Şəhriyar Məmmədyarov dünya çempionunun vətənindən nə qədər qazanıb?

Şəhriyar Məmmədyarov dünya çempionunun vətənindən nə qədər qazanıb?Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun "Çempionlar Turu" yarışından nə qədər pul qazandığı bəlli olub.

22-28 aprel tarixlərində keçirilmiş, turnirin üçüncü – əsas mərhələsi sayılan "Oslo Esports Cup"da Şəhriyar 11 xal toplayaraq səkkiz şahmatçı arasında beşinci olub.

Bəs Məmmədyarov Norveçin paytaxtı Osloda keçirilmiş, ümumi mükafat fondu 210 min dollar olan mərhələ yarışından nə qədər pul qazanıb?

Oxu.Az bunu araşdırıb.

Hər iştirakçı qazandığı hər xala görə 2500 dollar pul əldə edir. Şəhriyarın payına 27 500 dollar pul düşüb.

Mərhələnin çempionu Yan-Kşıştof Duda (Polşa) 14 xal toplayıb və 35 min dollara sahib çıxıb. 13 xal toplanış Le Kuanq Lyem (Vyetnam) 32 500 dollar qazanıb. 12 xal toplamış dünya çempionu Maqnus Karlsen (Norveç) və Rameşbabu Praqanandaa (Hindistan) hərəyə 30 min dollar əldə edib.

10 xal toplayan Yorden fan Foreest (Niderland) və doqquz xalla yarışı başa vurmuş Aniş Qirinin (Niderland) bu mərhələdən qazancı müvafiq olaraq 25 min və 22 500 dollar olub. Cəmi üç xal toplamaqla sonuncu pillədə bitirən Erik Hansen (Kanada) 7500 dollarla yarışdan ayrılıb.

Qeyd edək ki, "Çempionlar Turu"nun növbəti – dördüncü mərhələsi 19-26 may tarixlərində keçiriləcək. Hələ iştirakçıların sayı bilinmir. Birinci və üçüncü mərhələlərdə iştirak etmiş Şəhriyar Məmmədyarov ümumi yarışın turnir cədvəlində 25 şahmatçı arasında altıncı pillədədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 768   Tarix: 30 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Luka Modriç "Real Madrid"in tarixinə düşdü

Luka Modriç adını "Real Madrid" klubunun tarixinə yazdırıb. Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçi "Real Madrd" klubunun forması ilə yaşıl meydanlara çıxan ən yaşlı futbolçu adına yiyələnib - 38 il 238 gün. Beləliklə, Luk

05.05.2024 422
.

Azərbaycan Premyer Liqası: "Neftçi" "Kəpəz"i darmadağın etdi - VİDEO

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun görüşlərinə start verilib. xəbər verir ki, ilk oyun günü "Neftçi" və "Kəpəz" kollektivləri üz-üzə gəlib. "Neftçi Arena"da baş tutan matçda meydan sahibləri 5:1 hesabı ilə qələbə qazanıb. Qarşılaşmada hesabı 36-c

10.05.2024 373
.

"Barselona" Levandovskini "Liverpul"un ulduzu ilə əvəz edə bilər

"Barselona" polşalı hücumçu Robert Levandovskini "Liverpul"un ulduzu Darvin Nunyeslə əvəz edə bilər. Məlumata görə, "Barsa" Nunyesi qarşıdakı yay üçün transfer hədəflərindən birinə çevirib. Kataloniya klubu heyət xərclərini azaltmağı planlaşdırır və yüksək maaş alan Levandovskidə

05.05.2024 352
.

Həbib Nurməhəmmədovun milyonlarla borcu var

Həbib Nurməhəmmədov bir çox mükafatlar qazanıb və yüngül çəkidə UFC çempionu titulu sayəsində bütün dünyada məşhurlaşıb. Karyerası ərzində Nurməhəmmədov 29 döyüş keçirib və heç vaxt məğlub olmayıb. İdmandan ayrıldıqdan sonra isə o, bizneslə məşğul olub. Bildirilir ki, idmançının nəzarətində olan şirkətlə

12.05.2024 772
.

Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçirilən cüdo üzrə Avropa Kata turnirində iştirak edib. "Report" Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən xəbər verir ki,təmsilçilərimiz turnirində bürünc medal qazanıblar. İsmayıl Rzayev (tori) və İbrahim Aslanov (uke

11.05.2024 265
.

Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm

Oyunçulardan razı qaldım. Onları "Neftçi"yə qarşı o qədər də çox motivasiya etmirəm. "Report" xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi" ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransınd

05.05.2024 434
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 419
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 413
.

UEFA-dan yeni qərar

UEFA İcraiyyə Komitəsi Avro-2024-də çıxış edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib. "Qafqazinfo" UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar iştirak ərizələrinə 26-ya qədər oyunçu daxil edə bilərlər. Əvvəllə

03.05.2024 465