"Location" klubunda xəsarət alanlara yardım edən şəxs DANIŞDI

"Location" klubunda xəsarət alanlara yardım edən şəxs DANIŞDIBildiyimiz kimi, aprel ayının 3-də "Location" klubunda partlayış baş verib. Nəticədə 4 nəfər dünyasını dəyişib, 37 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Onlardan biri Fariz Məmmədzadədir. O, videoların birində dərman ala bilmədiyini, ağrılardan əziyyət çəkdiyini, qarşı tərəfin heç bir dəstəyi olmadan, öz hesabına dövlət xəstəxanasında 2 dəfə əməliyyat olunduğunu bildirib.

Mövzu ilə bağlı Sonxeber.az saytının əməkdaşları "Location" klubunu işlədən və hazırda həbsdə olan Orxan Səfərovun qardaşı, "Location" klubunun da aid olduğu "Messer Food" şirkətinin digər restoranı üzrə təsisçi Elşən Səfərovdan açıqlama alıb.

O, bir çox xəsarət alanları, eləcə də Fariz Məmmədzadəni öz hesablarına özəl klinikada müalicə etdirdiklərini bildirib:

"Bəzi xəsarət alan şəxslər oldu ki, öz hesablarına müalicə aldılar. Onlar dost-tanışlardır. Sağ olsunlar! Hətta bu gün də bizə yardım etməyə hazır olduqlarını bildirirlər. Biz Fariz bəyin müalicəsini etdirmişik. Hətta xəstəxanadan çıxdıqdan sonra demişik ki, müalicə üçün ehtiyac yaranarsa, yenidən "MedEra Hospital"a gedə bilərlər. Bütün müalicəni biz öz üzərimizə götürmüşük.

Bacardığımız qədər vəfat edənlərin yası üçün, xəsarət alanların sağalması üçün dəstək olmağa çalışırıq.

Biz "etmirik" deməmişik. Bu gün bəzi saytlarda belə başlıq yazırlar: "Dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub". Deyə bilərdik ki, "onsuz da tutulan tutulub", amma bunu etmədik, əksinə, dəstək olmağa çalışdıq. Klinikadan soraqlaşıb, araşdıra bilərsiniz. Biz təkcə Farizin müalicəsi üçün 15961 manat ödəmişik. Niyə birtərəfli açıqlamalar alırlar, anlamırıq.

Birtəhər, borc-xərclə edirik. Bu gün də deyirik ki, Fariz Məmmədzadənin müalicəyə ehtiyacı varsa, "MedEra Hospital"da etdirsin, özümüz ödəyəcəyik.

Fariz bəy deyir ki, 5 nömrəli xəstəxanada 2 dəfə əməliyyat olunub. Araşdırın, xahiş edirəm. Görün, hansı əməliyyat olunub? Həkimlərlə danışın, qollarına baxın. Axı əməliyyat olunmayıb".

Daha sonra adı çəkilən hospitalın həkimlərindən biri olan Rinat Murtuzəliyev saytımıza açıqlama verib.

O bildirib ki, klinikaya gətirilənlər arasında vəziyyəti ağır və orta ağır olanlar olub:

"Çıxanların vəziyyəti yaxşı olduğundan biz onları evə buraxdıq. 1 ağır xəsarət alan Seneqallı Samira xanımdır ki, ona dəri köçürmə əməliyyatı olunmalıdır. Hazırkı vəziyyətdə bu, mümkün deyil. Lakin ilk dəriköçürmə əməliyyatı qollarında, ikinci dəfə isə ayaqlarında ediləcək. Samira xanım ən azı 1 ay hələ burada qalmalı olacaq. Fariz bəy isə nə dövlət xəstəxanasında, nə də bizim klinikamızda əməliyyat olunmayıb. Müalicəsi bitib. Sadəcə həftədə 2 dəfə sarğısını dəyişməyə gəlir".

Qeyd edək ki, əməkdaşlarımız Seneqaldan olan Samira xanımı da ziyarət ediblər.

O, hər şeyin yaxşı olduğunu deyib:

"Həkimlər sağ olsunlar, necə lazımdır, yüksək səviyyədə qulluq edirlər. Artıq səhhətim yaxşılaşmağa doğru gedir. Hər kəsə minətdaram".

Sonxeber.az saytı qarşı tərəfin fikrini örənmək üçün Fariz Məmmədzadə ilə əlaqə saxlayaraq, onun əməliyyat olunub-olunmadığını öyrənmək istəyib.

Lakin Fariz Məmmədzadə bu sualın cavabını qardaşından soruşmağımızı istəyib:

"Mən bilmirəm, siz kimsiniz. Həqiqətən jurnalist olduğunuzu bilmirəm. Əməliyyat olunub-olunmamağımı isə ailəmlə bölüşə bilərəm. Heç kimə mən bu barədə məlumat vermirəm. Əməliyyat olunub-olunmadığımı qardaşımdan soruşun, həmin an narkozlu olduğumdan bu barədə məlumatsızam ".

"Location" klubunda xəsarət alanlara yardım edən şəxs DANIŞDI"Location" klubunda xəsarət alanlara yardım edən şəxs DANIŞDI"Location" klubunda xəsarət alanlara yardım edən şəxs DANIŞDI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 678   Tarix: 30 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Yeni Kaledoniya xalqının etirazına dəstək verir?

Fransa daxili işlər naziri Jerald Darmanin Azərbaycanı Fransanın Sakit okeanda ərazisi sayılan Yeni Kaledoniyada son baş verən etirazlara müdaxilədə ittiham edib. O müstəqillik tərəfdarı olan bəzi fəalların Azərbaycan hakimiyyəti ilə sövdələşməsi olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki

17.05.2024 538
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

11:12 293
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

11:45 277
.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər

16:20 134
.

Sabah muzeylərdə "Açıq qapı" günü olacaq

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. -ın məlumatına görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmiş və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Beynəlxal

17.05.2024 360
.

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı

Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının rayon polis idarəsinə müraciəti əsasında sosial şəbəkələrdə onları təhqir edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Qafqazinfo"ya bildirib ki, əvvəllər məhkum olunmuş

17.05.2024 1158
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

16:05 115
.

Sabiq deputat Mahir Aslanova aid olan "Kəpəz" MTK vətəndaşları belə ALDATDI- İDDİA/FOTOLAR

"Sabiq deputata Mahir Aslanovun aid olan "Kəpəz" MTK vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satıb". Bu sözləri -a müraciət edən vətəndaş Heydərov Hüseynağa deyib. Vətəndaş bildirib ki, aldığı evlər eyni vaxtda başqa şəxsə də satılıb:. "Kəpəz" MTK-a aid olan Xırdala

17.05.2024 483
.

Müştərisinin qayınanasının şəklini sosial şəbəkədə yayan "Ekstrasens Hikmət"ə həbs cəzası verildi

Özünü falçı kimi təqdim edərək vətəndaşın xeyli pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevə hökm oxunub. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Quba rayon Qamqam kənd sakini olan falçı Cinayət Məcəlləsinin 178.2.

17.05.2024 637