Namiq Abbaslı Qran-prinin finalına yüksəlib

Namiq Abbaslı Qran-prinin finalına yüksəlibAzərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə milli komandanın üzvü Namiq Abbaslı (-73 kq, J2) Antalyada keçirilən Qran-prinin finalına yüksəlib.

O, 1/4 finalda özbəkistanlı rəqibi Conibek Cəlilovu, yarımfinalda isə qazaxıstanlı cüdoçu Temirxan Dauleti məğlub edib. Finalda Namiq Abbaslı gürcüstanlı rəqibi Giorgi Kaldani ilə qarşılaşacaq.

-60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İsmayıl Muradov (J1) isə 1/4 finalda türkiyəli cüdoçu Sait Gökhan Yüceyə qalib gəlsə də, daha sonra yarımfinalda özbəkistanlı rəqibi Diyorbek Mayfonova məğlub oldu. İsmayıl Muradov bürünc medal uğrunda qırğızıstanlı rəqibi Tamirlan Abdıkerimov ilə görüşəcək.

Digər təmsilçimiz Anar İsmayılzadə (J1) ilk qarşılaşmada gürcüstanlı rəqibi Mişiko Şiorbişviliyə məğlub olaraq bu yarışda mübarizəsini dayandırıb.

Qran-prinin finalı Bakı vaxtı ilə 17:00-da başlayacaq.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 559   Tarix: 23 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 453
.

Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib

Nepallı alpinist Kami Rita 29-cu dəfə Everest dağını fəth edərək, rekordunu yeniləyib. "Report" xəbər verir ki, bu barədə alpinistin çalışdığı, dağ ekspedisiyalarının təşkilatçısı olan "14 Peaks" şirkətinin nümayəndəsi bildirib. "Bu gün səhər saat 07:25-də (Bakı vaxtı ilə saa

12.05.2024 239
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 579
.

"Liverpul" çempionluq şansını itirdi

"Liverpul" 2023/24 mövsümündə İngiltərə Premyer Liqasını qazanmaq üçün riyazi şansını itirib. Bu, "Mançester Siti"nin mayın 11-də çempionatın növbəti tur matçında "Fulhem"i 4:0 hesabı ilə məğlub etməsindən sonra baş verib. Beləliklə, "şəhərlilər"in sona iki tu

12.05.2024 234
.

Mariya Stadnik Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Report"un məlumatına görə, 35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub. Titullu güləşçimiz lisenziya uğrunda görüşd

12.05.2024 326
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 347
.

"Mançester Yunayted" Çempionlar Liqasında oynamayacaq - SƏBƏB

"Mançester Yunayted" növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün riyazi şansını itirib. Belə ki, komanda İngiltərə Premyer Liqasının 35-ci turunda "Börnli" ilə heç-heçə edib - 1:1. İngiltərə çempionatının 34 oyunundan sonra Erik ten Haqın rəhbərliyi altında "Mançester Yunayted"

28.04.2024 429
.

Luka Modriç "Real Madrid"in tarixinə düşdü

Luka Modriç adını "Real Madrid" klubunun tarixinə yazdırıb. Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçi "Real Madrd" klubunun forması ilə yaşıl meydanlara çıxan ən yaşlı futbolçu adına yiyələnib - 38 il 238 gün. Beləliklə, Luk

05.05.2024 391
.

Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər

Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dubai Police Global Chess Challenge" şahmat turniri başlayır. Məlumata görə, üç kateqoriya üzrə təşkil olunan yarışda beş Azərbaycan şahmatçısı mübarizə aparacaq. Güclülərin döyüşündə Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321

04.05.2024 268