İki dost ölkənin əməkdaşlığında yeni mərhələ

İki dost ölkənin əməkdaşlığında yeni mərhələEyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olan Azərbaycan və Qırğızıstan arasında hər zaman yüksək diplomatik əlaqələrə və keyfiyyətli münasibətlərə şahidlik etmişik. Bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri də bir daha təsdiqlədi. Səfər çərçivəsində imzalanan on sənəd sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir. Hər iki sənəd dost və qardaş ölkələr - Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi olan strateji tərəfdaşlıq iki ölkəni məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlərin, həm də regional və beynəlxalq problemlərin daha effektli və fəal surətdə müntəzəm müzakirə olunması əməkdaşlığın səmərəliliyini artıran amil kimi qiymətləndirilir.
İki ölkə arasında bütün sahələrdə, o cümlədən nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində göstərdikləri səylər göz önündədir. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.
Birgə Bəyanatda səsləndirilən çağırışlar sırasında bu məqam da xüsusi qeyd olunur ki, Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var.
Ölkəmiz ilə Qırğız Respublikasının kənd təsərrüfatı sahəsində perspektiv əməkdaşlığı yüksək dəyərləndirilir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək.
Azərbaycan və qırğız xalqını ortaq mədəni irs və ortaq tarix birləşdirir. Bu baxımdan humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il Türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir.
Dövlət başçısı İlham Əliyev iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı, səfər çərçivəsində imzalanan sənədlərin fonunda bu əminliyi ifadə etmişdir ki, biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq.

Metin Hüseynov - politoloq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 514   Tarix: 23 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto

Təxminən 70 gün əvvəl itkin düşmüş və dünən Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva tələbə imiş. "Qafqazinfo" xəbər verir ki, nəşi Lənkəranda yaşayış olmayan evin zirzəmisində tapılan K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyat

12:36 874
.

Putin Təhlükəsizlik Şurasının keçmiş katibini özünə müavin təyin edib

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşevi özünə müavin təyin edib. xəbər verir ki, Putinin imzaladığı fərmanla Kreml Rəyasət Heyətinin inzibati rəhbərliyinə təyinatlar həyata keçirilib. Müvafiq olaraq, Kremlin mətbuat katibi Dmitri Peskov, Preziden

14.05.2024 249
.

Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 14 may 2024-cü il tarixində Suriya Ərəb Respublikasının münaqişə bölgələrinə getmiş 5-i uşaq və 3-ü qadın olmaqla səkkiz Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib. BİG.AZ xəbər verir ki, bu barəd

14:09 157
.

Polşada kömür mədəninin uçması nəticəsində 3 işçi ölüb

Polşada kömür mədənində faciə olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 işçi ölüb. Hadisə Polşanın Krakov şəhərinin qərbində yerləşən Myslowice-Wesola kömür mədəninin uçması zamanı olub. Məsələ ilə bağlı "Polşa Mining Group" şirkətinin nümayəndəsi Aleksandra Siembiqa açıqlama verib

13:07 73
.

Yer Günəşdəki "dəhşətli" partlayışdan xilas oldu

Ötən gecə alimlər Günəşdə ən yüksək dərəcəli - X - X8,8 balla alışma qeydə alıblar. "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, Yer "günəş plazmasının dəhşətli axınından yayınmağı" bacarıb. Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A

12:45 260
.

"Bir qadın"ın ulduzu tanınmaz halda - FOTO

"Bir qadın" serialının baş qəhrəmanlarından birini canlandıran aktrisa Rada Nəsibova fərqli tərzdə fotolarını paylaşıb. olay-a istinadən bildirir ki, Akademik Milli Dram Teatrında fəaliyyət göstərən sənətçi görünüşündə dəyişiklik etmək üçün süni intellektə üz tutub. O, afro tərzdə olan fotoların

15:41 342
.

32 il gözlədi, qızı ilə eyni parta arxasında oturdu: 53 yaşlı tələbənin təhsil sevgisi - FOTO/VİDEO

32 il. 17 yaşlı bir qız öz arzusuna çatmaq üçün bu qədər gözləməli olub. Bu gün o, gənc tələbələrlə eyni masa arxasında oturaraq özündən yaşca kiçik müəllimlərdən dərs alır. Yaşı 53 olsa da, gözündəki həyəcan və oxumaq həvəsi elə 17 yaşındakı kimidir. Söhbət Gülşən Binnətovadan gedir. Gülşən xanım Bak

10:55 377
.

13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu

Ötən ilin aprelində Tovuz sakini olan 13 yaşlı Mədinə Ağayevanı (şərti) qaçıran Xaçmaz rayon Xudat şəhər sakini, 1979-cu il təvəllüdlü Səfər Kavazova hökm oxunub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Kavazov Cinayət Məcəlləsinin 144.

11:28 329
.

Bu incəsənət məktəbində 200 minə yaxın pul mənimsənilib

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə BİG.AZ-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən qanunsuzluqlarl

11:45 194