Azərbaycanda "Kinder Surprise"də təhlükəli infeksiya aşkarlanmayıb - RƏSMİ

Azərbaycanda "Kinder Surprise"də təhlükəli infeksiya aşkarlanmayıb - RƏSMİAzərbaycanda "Kinder Surprise" adlı yumurta formalı şokoladlarda salmonella (təhlükəli qida infeksiyası) aşkarlanmayıb.

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, İngiltərənin Qida Standartları və İrlandiyanın Qida Təhlükəsizliyi agentliklərinin yaydıqları rəsmi məlumatlara əsasən, İtaliyanın "Ferrero" şirkəti Belçikada yerləşən müəssisəsində istehsal olunan, son istifadə müddəti məhsulun çeşidinə uyğun olaraq 20 aprel-21 avqust, habelə 11 iyul-7 oktyabr 2022-ci il tarixləri olan aşağıdakı cədvəldə qeyd edilən məhsullarında salmonella olması ehtimalını nəzərə alaraq, həmin məhsul partiyalarının əsas satış ölkələri olan İngiltərə, İrlandiya, Almaniya, İsveç, Fransadan geri çağırılmasına dair qərar qəbul edib.

Azərbaycanda "Kinder Surprise"də təhlükəli infeksiya aşkarlanmayıb - RƏSMİŞirkətin rəsmi açıqlamasında sınaq yoxlamaları zamanı həmin məhsullarda salmonella aşkarlanmadığı bildirilsə də, ehtiyat tədbiri olaraq araşdırmalar bitənədək bu qənaətə gəlindiyi vurğulanır. Eyni zamanda İngiltərə və İrlandiyada uşaqlar arasında salmonella mənşəli zəhərlənmələrə rast gəlindiyi əsas götürülərək, qeyd edilən məhsul partiyalarında salmonella ilə bağlı xüsusi araşdırmalara başlanılıb.

AQTA bildirir ki, ölkəmizə idxal olunan bütün növ qida məhsulları, o cümlədən "Ferrero" şirkətinə məxsus məhsullar idxal olunduğu ölkədən asılı olmayaraq, risk əsaslı nəzarət tətbiq edilməklə müayinələrə cəlb olunur.

Məlumat üçün bildiririk ki, ölkəmizə müxtəlif ölkələrdən "Ferrero" şirkətinə məxsus qeyd edilən məhsullar idxal edilmiş və Agentlik tərəfindən digər göstəricilərlə yanaşı, salmonellaya görə müayinələrə cəlb edilmiş və salmonella törədicisi aşkarlanmayıb. Eyni zamanda, 2022-ci ildə Agentliyə uşaqlar arasında salmonella mənşəli qida zəhərlənməsi ilə bağlı bildiriş daxil olmayıb.

Hazırda araşdırmalar davam etdirilir və araşdırmaların nəticələri əsasında ictimaiyyətə əlavə məlumat veriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 750   Tarix: 06 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 872
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

14:55 150
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

20:51 136
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1309
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

17:25 157
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 408
.

Əri tərəfindən başı kəsilən Sevincin TOY GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib. O, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş

10:14 1066
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

17:48 415
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 479