Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayıdır

Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayıdır"Dünya Azərbaycanlılarının V Qurultayı"nın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi heç də təsadüfi deyildir. 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalan qədim Şuşa 2020-ci il 27 sentyabrda başlayan Vətən Müharibəsində Azərbaycanın qəhrəman oğullarının qanı-canı bahasına, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, düşünülmüş, uzaqgörən siyasəti və Azərbaycan xalqının birliyi sayəsində mənfur düşməndən azad olundu. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyil. Azərbaycan ordusunun bu möhtəşəm qələbəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı.
"Zəfər Qrultayının" Şüşada keçirilməsi bu şəhərin 50 milyonluq Azərbaycan xalqı üçün mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərir. Eyni zamanda dünyaya Süşanın, Qarabağın qədim Azərbaycan torpaqları olduğunu və bu torpaqların əzəli və əbədi sahiblərinin öz yurd yerlərinə yenidən və həmişəlik qayıtdıqlarını nümayiş etdirir. Qrultayda dünyanın 65 ölkəsindən 400-ə yaxın nümayəndə iştirak etdi.
Prezident İlham Əliyev Qurultayın işində iştirak edərək geniş nitq söylədi. Ölkə başçısı Dünya Azərbaycanlılarının həmrəyliyinin Qələbə ilə yekunlaşdığını, həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşlarının, həm də dünya azərbaycanlılarının bir nöqtəyə vururduğunu, bir hədəfə çatmaq üçün çalışdığını bildirərək, hər birimizin hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıqını diqqətə çatdırdı. Daha sonra Prezident xaricdə yaşayan milyonlarla azərbaycanlının hər brinin yaşadığı ölkələrdə müharibənin gedişatını yaxından izlədyini, eyni zamanda, öz çıxışlarında, şərhlərində, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırdığını qeyd etdi. İnformasiya təxribatlarının davam etdiyini bildirən cənab Prezident müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddialarının hələ ki, başa çatmadığını, lakin postmüharibə dövründə göstərilən səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını bildirdi.
Prezident İlham Əliyev çıxışında bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycanın sülh gündəliyini təqdim etdiyini, bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsinin gündəlikdə olduğunu, Azərbaycanın konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdüyünü və Ermənistanın bu beş prinsipi qəbul etdiyini bildirdi. Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacağını diqqətə çatdırdı.
Daha sonra Prezident İlham Əliyev qeyd etdi ki, hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar.

Könül Əfəndiyeva – YAP üzvü


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 407   Tarix: 26 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəhşicəsinə qətlə yetirilən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ

Martın 2-də itkin düşən və mayın 14-də Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın nənəsi də vəfat edib. xəbər verir ki, Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib. Məlumat üçün bildirək ki, Könülün son zəngi məhz nənəsinə olub. O, bu ilin martın 1-d

17.05.2024 987
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

14:30 96
.

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb. xəbər ki, İsrail döyüş təyyarələri gecə boyu Qəzzanın şimal, cənub və mərkəzi hissələrinə hava zərbələri endirib. Gecə saatlarında 9 nəfərin cəsədi Han Yunusdakı Avropa Xəstəxanasına gətirilib. Cibaliya Qaçqınlar Düşərgəsinə edilə

17.05.2024 234
.

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı hər il təxminən min nəfərə çatır

17.05.2024 275
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

11:45 213
.

ABŞ-ın Texas ştatında qasırğa nəticəsində 4 nəfər ölüb

ABŞ-ın Texas ştatında güclü yağışlar və fırtınalar gündəlik həyatı iflic edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb. Bu barədə ABŞ mediası məlumat yayıb. Məlumata görə, Hyuston ştatında hündürmərtəbəli binaların pəncərələrinin qırılması, ağacların qırılması və elektrik ötürücü xətləri

17.05.2024 165
.

Sabah da yağış yağacaq?

Mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayi

17.05.2024 407
.

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Neft və Qazın Dekarbonizasiyası Xartiyası"nın (OGDC) Rəhbər Komitəsinin sədri seçilib. xəbər verir ki, bu barədə SOCAR-ın "X" sosial şəbəkəsindəki hesabında bildirilir

17.05.2024 306
.

Fransız polisi sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb

Fransanın şimalındakı Rouen şəhərində polis sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb. xəbər verir ki, saat 06.45-də Ruandakı sinaqoqdan tüstünün gəldiyi barədə polisə məlumat verilib. Şəxs hadisə yerinə gələn polis əməkdaşına hücum edib. Polisin vurduğu şəxs dünyasını dəyişib. Daxil

17.05.2024 259