Tikinti məhsullarını necə ucuz ala bilərik? - ARAŞDIRMA

Tikinti məhsullarını necə ucuz ala bilərik? - ARAŞDIRMARusiyadan gətirilən tikinti materiallarının qiymətinin artması bir qisim alıcını yerli məhsul almağa meyilləndirir. Ekspertlər deyirlər ki, inşaat məhsullarına qarşıdakı illərdə tələb çox olacaq. Bu səbəbdən yerli istehsalın artırılmasına ehtiyac var.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Azərbaycan tikinti məhsullarının bir qismini Rusiya və Ukraynadan idxal edirdi. Hazırda bu iki ölkə arasındakı münaqişəyə görə Ukraynadan məhsul gəlmir, Rusiyadan idxal edilən isə əvvəlkindən baha başa gəlir. Bu da ona gətirib çıxardıb ki, yerli istehsal olan bəzi tikinti məhsulları ilə Rusiyadan idxal edilən arasında böyük qiymət fərqi yaranıb.

Tikinti materiallarının satışı ilə məşğul olan Nəsrəddin deyir ki, bu fərq bəzi alıcıların yerli məhsullara daha çox meyil etməsinə gətirib çıxarıb: "Hər məhsulun öz alıcısı var. Yerli məhsulları da alırdılar, idxal olunanları da. Ancaq bir qisim alıcı var idi ki, xarici istehsala üstünlük verirdi. Əvvəllər Rusiyadan gətirilən məhsulla onun eynisi olan yerli istehsal arasında fərq elə çox deyildi. Müəyyən qədər fərq olanda insanlar xarici istehsala üstünlük verirdilər. Qiymət fərqi böyük olanda xərcləri xeyli artmış olur. Ona görə, yerli istehsalla maraqlanan, alanlar çoxalıb". Yaranmış situasiya tikinti məhsulları ilə bağlı mövcud istehsalın genişləndirilməsini stimullaşdıra bilərmi?

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, bir çox inşaat məhsullarının ölkəmizdə istehsalı var. Həmin istiqamətlərdə idxaldan asılılığı azaltmaq üçün istehsalın həcminin genişləndirilməsi vacibdir: "Azərbaycanda bir çox tikinti materialları - sement, kərpic, mişar daşı, elektrik naqilləri, pəncərə profilləri, boyalar və s. istehsal olunur. Bəzilərində xammal idxalla əldə edilsə də, istehsalı aparılır. Biz Rusiya və Ukraynadan daha çox dəmir məmulatları - armatur, dəmir, metal konstruksiya, mismar və s. idxal edirdik. Rusiyadan idxal etdiyimiz bəzi məhsullarla bağlı ölkəmizdə istehsal var. Məsələn, armatur, sadəcə təkan verib sürətləndirmək lazımdır. Belə sahələr çoxdur".

E.Fərzəliyevin sözlərinə görə, bəzi sahələr üçün ölkəmizdə istehsal real görünmür: "Rusiya nəinki Azərbaycana, xeyli ölkəyə taxta ixrac edir. Bu gün desək ki, taxta istehsal edəcəyik, Rusiyadan gələni əvəz edəcək, real görünmür. Bunun üçün ilk olaraq tikintiyə yararlı taxtaların meşəsini salmalıyıq. İndi salmalıyıq ki, 15-20 il sonra o məhsullardan istifadə edə bilək".

"Bəzi məhsulların yerli istehsalı yox, idxalı daha münasib qiymətə başa gəlir" - deyən E.Fərzəliyev bildirdi ki, bu halda da yerli istehsalı təşkil etmək lazımdır: "Pandemiya dövründə gördük ki, sərhədlər bağlandı, bir çox məhsulların idxalında problemlər yaşandı. Asılılıq var idi deyə, o məhsullar bizim üçün əlçatan olmadı. Nə qədər baha olsa da, gələcək üçün bunları da qurmaq lazımdır".

E.Fərzəliyev deyir ki, işğaldan azad olunmuş ərazilərdə inşaat məhsullarının istehsalı üçün xammal çoxdur: "Azad olunmuş ərazilərdə 140 adda sərvət var. Mərmər, qranit, daş, qızıl və s. yataqlar həddindən artıq çoxdur. Digər ərazilərimizdə də bir çox mədənlər var. Azərbaycan yerli mədənləri hesabına tikinti məhsulları istehsal edərsə, bir çox tikinti materiallarının idxalından imtina edə bilərik".

E.Fərzəliyev bildirdi ki, inşaat məhsullarına qarşıdakı illərdə tələb çox olacaq. Bu səbəbdən yerli istehsalın artırılmasına ehtiyac var: "Təkcə paytaxt Bakıda minlərlə istismar müddəti bitmiş çoxmənzilli yaşayış binaları var. Onlar zamanla sökülür, yeni binalarla əvəzlənir. İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri hələ uzun müddət gedəcək. Regionlarda da tikinti işləri çox olacaq. Bu baxımdan tikinti materiallarına da tələb çox olacaq".

Əmlak eksperti Elnur Azadov deyir ki, Rusiyadan gələn bütün məhsulların qiymətində böyük artım yoxdur: "Xammalı Rusiyanın özündə olan inşaat məhsulları var, bir də özlərində olmayan. Xammalı özündə olan məhsulların Rusiyada qiymət artımı 15-25 faiz olub. Lakin bizim bazarda Rusiya rublu ucuzlaşdığı üçün bu ölkədən idxal olunan həmin məhsullarda 5-10 faiz arası qiymət artımı izlənilir. Xammalı qismən xaricdən idxal etdikləri məhsullarda isə qiymət 15-30 faiz artıb. Bəzən 40 faiz də ola bilir. O mallar ki Rusiyada istehsal olunur, xammalı isə tamamilə xaricdən gətirilir, həmin məhsullarda isə 40-80 faiz qiymət artımı var".

E.Azadovun sözlərinə görə, ümumilikdə, Rusiya və Ukraynanın hansı inşaat məhsullarına tələb var idisə, indi istehlakçılar həmin məhsulların alternativ ölkələrdən idxal ediləninə üstünlük verəcəklər: "Bəzi məhsullarla bağlı ölkəmizdə yerli istehsal yox idi, daha çox Rusiya və Ukraynadan gətirirdik. Həmin məhsulları indi Türkiyə, İran, Çin bazarlarından daha münasib qiymətə əldə edə bilərik. Bəzi sahələrdə ölkəmizdə yerli istehsal var, amma alıcılar yenə də xarici məhsulları alırlar. Çünki keyfiyyət və görünüşcə geri qalırıq. Məsələn, 8 il öncə Azərbaycanda keramik məhsullar istehsal olunmağa başlayıb. Cəmi 2 istehsalçı var. Yerli istehsal olduğu üçün gömrük və daşınma xərcləri yoxdur. Lakin analoji mallar İran, Çin, Hindistan, Rusiyada daha ucuz başa gəlir. Üstəlik keyfiyyətləri də yüksəkdir. Bizim inşaat mallarımız dünya bazarına çıxa bilmir. İstehlakçı seçim qarşısında qalır və bir manat baha alır, amma xaricdən gələni seçir. Bu, onlar üçün böyük itki deyil".

E.Azadov qeyd etdi ki, ölkədə istehsal olmayan inşaat məhsullarının istehsalına investisiya yatırmaq risklidir: "Birincisi, xammal Azərbaycanda məhdud saydadır. İkincisi, investisiyanın bu kimi sahələrə qoyuluşu o qədər əlverişli deyil. Azərbaycanda nə varsa, artıq var. Digərlərinə böyük investisiya qoymaq, daxili bazar üçün istehsal etmək risklidir. Çünki istehlakçı 5-10 faiz baha olsa da, xarici məhsulu alacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 499   Tarix: 15 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 971
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

28.04.2024 271
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 174
.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

28.04.2024 176
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 228
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 179
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 147
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 314
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 194