XTQ zabiti: "Oğlum məndən soruşur ki, ata, erməni öldürüb ayaqlarını?" - VİDEO

XTQ zabiti: "Oğlum məndən soruşur ki, ata, erməni öldürüb ayaqlarını?" - VİDEOBu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranma günüdür.

1999-cu il bu günü Birinci Qarabağ müharibəsi iştirakçısı olan zabit və gizirlərin iştirakı ilə yaradılan XTQ 23 il ildir ki, dövlətə şərəflə və sədaqətlə xidmət göstərir. 2016-cı ilin Aprel döyüşlərində zəfərin təməlini qoyan Xüsusi Təyinatlı Qüvvələr həm də 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin taleyini həll etməkdə rol oynayıb. XTQ-nin komandanı, general-leytenant Hikmət Mirzəyevlə yanaşı, xüsusi təyinatlı qüvvələrin 36 hərbçisi Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

"Qafqazinfo" bu gün münasibətilə Vətən müharibəsində 4, ümumilikdə xidmətlərinə görə 9 medalla təltif olunmuş XTQ-nin ehtiyatda olan baş leytenantı Şəmsəddin Qurbanovla Hərbi Qənimətlər Parkında həmsöhbət olub.

Qəhrəmanımız Xüsusi Təyinatlı Qüvvələrə qoşulmasından tutmuş, əfsanəvi Şuşa döyüşləri, zəfərdən bir gün əvvəl yaralanmasına qədər müxtəlif sualları cavablandırıb:

"Əfsanələr həmişə olur. Amma mən Şuşa döyüşlərinin real şahidi kimi deyə bilərəm ki, əgər düşməni məhv etmək üçün əlimdə sadə şans varsa, istifadə edirəm. Gülləm, mərmim qalmayıbsa, bıçaqla və ya əlbəyaxa düşməni məhv edirəm.

Düzdür, o qayalıqlarla qalxmaq çətin məsələdir. Biz Allahın köməyi ilə buna nail olduq, "Allahu Əkbər" deyib döyüşə atılırdıq. Hər an ayağımızın altından qaya sürüşə bilərdi. Biz o cür şəraitdə, düşmənin hava zərbələri altında, noyabrın 6-da Şuşaya daxil olduq. Qısa müddətdə artıq Şuşa azad olunmuşdu. Düşmən iki gün ərzində artilleriya zərbələri endirirdi ki, Şuşanı geri qaytarsın. Hətta qadağan olunmuş mərmilərdən istifadə edirdilər. Amma buna nail olmadılar. Mən deyərdim ki, ən böyük qələbəni bizə bəxş edən içimizdəki Allah sevgisi oldu..."

Ehtiyatda olan XTQ baş leytenantı məhz Şuşa uğrunda döyüşlərdə yaralanıb. Həmin anı belə xatırlayır:

"Sağ ayağımı hiss etmirdim, çoxlu qəlpələr dolmuşdu, elə bildim bir ayağım yoxdur. Əlimlə ayağımı qaldırdım, gördüm yerindədir. 20-30 dəqiqə orada qaldıqdan sonra silahıma dayaq verə-verə döyüş meydanını tərk etdim. Yanımda yoldaşlarım var idi, amma icazə vermədim ki, onlar məni çıxarsınlar. Çünki istəmirdim mənə görə kimsə yaralansın. Düşmən ora 30 dəqiqə ərzində 20 qrad mərmisi atdı. Çox ağır döyüş idi.

Bizim içimizdə qorxu hissi olmayıb, tək qorxduğumuz o idi ki, torpaqlarımızı azad etməsək, xalqımızın üzünə necə baxa bilərik? Təbii, düşməni həmişə güclü bilirdik, çünki düşmənimizi zəif bilsək, döyüşə girmədən müharibəni uduzmuş sayılarıq".

XTQ mənsublarının bu günlər üçün yetişdirildiyini deyən Ş.Qurbanovun sözlərinə görə, döyüşə Azərbaycan bayrağı ilə gedib:

"General Polad Həşimov şəhid olan vaxtdan mən Azərbaycan bayrağını avtomobilimdə gəzdirirdim. Əhd etmişdim ki, müharibə başlasa, onu özümlə aparacağam. Oktyabrın 4-də Cəbrayıla daxil olanda düşmənin XTQ-si ilə qarşı-qarşıya gəldik. Avtomobil kolonunda öndə gələn maşın vuruldu. Onlar texnikalarından düşərək piyada qaçdılar və mövqelərinə çəkildilər. Həmin vaxt bizim bir qrup yüksək rütbəli zabitimiz atəşə tutuldu. Mən bayrağı əlimə götürüb başımın üstündə tutdum və düşmən üzərinə atıldım. Asfalt yolla irəlilədim. Yanlarına çatana qədər sağıma-soluma artilleriya zərbələri atılırdı. Snayper güllələri yanıma düşürdü. Arxamca yoldaşlarım gəldilər. Orada düşməni məhv etdik. Biz bir gülləni də boşa atmırdıq. Hər bir gülləyə erməni terrorçusu kimi baxırdıq. O döyüşdən sonra həmin bayraq deşik-deşik idi. Artıq o bayraq da mənimlə bərabər qazidir. O, qisas bayrağıdır. Mən onu Şuşada dalğalandırmaq niyyətində idim, amma həmin vaxt yaralılarımız, şəhidlərimiz var idi, mən komandir kimi onları ərazidən çıxarırdım. Ona görə bayrağı Şuşaya sanca bilmədim..."

Qazi bizə şəhid olan xüsusi təyinatlı qüvvələrin mənsublarından, onların şücaətindən də danışır. Aralarında xidmətini davam etdirənlər olduğuna görə, çoxunun adını çəkə bilmir. Ona əziz olan dostlarından biri, son damla qanınadək döyüşən XTQ mənsubu, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin şərəfinə müharibədən sonra doğulan qızına Adilə adını verib:

"Dostum İbrahimli Adil bu döyüşlərdə şəhid olub. O yaralansa da, müalicədən imtina etmişdi. Son damla qanınadək döyüşdü. Erməni polkovniki qeyd etmişdi ki, elə biliblər onlarla bir bölük döyüşüb. Lakin bölük deyil, Adil yaralı halda 11 ermənini öldürmüşdü.

Oğlumun 3 yaşı var, qızım isə mən Vətən müharibəsindən qayıdandan sonra dekabrın 2-də dünyaya gəlib. Mən ona şəhid dostum Adil İbrahimlinin şərəfinə Adilə adını verdim. Bununla özümə təskinlik tapıram. Döyüşə gedəndə ailəmi düşünmürdüm, şəhid olmağı fikirləşmirdim. Şəhidlik yüksək mərtəbədir, amma onu özümə arzulamamışam. Ona görə yox ki, ailəmin başsız qalacağından qorxmuşam, ona görə ki, hələ missiyam bitməyib, mən hələ Vətən üçün çox işlər görəcəyəm".

Ş.Qurbanov döyüşdüyü torpaqlara getmək arzusundadır. Amma heç vaxt ora istirahət üçün getməyəcəyini deyir. Çünki həmin torpaqlar onun yaddaşında qanlı səhifələr kimi həkk olunub. Qazi özünün yaralandığı yeri görmək, Şuşa ətrafında dostu Mehrab Niftəliyevin və digərlərinin şəhid olduğu yerləri ziyarət edib onların ruhuna dualar oxumaq niyyətindədir.

Qazi ilə söhbətimizin Hərbi Qənimətlər Parkında olması da təsadüfi deyil. Düşməndən əldə etdiyimiz döyüş sursatlarını bir də onunla birgə incələyirik. XTQ mənsubu texnikalar arasında bəzilərinin tanış gəldiyini, lakin üzərində nömrə nişanı olmadığından özünün qənimət kimi götürdüyü avtomobillər olub-olmadığını dəqiqləşdirə bilmir.

Qeyd edək ki, Ş.Qurbanov "Vətən uğrunda", "Vətən müharibəsi veteranı", "İgidliyinə görə", "Vətən müharibəsi iştirakçısı" və Füzulinin, Xocavəndin, Şuşanın, Cəbrayılın, Kəlbəcərin işğaldan azad olunmasına görə medalları ilə təltif olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 693   Tarix: 30 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789