindən artığı yoxdur. Allahın məsləhəti necə idisə, hər şey o cür də oldu və öz yerini tapdı. Arif Alışanov yeddi il mənə qadağa qoymuşdu, özü AzTV-də ömürlük "zapret"ə düşdü. Mən o vaxt Alışanovla bağlı fikirlərimi deyəndə sənətçi həmkarlarım da deyirdilər ki, yaxşı eləmisən. Bəziləri deyirdilər ki, mənim ürəyimdən keçənləri sən demisən. İndi isə deyirlər ki, hələ gözlə, sənə xəbər edəcəyik. Mən də onlardan xəbər gözləyirəm. Düzü, artıq AzTV-yə çıxıb-çıxmamağımın bir mənası yoxdur".

6. Aslan Hüseynov 2001-ci ildə Samirə adlı xanımla ailə qurub, iki övladı dünyaya gəlib. Böyük oğlu Polad 2003-cü ildə, qızı Afərin isə 2006-cı ildə anadan olub. Aslan övladı Poladın adını özünə yaxın dost bildiyi Polad Bülbüloğlunun şərəfinə qoyub. Samirə xanım yoldaşının qısqanc olduğunu, tez-tez özündən çıxdığını desə də, onu bu cür qəbul edib sevdiyini də əlavə edib.

7. Müğənni sosial şəbəkədəki qalmaqalları ilə də gündəm olub. "Instagram" hesabında onun haqqında yazılan təhqirlərə əsəbiləşən Aslan Hüseynov Salyanda yaşayan və onu təhqir edən şəxsi, onun valideynlərini axtarıb-taparaq ondan üzr istəməsini tələb edib və buna nail olub. Sonralar bu mövzuya toxunan müğənni deyib:

"Hər zaman deyirəm ki, məni sevməyən də olmalıdır. Amma bizdə cəmiyyətdə bəzən təhqirlə tənqidi səhv salırlar. Ətrafımda olan dostlarım bilirlər ki, mən bir az fərqli insanam. Məni tənqid edən adamı tapmayınca, onu başa salmayana qədər ondan əl çəkmirəm. Hətta işimi-gücümü atıb bu işlə məşğul oluram.

Heç kimə icazə verilmir ki, kimisə təhqir etsin. Məni bəyənmirsənsə, gözüm aydın. Mən heç səni tanımıram ki, kimsən. Amma məni təhqir edirsənsə, səni tapacam. Yəni necə lazımdırsa, elə də tapıram. Elə şeyləri boş vermək olmaz. Mənə sataşan da yoxdur".

8. Pandemiya müddəti işsiz qalır. İşsiz qaldığı müddətdə onun haqqında şayiələr yaranır ki, Aslanın biznesi var. Lakin müğənni bu faktı təkzib edərək deyib ki, vaxtında ağlım olsaydı, özümə biznes qurardım.

9. Onun ən məşhur ifaları olan "Reyhan", "İgidlər", "Bulaq suyu, dağ havası" və "Of, dədə" Azərbaycan dinləyiciləri tərəfindən sevilib. Müğənni zaman-zaman Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan səhnələrində Azərbaycan mədəniyyətini təmsil etmiş, bir çox uğurlu layihələr həyata keçirmişdi.

10. Anasının yeddi mərasimindən qayıdanda Aslan Hüseynovun idarə etdiyi BMW markalı avtomobil "KamAZ"la toqquşaraq ağır yol qəzası törədib. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Müğənni 55 yaşında vəfat edib. Ailəsinin sözlərinə görə, Aslan Hüseynov anasının yanında - Gəncə şəhərində dəfn olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1652   Tarix: 17 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 509
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

00:48 957
.

"Çılgın Bediş"in ulduzunun oğlu cinsiyyət dəyişdirir

"Çılgın Bediş" serialının ulduzu Çiçek Dilligilin musiqiçi Bora Öztoprakla evliliyindən olan oğlu Ardahan cinsiyyət dəyişdirir. OLAY yazır ki, bununla bağlı Ardahan instaqramda foto paylaşıb. O, oğlan halında olan bütün şəkilləri hesabından silib. Yeni görüntülərini izləyiciləri ilə bölüşüb

04.05.2024 421
.

"Yalı çapkını"na vida edəcək

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda "Pelin" obrazına həyat verən aktrisa Buçe Buse layihəyə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

04.05.2024 498
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 285
.

Üzeyir Mehdizadə kimdir? - Şəxsi həyatını sirr saxlayır

Üzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir. "Bioqrafiya" rubrikasınd

03.05.2024 1555
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 835
.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 425
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1860