Rəşid Mahmudov: "Gecə klubları pis qızların yeridir"

Rəşid Mahmudov: "Gecə klubları pis qızların yeridir"Bakıda gecə klubunda baş vermiş partlayışdan sonra hadisənin səbəbindən çox, gənc qızların oraya getmələri müzakirələrə səbəb oldu. Məlum olaydan bir neçə gün keçsə də, tənqidlərin ardı-arası kəsilmir.

Azərbaycanlı xanımların gecə saatlarında klublara getməsi, içki məclislərində iştirakı milli mentalitetimizə zidd hesab olunur. Lakin əksər gənclər bu fikirləri geridəqalmışlıq kimi qəbul edərək, tənqidlərin əsassız olduğunu düşünürlər.

Gənc xanımlarımızın gecə klublarına getməsinə ziyalı kəsimin münasibəti necədir?

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı, Əməkdar jurnalist Aqil Abbas ölkəmizdə gecə klublarının olmasını yaxşı hal hesab etmədiyini bildirib:

"Mənim gecə klublarından xoşum gəlmir, zəhləm gedir. Heç vaxt gecə klublarında olmamışam. O cür klubların fəaliyyətinə yaxşı baxmıram. Amma hər kəsin hüququ var, istəyən gedə bilər. Heç kimə qadağa qoya bilmərik ki, sən gecə klubuna getmə".

Tanınmış həkim Rəşid Mahmudovun fikrincə, Azərbaycan xanımlarının gecə saatlarında klublara getməsi ayıbdır və bunu qəbul etmək olmaz:

"O cür gecə klubları pis oğlanların, pis qızların yeridir. Bunu hamımız yaxşı bilirik. Həmin klubu açana da, oraya gedənə də ayıb olsun. Bizim millətə yaraşmır bu hərəkətlər. Azərbaycan xanımına gecə saat 3-də klubda olmaq yaraşmır, ayıbdır. Hadisə baş verən klubdakıların siyahısını açıqlamışdılar, cəmi iki nəfər xarici vətəndaş var idi. Çox təəssüf ki, 35 Azərbaycan vətəndaşının adı həmin siyahıdadır".

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının mərkəzində fəaliyyət göstərən gecə klublarından birində partlayış olub. Hadisə nəticəsində bir nəfər yerindəcə dünyasını dəyişib, 37 nəfər yaralanıb. Ötən gün xəsarət alanlardan biri xəstəxanada vəfat edib, iki nəfərin vəziyyəti kritik qiymətləndirilir. Digərlərinin müalicəsi davam etdirilir.

Hadisə ilə əlaqədar cinayət işi açılıb, üç nəfər həbs olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1452   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Prezident: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

İndi Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük. "Report" xəbər verir ki, bu barədə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağını

14:14 0
.

Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir

"Sülh tərəfdarı olduğu üçün radikallaşmış bir fanatik tərəfindən Avropa ölkəsinin baş nazirinə sui-qəsd cəhdi başqalarının fikirlərinə dözümsüzlüyün nəticələrinin bariz nümunəsidir. Rusiya və Ukrayna arasında müharibədən yaranan ehtiraslar Avropada nifrət alovlandıranda, sülh üçün səslər silah səslər

14:50 0
.

Göyçayda kişi otları təmizləyərkən müəmmalı şəkildə öldü

Göyçayda kişi iş zamanı ölüb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Müskürlü kəndində baş verib. Ucar şəhər sakini 39 yaşlı Beydullayev Rauf Faiq oğlu həyət evlərindən birinin qarşısında arxın kənarındakı otları təmizləyərkən qəfil halı pisləşib və yıxılaraq, ölüb. Onun uzun müddətdir ürək xəstəliyində

18.05.2024 406
.

Gürcüstan Çin istehsallı avtomobillər üçün bazar açmağı planlaşdırır

Gürcüstan Çin istehsalı olan avtomobillər üçün bazar açmağı planlaşdırır. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Çinin Gürcüstandakı səfiri Çjou Jian bildirib. Onun sözlərinə görə, bir çox Çin şirkətləri Gürcüstana sərmayə qoymaqda maraqlıdırlar: "Bu bazar Kutaisidə yerləş

11:30 105
.

Saxta pullarla insanları aldatma halları artır - VİDEO

Son dövrlər etibarsız pullarla insanları aldatma halları artır. -ın məlumatına görə, belə bir hal Oğuzda baş verib. Xeyriyyəçilik adı ilə insanlara saxta 100 manatlıqlar paylayan şəxs, onlardan qalıq məbləğ kimi 50 manatlıqları yığaraq aradan çıxıb. Ekspertlər isə bildiriblər ki, son vaxtlar bu cür saxt

13:40 49
.

Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən yazıçı Yuray Tsintula məhkəmədə günahını etiraf edib. "Report" xəbər verir ki, bu barədə RTVS xəbər portalı məlumat yayıb. Bildirilib ki, prokurorluğun təqsirləndirilən şəxsin həbsi ilə bağlı vəsatətinə baxan məhkəmə iclasınd

18.05.2024 223
.

Bu pivəni içən 10 nəfər öldü

Zambiyanın cənubundakı müxtəlif bölgələrdə yerli istehsal pivə içən azı 10 nəfər ölüb, bir neçə nəfər xəstəxanaya yerləşdirilib. BİG.AZ -a istinadən xəbər verir ki, yerli polis sözçünün müavini Denni Mvalenin sözlərinə görə, hadisələr ölənlərin pivə içməsindən sonra müxtəlif günlərdə baş verib. İçk

13:00 108
.

Sumqayıtda təhlükəli tapıntı

Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşlar

15:40 0
.

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib

"Rusiya Ukrayna istiqamətində və Qərblə münasibətlərdə öz maraqlarını müdafiə edəcək". "Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının XXII Assambleyasında deyib. "Bunu ünsiyyətdə olduğumuz demək olar ki, bütün xaric

10:20 118