"Yazırlar ki, gəlini keçmişdə qalıb": Nazilə Səfərli od püskürdü

"Yazırlar ki, gəlini keçmişdə qalıb": Nazilə Səfərli od püskürdüGəlininə ötən gün xınayaxdı mərasimi edən şairə Nazilə Səfərli od püskürüb.

BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, buna səbəb Nazilə Səfərlinin gəlininin sosial şəbəkələrdə tənqid edilməsi olub:

"Ötən gün gəlinimin xınayaxdı mərasimi oldu. Xeyir-dualarınız həddindən artıq çox idi. Özünüz də görürsünüz ki, səhifəmdə xeyir işdən görüntü paylaşmamışam. Çünki övladlarım media adamları deyillər. Onlar mənin sayəmdə məşhurlaşmaq və gündəmə gəlmək istəmirlər. Bizim məclisə gələn qonaqlar, müğənnilər paylaşım ediblər. Şərh bölümünə yazırlar ki, gəlinin üzərində pul var, gəlin keçmişdə qalıb. Biri yazır ki, görməmişlik edir. Bəli biz beləyik, keçmişdə qalmışıq. Siz gələcəyə çimərlik geyimi ilə gedin. Mənim gəlinimi və oğlumun görüntüsünü paylaşmağı sizdən kim xahiş edib? Paylaşmayın! Mənim ailəmin tədbiridir. İndidən deyirəm ki, mənim toyumdan reklam tutmaq istəyən gəlməsin. Mən kimsənin haqqını yemirəm. Dəvət etdiyim hər kəsə hörmət etməyə çalışıram. Mənim gəlinim, oğlumun və qonaqların, onların ailərinin nə günahı var ki, TikTokdadırlar. Sizi sayıb ailəmin içinə buraxmışıq, gəlib paparazzilik edirlər. Niyə camaatın ailəsinə qanqaraçılıq salırsınız?! Gəlininin başına pul, əlinə qızıl taxarlar və pul verərlər. Kimsə artıq-əskik yazmasın. Bunun bədbəxti, uğursuzu var. Hamı xoşbəxt deyil. Xoşbəxt olmayan niyə mənə xeyir-dua versin?!Adam onsuz da bədbəxtdir. Ona görə xahiş edirəm camaatı üstümə qaldırmayın. Bu mənim ailənin toyudur. İstəyərəm gəlinim üstünə pul taxaram, istəyərəm Havay adalarına bal ayına göndərərəm. Sizi nə yandırır? Çox xahiş edirəm ki, bizim evə qanqaraçılıq salmayın".

Qeyd edək ki, şairənin oğlu Nurlanın mayın 9-da məkanların birində toy mərasimi olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2714   Tarix: 07 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

01.05.2024 1020
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 1004
.

15 illik fanatı Ayselin instaqramını tapdı

Avroviziya təmsilçimiz Aysel Teymurzadə növbəti paylaşımıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı 15 illik xarici fanatının ona yazdığı təşəkkür mesajını izləyiciləriylə bölüşüb. "Salam, Aysel. İnstaqramınızı tapdığım üçün çox xoşbəxtəm. Avroviziyada "Always" ilə çıxış edəndə 15 yaşım va

01.05.2024 921
.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

01.05.2024 1420
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1454
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 597
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

29.04.2024 845
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 4333
.

"Deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et"

"Hamı özündən belə şey çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır. İndi mən beləyəm, qəbullanın. Aparıcılar zəng edib deyirlər ki, "Belə fikrin varsa, bizim verilişdə et". Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım başımdadır". Axşam.az xəbər verir ki, bu sözlər

30.04.2024 973