"Keçmişimlə fəxr edirəm, gecə klubundan meyitim çıxmayıb ki…"

"Keçmişimlə fəxr edirəm, gecə klubundan meyitim çıxmayıb ki…""Mən indi də xadiməyəm, vəzifəm artmayıb ki. Tibb Texnikumunu bitirmişəm, kurs keçməliydim və ona görə də xəstəxanada işləmişəm. Burda ayıb nə var ki. Mənim Fatiməylə olan problemimi o bilər, mən bilərəm. Fatimənin dərdi mama-ginekoloqlara qalıb? Mən utanmıram, əlimin zəhmətilə qazanmışam. Demirlər ki, keçmişi pozğun olub. Balamı saxlamaq üçün bağ da süpürərəm, ayaqyolu da təmizləyərəm. Bunlar sənət deyil, ailə saxlamaq üçün vasitələrdir".

BiG.AZ moderator.az-a istinadən xəbər verir ki, bunu şairə Nazilə Səfərli deyib. Şairə onun keçmişi haqqında danışan həkimə öz ismarıclarını göndərib:

"Yəni ailəni dolandırmaq üçün bir yerdən başlamalısan. Yetər ki, ailən ac qalmasın, adın pis yerdə hallanmasın. Bununla fəxr edirəm. Qoy yol süpürən, daş daşıyan insanlara motivasiya olsun ki, zəhmətlə hardan-hara gəlmək olur. Mən heç o həkim qadını tanımıram. Nəinki tibb bacısı, xadimə işləmişəm, üz də, qaş da almışam, sistem köçürmüşəm. Neyləmişəmsə, balalarım ac qalmasın deyə etmişəm. O mənim utanc yerim deyil, fəxr yerimdir, zəhmətlə gəlmişəm.

Bir dəfə bir məclisdə hamıya salam vermişdim. Orada bir nəfər gözləyib ki, mən ona özəl salam verməliymişəm. Yəni mən ona "necəsiz?", "qurban olum" deməliymişəm. Mən də o insanı görməmişəm. Qəfildən qalxıb mənə dedi ki, "Kimsən ay qız, sən?! Səfərlidə armud yeyə-yeyə gəldin adam oldun". Səfərli bizim kəndimizdi və armuduyla məşhurdur. Mənim də birdən gözüm sataşdı bu kişiyə, məclisə təzə girmişdim və məni pərt etmək istəyirdi. Dedim ki, "O armuddan sən də yemişdin, bəs sən niyə adam olmadın?!" Vəssalam. Bacar sən də adam ol.

Rusiyalı iş adamı Vaqif Məmişovu tanıyırsınız. Bu gün təyyarəsi, zavodları var. Təkcə 16 hektar ov sahəsi var. Halbuki əsgərlikdən çıxanda gözləyirmiş ki, kimsə yemək yeyəndə artıq qalsın və ondan bu da yesin, acından ölməsin. O, bir zavoda fəhlə olaraq girir və daha sonra həmin zavodu satın alır. Bu gün isə Rusiyanın ən böyük iş adamlarından biridir. Arxasız, köməksiz gələndə ayaq üstdə durmaq asan deyil".

N.Səfərli aralarında yaranan mübahisəyə görə rəqqasə Fatiməni məhkəməyə verdiyini deyib:

"Ona görə məhkəməyə vermişəm ki, Fatimə niyə haqqımda elə danışıb. Mənim onunla nə işim var ki. Fatiməylə mənim aramda olan söhbətə bu sözün heç bir dəxli yoxdur. Siz də, mən də bilirəm ki, efirdə beş dəqiqə gecikmə var. Kimsə öz aləmində düşünür ki, məni bununla "vurarlar", amma halal zəhmətlə insan "vurulmur". Əksinə, görün insanlarımız nə qədər əziyyət sevəndir. Hamı o cür insanları sevir. Heç kim stolların başında oynayanı sevmir. Stolların başında oynamaq sənət deyil. Əgər bir rəqqasə desə ki, bu mənim sənətimdir və mən bu sənətimə xatir bunu edirəm, onda onu hamı qiymətləndirər, sənətə qiymət var. Amma mən balamı saxlamaq üçün stolun başına dırmaşmışamsa, bu, rəzalətdir. Amma balamı saxlamaq üçün tualet də yusam, bu, fəxarətdir. Gecə klubundan meyitim çıxmayıb ki", - deyə Səfərli bildirib.

Qeyd edək ki, aparıcı və prodüser Tarix Əliyevin (Tolik) verilişinin ötən gün yayımlanan buraxılışında maraqlı anlar yaşanıb. Proqram zamanı tamaşaçılardan biri efirə zəng edərək şairə Nazilə Səfərli ilə bağlı iddia irəli sürüb. Adının İradə olduğunu deyən mama-ginekoloq qadın Səfərlinin onun çalışdığı xəstəxanada 10 il əvvəl xadimə işlədiyini deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2251   Tarix: 15 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

15:54 79
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 230
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 676
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 360
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

10:06 404
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 283
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 266
.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 398
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 1279