Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin etdi

Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin etdiDaxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsinin "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibov yeni vəzifəyə təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Z.Yusibov Daxili Qoşunlarının Bakıda yerləşən N saylı hərbi hissələrinin birinə komandir təyin olunub.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı təsdiqləyib.

Qeyd edək ki, Z.Yusibov 1982-ci ildə Şəkinin Çayqaraqoyunlu kəndində dünyaya gəlib. 1999-cu ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olub. 2003-cü ildə DİN Daxili Qoşunlarında xidmətə başlayıb. Ölkə və DİN rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb. 2019-cu ilin avqustunda daxili işlər naziri general-polkovnik V.Eyvazov ona növbədənkənar mükafat qaydasında "polkovnik" rütbəsini təqdim edib.

Vətən müharibəsi zamanı o, rəhbərlik etdiyi şəxsi heyətlə birgə Murovdağ, Kəlbəcər, Cəbrayıl, Xocavənd rayonları istiqamətlərində döyüşüb. XTQ komandiri Hadrut qəsəbəsinə ilk daxil olan qəhrəmanlardandır. O, qızğın döyüşlər zamanı Hadrutda Azərbaycan bayrağını ilk dəfə dalğalandıran xüsusi təyinatlımızdır. Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə yaralanıb və bu barədə heç kəsə məlumat verməyib. O, 3 gün yaralı vəziyyətdə döyüşüb.
Z.Yusibov yarası sağalmamış yenidən döyüşlərə qatılıb və Kəlbəcərin düşməndən azad olunmasında iştirak edib.

Prezident İlham Əliyevin sərəncamı ilə o, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 844   Tarix: 20 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayden dostu ilə düşmənini qarışdırdı

ABŞ Prezidenti Co Bayden yenə nitqində yanlışlığa yol verib. O, Şimali Koreya lideri Kim Çen Inı Cənubi Koreyanın prezidenti adlandırıb. Bu barədə Ağ Evin jurnalistləri xəbər veriblər. Bidirilib ki, hadisə dövlət başçısının Kaliforniyada seçki kampaniyası üçün pul toplama tədbirində baş verib. ABŞ lider

11.05.2024 277
.

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

Şamaxıda avtomobil qəzası baş verib. APA xəbər verir ki, hadisə rayonun Əngəxaran kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində "Hyundai" markalı avtomobil "Shacman" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Mənzərə Nəsibov

11.05.2024 180
.

Aİ Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsini razılaşdırıb

Avropa İttifaqı (Aİ) Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinə dair layihəni razılaşdırıb. "Report" xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti məlumat yayıb. Bildirilib ki, Brüssel bu layihəni hazırda Kiyevlə müzakirə edir. Qeyd edilib ki, bu yaxınlarda Aİ-nin 27 ölkəsini

11.05.2024 191
.

Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub

Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində zəlzələ qeydə alınıb. BİG.AZ xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, ilkin məlumata görə, zəlzələ 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb

11.05.2024 776
.

Azərbaycan qarğıdalı idxalını 34 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 30 min 323 ton qarğıdalı idxal edilib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının idxal dəyəri 10 milyon 572 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq həcm baxımında

13:20 0
.

ABŞ-ın Ukraynaya ayırdığı yardımın həcmi 51,3 milyard dolları ötüb

Amerika prezidenti Cozef Baydenin bütün fəaliyyəti dövründə ABŞ-dan Ukraynaya yardımın ümumi həcmi 51,3 milyard dolları ötüb. "Report" xəbər verir ki, belə rəqəmlər ABŞ Müdafiə Nazirliyinin hesabatında yer alıb. Pentaqonun məlumatına görə, bu məbləğin 50,6 milyard dolları hərbi əməliyyatı

10:40 91
.

Saatlıda marixuana qəbul edib taksi sürən şəxs saxlanılıb

Saatlıda marixuana qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtomobilin dövlət qeydiyya

11.05.2024 232
.

Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər - VƏZİYYƏTİ AĞIRDIR

Bakıda sahibsiz itlər azyaşlı qıza hücum ediblər. -ın əldə etdiyi məlumata görə hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park" yaşayış massivində qeydə alınıb. Belə ki, 2013-cü il təvəllüdlü Ə.M. (ad, soyad şərtidir) bu gün axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər on

00:10 435
.

Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

Azərbaycanda elektrik enerjisi doldurma məntəqələrinin (EDM) yerləşdiyi yerlər üzrə məlumatların paylaşılması və EDM-lərdə istehlak olunan elektrik enerjisinə görə onlayn ödənişlərin aparılması üçün xüsusi vahid proqram təminatı yaradılacaq və ya mövcud proqramlar əlaqələndirilərək daha da təkmilləşdiriləcək

11.05.2024 224