Gəncədə DƏHŞƏT: Ana uşağını imkansız ailəyə verib yoxa çıxdı - VİDEO

Gəncədə DƏHŞƏT: Ana uşağını imkansız ailəyə verib yoxa çıxdı - VİDEOGəncədə qadın körpəsini imkansız ailəyə verərək, "uşağa bax, pulunu verəcəyəm" deyib və bundan sonra yoxa çıxıb.

Bu barədə Oxu.Az-a məlumat verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qeyd edib ki, problem "Səni axtarıram" proqramında yayımlanıb.

O bildirib ki, uşaq proqram əməkdaşları tərəfindən efirə gətirilib və balacanın anası axtarılır.

K.Ağazadə proqram boyu daha dəhşətli iddiaların ortaya çıxdığını da deyib:

"Ən acınacaqlı hallardan biri gələn zənglər arasında axtarılan "ananın" bu uşaqdan başqa daha 2 uşağının olduğu, onlara da nənə-babanın baxdığıdır. Körpəni aktlaşdırıb Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətirdik. Dərhal həkim dəvət etdik. İlkin müalicələr yazılıb. Uşağın anası Əliyeva Nərgiz Cumalı qızıdır. Belə anaya uşaq verilməməlidir! Səbəbi nə olursa olsun! Daha bir arzuolunmaz uşaq, daha bir sevgisiz uşaq. Biz onu sevgi ilə böyüdəcəyik.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti də məlumatlıdır. Yasamal Rayon Polis Şöbəsinin 28-ci Polis Bölməsinə məlumat verilsə də, aktlaşdırmaq üçün ARB kanalına gəlməkdən imtina edildi".

K.Ağazadə onu qeyd edib ki, ana uşağı verəndə özünü hakim köməkçisi kimi təqdim edib və pulunu verəcəyini deyib:

"Aprelin 11-dən uşağı verib və daha yaxın durmayıb. Bu halların qarşısını almaq üçün bu "anaları" tapıb səhvlərini üzlərinə vurmaq lazımdır. Hətta alimentin alınması məsələsinə də baxılmalıdır. Bəlkə, o zaman bütün bu problemlər azalar. Dünəndən artıq uşaq bizim yanımızdadır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1130   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Rəisinin ölümü xüsusi xidmət orqanlarının fəaliyyətində ciddi qüsurların olmasından irəli gəlir" - Politoloq

İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər dövlət nümayəndələri helikopter qəzasında həlak olublar. Politoloq Elşən Manafov -a bildirib ki, helikopterin İsrail və ya ABŞ tərəfindən vurulması ehtimal edilə bilər. Ortalıqda isə hələlik ciddi dəlil və sübutlar yoxdur:

20.05.2024 852
.

Bakıda 2600 manatlıq antik samovar oğurlandı - FOTO

Bakının Səbail rayonu Şıx qəsəbəsindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 2600 manat dəyərində antik samovar, təmir alətləri və bəzək əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. BİG.AZ DİN-ə istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarını

20.05.2024 441
.

Bu tibb müəssisələrinə direktorlar təyin olundu

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və Milli Hematologiya və Transfuziologiya Mərkəzinə direktor təyinatları olub. "Qafqazinfo" Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, nazir Teymur Musayevin müvafiq əmrinə əsasən Rüstəm Rəşidoviç Talışinskiy Elmi-Tədqiqat Travmatologiy

10:52 213
.

Ölən uşağın ailəsi bağışlamadı - 5 il həbs cəzası verildi

Ötən ilin iyul ayında Abşeron rayonunda "Toyota Prius" markalı avtomobillə 10 yaşlı velosipedçini vurub öldürən sürücü İlqar İmanova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə İ.İmanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirl

20.05.2024 621
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Binəqədi, Suraxanı, Sabunçu və Xəzər rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 21.05.2024-cü il tarixdə saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq. Bu barədə -a "Azəriqaz" İB-dən bildirilib. Qeyd olunub ki, qaz təchizatı dayandırıla

20.05.2024 644
.

Paşinyan: "Ermənilər övladlarının hərbi xidmətdən yayınması üçün ölkəni tərk ediblər"

"Ermənilərin çoxu övladlarının hərbi xidmətdən yayınması üçün ölkəni tərk ediblər". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan demoqrafik strategiyanın müzakirəsi zamanı deyib. O qeyd edib ki, demoqrafik vəziyyət təhlil edilərkən bir sıra amillər nəzərə alınmır. Bu səbəbdən insanlar ölkən

20.05.2024 307
.

İşsiz valideyn aliment pulunu ödəməyə bilər? - AÇIQLAMA

"Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, valideynlər öz övladlarını qayğısına qalmaq və tərbiyə etməyə borcludur, buna dövlət xüsusi nəzarət edir. Əgər uşaqlar anada qalırsa ata, atada qalırsa ana aliment ödəməlidir". Bu sözləri BİG.AZ-A hüquqşünas Esmira Rzayeva deyib. O bildiri

11:48 254
.

"Sağlam paketlərdə satılan dondurmalara diqqət yetirmək çox vacibdir" - Qida eksperti

Dondurma mövsümü artıq gəlmiş sayılır. Bəs keyfiyyətli dondurmanı necə seçə bilərik?. Mövzu ilə bağlı -a danışan Fərid Səfərov bildirib ki, sağlamlıq şərtlərinə uyğun mühitlərdə istehsal edilən, lazım olduqda qorunan və sağlam paketlərdə satılan dondurmalara diqqət yetirmək çox vacibdir:. "Dondurm

20.05.2024 291
.

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, 2006-cı ildə doğulmu

20.05.2024 524