"Qarabağ" - "Şamaxı" oyununda rekord və antirekordlar qeydə alınıb

"Qarabağ" - "Şamaxı" oyununda rekord və antirekordlar qeydə alınıb"Qarabağ" Azərbaycan çempionatları tarixində özünün ən böyükhesablı qələbəsini qazanıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Premyer Liqanın XXIII turunda "Şamaxı"nı 8:0 hesabı ilə məğlub edib.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısının bunadək ən böyük qələbəsi 7:0 hesabı ilə olub. "Qarabağ" 1995/96 mövsümündə "Pambıqçı" (Neftçala), 2003/04 mövsümündə "Ədliyyə"ni bu hesabla məğlubiyyətə uğradıb. "Köhlən atlar" həm də çempionatda ilk dəfə 7-dən çox qol vurub. Bölgə klubu bunadək 2 matçda 7 qol vurmağı bacarıb.

"Şamaxı" isə təkcə çempionat deyil, ümumiyyətlə tarixində ilk dəfə 8 top buraxaraq, həm də ən ağır məğlubiyyətinə üzülüb. 1999-cu ildən müxtəlif adlar altında çıxış edən komanda bunadək ən böyük fərqlə iki dəfə uduzub. "Xəzər Universiteti" adlanan dövrdə komanda 1999/2000 mövsümündə "Şəmkir"ə 0:6, 2000/01 mövsümündə "Kəpəz"ə 1:7 məğlub olub.

"Azersun Arena"dakı matç baş məşqçilər üçün də yaddaqalan olub. Qurban Qurbanov karyerasında ən böyükhesablı qələbəni qazanıb. "Neftçi", "Qarabağ" və Azərbaycan millisində çalışan mütəxəssis bunadək belə fərqli qələbə qazanmayıb. "Qəbələ" və "Şamaxı"da baş məşqçi olan Sənan Qurbanov da karyerasının ən ağır yenilgisini alıb.

Qeyd edək ki, Premyer Liqada 8 və ya daha çox top fərqi sonuncu dəfə 2016-cı il sentyabrın 10-da qeydə alınıb. "Qəbələ" səfərdə "Neftçi"ni səkkiz cavabsız qolla üstələyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 637   Tarix: 16 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

UEFA-dan yeni qərar

UEFA İcraiyyə Komitəsi Avro-2024-də çıxış edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib. "Qafqazinfo" UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar iştirak ərizələrinə 26-ya qədər oyunçu daxil edə bilərlər. Əvvəllə

03.05.2024 3
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 316
.

"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. -in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ"

02.04.2024 569
.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 474
.

"Transfermarkt" 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların adını açıqlayıb

Nüfuzlu "Transfermarkt" internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya "Bavariya"nın ingilis hücumçusu Harri Keyn başçılıq edir. "Transfermarkt"a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:. 1. Harri Key

13.04.2024 345
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 360
.

Stadnikdən başqa hamısı uduzdu

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb. 50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesabl

06.04.2024 353
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 326
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 994