Müdafiə Nazirliyi ev almaq istəyən hərbçilərə müraciət etdi

Müdafiə Nazirliyi ev almaq istəyən hərbçilərə müraciət etdiMüdafiə Nazirliyi dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaq istəyən ehtiyatda olan (zabit, gizir, "miçman" və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçulara müraciət edib.

BiG.AZ xəbər verir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq xidmət müddətində məhkumluğu aşkar edilmiş ehtiyatda olan (zabit, gizir, "miçman" və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaları üçün Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:

- Dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma barədə ərizə;

- Hərbi qulluqçu barədə çıxarılmış məhkəmə hökmü (əsli və ya notarial təsdiqi);

- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya üzərindən götürülməsi barədə arayış (əsli və ya notarial təsdiqi).

Ehtiyatda olan (zabit, gizir, "miçman" və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması yuxarıda qeyd olunan Fərmanın 3.1-ci bəndində göstərilən tələblərə və sənədlərin təqdim edilmə ardıcıllığına uyğun olaraq həyata keçiriləcək.

Daxil olan müraciətlər komissiya tərəfindən araşdırıldıqdan sonra Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət etmiş ehtiyatda olan (zabit, gizir, "miçman" və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların sənədləri dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması üçün Maliyyə Nazirliyinə göndəriləcək.

Sənədlərin təqdim olunacağı ünvan: Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi (Süleyman Dadaşov küçəsi 2).

Telefon: (012) 539-23-55.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1258   Tarix: 20 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular

Ötən gün Naxçıvanda göldə boğularaq ölən tələbələr dəfn olunublar. APA xəbər verir ki, göldə boğularaq ölən Fəttah Zəkəriyəyev və Əli Mehrəliyevin nəşləri dəfn olunmaq üçün doğulduqları Astara rayonunun Pensər kəndinə gətirilib. Onlar Pensər kənd qəbiristanlığında torpağa tapşırılıblar

11:55 365
.

İranda parlament seçkilərinin ikinci turu keçirilir

İranda parlament seçkilərinin ikinci turu başlayıb. xəbər verir ki, İran parlamentində qalan 45 yer üçün ümumilikdə 90 namizəd mübarizə aparır. Martın 1-də keçirilən birinci turda namizədlərin mütləq səs çoxluğunu (50%-dən çox) ala bilməyən 22 seçki dairəsində təkrar seçkilər keçirilir. İslam İnqilabını

10.05.2024 198
.

"Bahar" serialının sezon finalı tarixi açıqlanıb

"Bahar" serialı 11 iyunda sezon finalı edəcək. xəbər verir ki, bu barədə Birsen Altuntaş türk mətbuatına bildirib. Qeyd edək ki, serialın ilk bölümü 13 fevralda yayımlanıb

10.05.2024 472
.

Azərbaycanda vəfat edən tələbə bir gün əvvəl əməliyyat olunubmuş - AÇIQLAMA

"Əməliyyatdan dərhal sonra dünyasını dəyişib". Bu barədə -a Bakı Slavyan Universitetindən tələbə Sevinc Bayramovanın ölümü barədə bildirilib. Universitetdən Sevinc Bayramovanın heç bir xəstəliyi olmadığı vurğulanıb:. "Tələbənin xəstəliyi yox idi. Bir müddət əvvəl qızılcaya yoluxmuşdu

14:23 148
.

Prezident: "Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması növbəti zəfərimizdir"

"Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir". AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlər

10.05.2024 266
.

İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Mayın 10-da Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinllərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində şəhərdəki tarixi abidələrin bərpasından danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu gün Şirinsu hamamının əsaslı təmirdən sonra açıldığını bildirib. Həmçinin Aşağı Gövhə

10.05.2024 211
.

Azərbaycan Prezidenti: "Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi"

"Müharibə zamanı (Vətən müharibəsi) xarici media nümayəndələrinə müsahibələrim olub. Ancaq təbii ki, müharibədəki planlarımızla bağlı heç bir şey deyə bilməzdim. Sadəcə olaraq, bir dəfə mənə Şuşa haqqında sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Hesab edirəm hər kəs anlad

10.05.2024 236
.

İbrahim Tatlıses sabah Bakıya gəlir

Türkiyəli məşhur müğənni İbrahim Tatlıses sabah Bakıya gəlir. -ın əldə etdiyi məlumata görə, tanınmış müğənni Bakı restoranlarının birində sevənlərinin qarşısında konsert proqramı ilə çıxış edəcək. Müğənni sevilən ifalarını səsləndirəcək

10.05.2024 453
.

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

10.05.2024 356