"Azəriqaz"ın işçisini döyəni həbs etdilər

"Azəriqaz"ın işçisini döyəni həbs etdilərXəbər verdiyimiz kimi, "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı Vəliyev Ağamirzə Muradxan oğlu xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülüb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, aprelin 5-də saat 16:30 radələrində "Azəriqaz" İstehsalat Birliyində çilingər vəzifəsində işləyən Bakı şəhər sakini Ağamirzə Vəliyev döyülməsi ilə bağlı Nəsimi RPİ-nin 20-ci PB-yə müraciət edib:

"O, Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsindəki evlərdən birinə gələrək həmin ünvanda qaz sayğacında nasazlıq yarandığından yenisi ilə əvəz edilməsinin vacib olmasını ev sahibinə bildirib. Qaz sayğacını əvəz edən zaman A.Vəliyev və ev sahibi Ədalət Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zamanı ev sahibi onu nalayiq ifadələrlə təhqir edərək başı ilə alın nahiyəsindən iki dəfə zərbə endirib, A.Vəliyev yıxılıb. Baş nahiyəsindən xəsarət alan A.Vəliyev hadisədən sonra xəstəxanaya müraciət edib və tibbi müayinədən keçməklə, polis bölməsi tərəfindən xəsarət dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilib.

A.Vəliyevi döyüb bədən xəsarəti yetirən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin (CM) 128-ci və 263.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilən Ədalət Hüseynov Nəsimi RPİ əməkdaşları tərəfindən saxlanılaraq İstintaq şöbəsinə təhvil verilib və barəsində CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq həbs edilib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 719   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Belarusda ağır yol qəzasında 2 nəfər ölüb

Belarusun Minsk rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi sürücülərin ölümü ilə nəticələnib. "Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib. Qəza axşam saatlarında M4 Minsk - Mogilev magistralında

16:40 113
.

Sumqayıtda təhlükəli tapıntı

Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşlar

15:40 160
.

İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib

İsrail hərbçiləri Fələstinin cənub-şərqindəki Rəfah şəhərində davam edən əməliyyat zamanı 50-yə yaxın terrorçunu məhv edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İDF-nin 401-ci diviziyası Rəfahın şərq kənarında əməliyyatları gücləndirir. Hərbçilər HƏMA

18:30 0
.

Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan, şimşək, dolu...

Mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

13:10 379
.

Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi xidmətə göndərilmə üzrə müqavilə bağlanması yolu ilə məhkumların şərti azadlığa buraxılması haqqında qanun imzalayıb. Bu barədə qanun layihəsinin sənədində bildirilib. Qeyd edək ki, bir gün əvvəl ədliyyə nazirinin müavini Yelena Vısotskayanın bəyanatına görə

14:20 177
.

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

Türkiyənin Aksaray şəhərində M. Musa sevgilisi K. Ümmühan ilə evinə əşyalarını götürmək üçün getdiyi zaman həyat yoldaşı ilə mübahisə edib. Türkiyə mediasına istinadən xəbər verir ki, ərinin sevgilisi ilə evə gəldiyini görən qadın eyni məhəllədə yaşayan qardaşlarını çağırıb. Hadisə nəticəsində M. Mus

15:10 259
.

Slovakiyanın baş naziri yenidən əməliyyat olundu

Sui-qəsdə məruz qalaraq ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır. Bu barədə Slovakiyanın səhiyyə naziri Zuzana Dolinkova məlumat verib. Nazir əlavə edib ki, bu gün Robert Fitso yenidən əməliyyat olunub. "Əməliyyat iki saat davam edib və cərrahiyyə əməliyyat

19:50 0
.

Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın "Kovrovets" minaaxtaran gəmisini məhv edib. Bu barədə Ukrayna HDQ-nin mətbuat xidməti bildirib. Qeyd olunub ki, gəmi gecə saatlarında zərərsizləşdirilib. Xatırladaq ki, martın 5-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın dəyəri 60 milyon dollardan artıq ola

20:00 0
.

Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib

Moskvada Hondurasın Rusiyadak səfiri Xuan Ramon Elvir Salqado qəflətən vəfat edib. "Report" xəbər verir ki, bu barədə Hondurasın xarici işlər naziri Enrike Reyna sosial şəbəkədə bildirib. KİV-də yayılan məlumata görə, Salqado evdə keçinib. Diplomat şəhərin Zamoskvoreçye rayonunda yaşayırdı

16:50 103