Varlıların nəzərinə: Britaniyada əmlak almaq daha da çətinləşir

Varlıların nəzərinə: Britaniyada əmlak almaq daha da çətinləşir"Qızıl viza" tətbiqinin dayandırılmasının ardınca, yeni qanun hazırlanır: əmlak üçün bunu istəyəcəklər...
Böyük Britaniya hökuməti daşınmaz əmlakın son alıcılarının adlarını açıqlamağa məcbur edən qanun layihəsi hazırlayır. Bu barədə mənzil, regional inkişaf və yerli idarəetmə naziri Maykl Qov "Sunday Telagraph" nəşrinə müsahibəsində bildirib. "Biz Böyük Britaniyanın əmlak bazarındakı pul fırıldaqlarına son qoymaq istəyirik. Artıq bazarımız korrupsioner məmurlar və onların pullarını yuyan və kimliyini gizlədənlər üçün açıq olmayacaq".

Qeyd olunur ki, Britaniyada əmlak almaq arzusunda olan istənilən hüquqi şəxs özü və xərclədiyi vəsaitin mənbəyi haqda məlumatları təqdim etməlidir.

Bundan öncə Britaniya Daxili İşlər Nazirliyi varlı xarici investorların bu ölkədə yaşamasına icazə verən "qızıl viza" tətbiqini də dayandırıb.

Açıqlamada sui-istifadə hallarının qarşısını almaq üçün "Tier 1 İnvestor vizası" ilə bağlı islahatlara başlandığı və Daxili İşlər Nazirliyinin vizanı dayandırdığı açıqlanıb.

"Qızıl viza" kimi tanınan "Tier 1 İnvestor vizası" ərizəçiyə Böyük Britaniyada yaşamağa imkan verirdi. Viza müraciətləri üçün minimum 2 milyon funt-sterlinq investisiya tələb olunurdu.

Britaniya təqribən 20 ilə yaxındır ki, beynəlxalq miqyasda maliyyə cinayətləri törədən, xüsusən də qanunsuz yollarla varlanmış və bu pulları legitimləşdirməyə çalışan korrupsioner siyasətçilər və məmurlar üçün əsl "cənnət" məkanına çevrilib. Bu iyirmi ildə ölkənin adı davamlı olaraq böyük beynəlxalq qalmaqallarda hallanıb. İnkişaf etməkdə olan ölkələrdən dövlət əmlakını talan edərək oğurladıqları sərvətləri qanunsuz yollarla Britaniyaya gətirib özlərinə çox bahalı mülklər alan, ifrat dərəcədə dəbdəbəli həyat quran siyasi elitlərin və onların ailə üzvlərinin xəbərləri səngimək bilməyib. Bu tip cinayətlərin artan templə törədilməsinə şərait yaradan, cinayətkarlarla mübarizəni çətinləşdirən qanun boşluqlarının təcili olaraq aradan qaldırılmasına istər Britaniya daxilində, istərsə də beynəlxalq aləmdə çağırışlar son illərdə çox güclənmişdi. Britaniyanın bu sahədə 2002-ci ildə qəbul edilmiş "Proceeds of Crime Act" adlandırılan qanunu qüvvədə olsa da, həmin qanun çirkli pulların yuyulması mexanizmlərinin dövlət orqanları tərəfindən effektiv şəkildə təqib olunmasına və cəzalandırılmasına o qədər də uyğun deyildi.

Beynəlxalq Şəffaflıq Təşkilatının Britaniya bölməsinin (Transparency International UK) apardığı araşdırmalara görə, Azərbaycandan aparılmış və mənbəyi şübhə doğuran sərvətlər hesabına Britaniyada ən az 340 milyon funt sterlinq dəyərində daşınmaz əmlak satın alınıblar. Azərbaycan Beynəlxalq Bankı ASC-nin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı başladılmış birinci istintaq işi isə korrupsiya ilə mübarizə sahəsindəki yeni qanunvericiliyin qüvvəyə minməsindən sonra Britaniya hökumətinin xarici ölkələrdən olan korrupsioner məmurlara və onların ailə üzvlərinə qarşı başlatdığı ilk istintaq işi kimi tarixə düşüb.

Son olaraq isə Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) araşdırmalardan sonra Azərbaycan parlamentinin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Britaniyanın bank hesablarındakı 5,6 milyon funt-sterlinqin müsadirəsi ilə bağlı qərar çıxarmışdı./Musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 530   Tarix: 15 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Təhlükəli asteroid Yerə yaxınlaşır

"Apofis" asteroidi Yerə potensial təhlükəli yaxınlaşması ilə dünya tədqiqatçılarının və alimlərinin diqqətini cəlb edir. -ın xarci mediaya istinadla xəbərinə görə, Qədim Misirin məhv tanrısı Apofisin adını daşıyan bu nəhəng kosmik obyekt cəmi 31 min kilometr məsafədən keçəcək. Mütəxəssislə

12.05.2024 365
.

Bu ölkədə yenidən doğulmaq qadağan edildi - Məzəli rəsmi qərar

Çində yenidən anadan olmaq qadağan olunub. Qanun bu günlərdə ölkə konstitusiyasına əlavə edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Çində ərizə verib öncədən xəbərdarlıq edilmədən yenidən dünyaya gəlmək rəsmən qadağan edilib. Məzəli görünsə də, bu qayda çinlilərin reankarnasiyaya dərin inanc

09.05.2024 589
.

"Google Chrome" istifadəçilərinə təcili xəbərdarlıq

"Google" anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş CVE-2024-4671 boşluğunu aradan qaldıran "Chrome" brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb. Məlumata görə, hakerlər bu boşluqdan fəal şəkildə istifadə edirlər. Boşluğun təcavüzkarlar tərəfindən nec

12.05.2024 495
.

Bakı metrosu vaqonlar üçün təkərlər alır - MƏBLƏĞ

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro vaqonları üçün təkər cütləri alır. İqtisadiyyat.az xəbər verir ki, yeni təkər cütləri "81-717/714" seriyalı metro vaqonları üçün nəzərdə tutulub. Sifarişi "Oktyabrskiy Elektrovaqonoremontnıy Zavod" SC həyata keçirəcək

11.05.2024 269
.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

05.05.2024 591
.

"X"in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Əvvəllər "Twitter" kimi tanınan "X" sosial şəbəkəsi "Bright Data"nın ictimaiyyətə açıq istifadəçi məlumatlarını toplamasının qarşısını ala bilməyib. Məhkəmə sosial şəbəkənin "Bright Data"ya qarşı qaldırdığı iddianı rədd edib. "X"in vəkilləri qarşı tərəf

12.05.2024 272
.

Heç nə oxumadan imtahanda qiymət almağın asan, amma qanunsuz yolu - VİDEO

Ölçüsü cəmi bir neçə millimetrdir. Qulağın içinə qoyulur, ətrafdan isə görünmür. Söhbət mikroqulaqlıqlardan gedir. Son dövrlərdə bu cür qulaqlıqlara maraq artıb. Bu cihazları sosial şəbəkə səhifələrindən satın almaq və ya müəyyən məbləğ qarşılığında icarəyə götürmək mümkündür. Qiymətləri isə 60-260 mana

12.05.2024 746
.

Yuxusuz yaşaya bilən 10 heyvan: Bu necə mümkündür?

Bəzi heyvanların hər zaman aktiv olan beyinlərə sahib olduğunu, bəzilərinin isə ənənəvi "yuxu" mənasında aylarla yatmadığını bildikdə təəccüblənəcəksiniz. Təbiət dünyası bizi demək olar ki, hər gün öz sirləri və tapmacaları ilə təəccübləndirir, bəşəriyyət onların əksəriyyətinə hələ də cava

18.05.2024 213
.

Dələduzlar professoru da bu üsulla aldatdılar

Rusiyanın Sankt-Peterburq şəhərində professora qarşı dələduzluq edilib. yerli KİV-ə istinadla bildirir ki, mayın əvvəlində özünü bankın təhlükəsizlik işçisi kimi təqdim edən naməlum şəxs Sankt-Peterburq Dövlət Universitetinin 73 yaşlı müəllimi, filologiya elmləri doktoruna zəng edib. Dələduz bəzi cinayətkarları

11.05.2024 276