Azərbaycanlı tələbələr Türkiyədə imtahan suallarını satdılar

Azərbaycanlı tələbələr Türkiyədə imtahan suallarını satdılarTürkiyədə SAT (Scholastic Aptitude Test) imtahan suallarını satmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıb.

Sualların Ankarada 2-3 min dollara satılması barədə şikayət əsasında məsələ ilə bağlı araşdırma başladılıb. Azərbaycan və İran əsilli altı nəfər saxlanılıb.

Məlum olub ki, onlar "Telegram"ın çat proqramı vasitəsilə əlaqə saxlayıblar, suallar Azərbaycandan olan Cahid və M.N. adlı şəxslər tərəfindən gətirilib və onların "karantina" adlandırdıqları evlərdə paylanıb.

Əməliyyatlar zamanı Azərbaycan və İran əsilli Əfsanə G., Fərnaz H., Fuad K., Ələkbər K., Səid K. və Əli A. saxlanılıblar. Axtarış zamanı 11 SAT imtahanına giriş sənədi, 18 SAT imtahan sual kitabçası və çoxsaylı rəqəmsal materiallar ələ keçirilib.

Şübhəlilərdən biri Səid K. bildirib ki, imtahan suallarını Cahid M. təşkil edir və satır:

"Bu imtahan eyni anda 170 ölkədə olur. Bu sualları Türkiyədə paylayan şəxs Cahiddir. Bakı ərazisində universitetlərin sualları da daxil olmaqla hamısını Cahid satır".

ABŞ-da tələbələrin ali təhsilə qəbulu üçün standartları müəyyən edən qurum olan "College Board" tərəfindən tətbiq edilən SAT imtahanını ABŞ universitetlərində bakalavr təhsili almaq istəyən tələbələr və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələr verir.

///oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 685   Tarix: 16 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəzzada 34844 fələstinli qətlə yetirilib

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 34844-ə çatıb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 215 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. Açıqlamada İsrai

08.05.2024 138
.

Sakit okeanda 6,1 bal gücündə zəlzələ oldu

Sakit okeanda yerləşən Vanuatuda zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,1 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Luqanvil bölgəsindən 99 kilometr şimal-şərqdə olduğunu bildirib. Zəlzələ yerin 12,5 kilometr dərinliyində qeyd

08.05.2024 143
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

08.05.2024 591
.

Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-c

08.05.2024 564
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

08.05.2024 1142
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 536
.

Tamstore marketlər şəbəkəsi "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib

Hər zaman endirim kampaniyaları ilə gündəm yaradan Tamstore Marketlər Şəbəkəsi bu dəfə "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib. Marketlər şəbəkəsinin bütün filiallarında 8-14 may tarixi aralığında 500 dən çox məhsulda 70 faizə qədər endirim müştərilərini gözləyir. Endirimlə

08.05.2024 377
.

Bakıda kişi sevgilisinə "mənim olmalısan" deyib qanını tökdü

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Sahil bağı" parkında "yox" cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub. "Qaynarinfo"nun məlumatına görə, 1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlə

08.05.2024 575
.

Rusiya: "Ukraynada Xarkov və Donetskdə 2 yaşayış məntəqəsini ələ keçirdik"

Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində Kislovka və Ukraynanın Donetsk vilayətində Novokalinovo qəsəbələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, açıqlamada Ukraynanın Rusiyanın enerji obyektlərinə ziyan vurmaq cəhdlərinə cavab verdiyi və bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələrini

08.05.2024 170