DİM kolleclərə tələbə qəbulu elan edir

DİM kolleclərə tələbə qəbulu elan edirDövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.

BiG.AZ xəbər verir ki, DİM-dən verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2022-ci il aprelin 5-dən 25-dək internet vasitəsilə aparılır. Abituriyentlər DİM-in internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2021-ci ildə qəbul imtahanında iştirak edən abituriyent (topladığı balı cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul imtahanında iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və ərizənin təsdiqi ödənişsiz olur. Abituriyent cari ildə keçirilən imtahanda iştirak etmək istədiyi halda ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edir. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir. Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi" forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Sənəd Qəbulu Komissiyalarının ünvanları və tələb olunan sənədlərlə elanın tam mətni ilə tanış ola bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 05 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fransanın Cənubi Qafqazda Rolu: Strateji Addımlar və Nəticələr

Fransa və İran arasında baş verən son hadisələr geosiyasi mənzərəni yenidən formalaşdıra biləcək əhəmiyyətli strateji addımlarla manşetlərə çevrilir. NATO 2027-ci ilə qədər İrana yaxınlaşdıqca, bunun region və xüsusən də Ermənistan üçün təsirləri dərin olacaqdır. NATO-nun davamlı strateji planlamasın

12:56 79
.

İsrailin Qəzzaya hücumlarında can itkisi 35272-yə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 39 nəfər artaraq 35272-yə çatıb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 223 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarl

16.05.2024 242
.

Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı

22 yaşlı Könül Ağayevanın qəsdən öldürülməsində şübhəli bilinən Elvin İsmayılzadənin görüntüləri yayılıb. Baku TV həmin görüntüləri təqdim edir:

16.05.2024 994
.

Qaxda 32 yaşlı kişi intihar etdi

Qaxda 32 yaşlı kişi intihar edib. "Qafqazinfo"nun məlumatına görə, Qax şəhər sakini, 1992-ci il təvəllüdlü Rzayev Ağanir Aydın oğlu özünü həyətdəki yardımçı tikilidən asıb. A.Rzayevin hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır

16.05.2024 634
.

"Gülüstan" sarayında İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir

Bu dəqiqələrdə Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir. Bu barədə AZƏRTAC məlumat yayıb

16.05.2024 310
.

Azərbaycanda pedofillərə cəza müddəti nə qədərdir?

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında uşaqlara qarşı cinsi istismar törədənlər (pedofiliya) məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən dörd ildən səkkiz ilədək müddətə azadlıqda

12:21 162
.

Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib

Rusiya prezidenti Vladimir Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib. xəbər verir ki, Rusiya lideri Putinin təyyarəsi səhər tezdən Pekin hava limanına enib. Putinin səfəri beynəlxalq və regional gərginliyin artdığı bir vaxta təsadüf edir. Vladimir Putin Pekindəki təmaslarından sonra Çini

16.05.2024 249
.

Bakıda 15 yaşlı qız özünü binadan atdı - VİDEO

Paytaxtın Nizami rayonunda yeniyetmə qız özünü binadan ataraq intihar edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 2009 təvəllüdlü G. Quliyeva (ad şərtidir) özünü binadan ataraq həyatına son qoyub. Hadisə baş verən ərazidən görüntülər

12:21 285
.

Bakıda sakinlər kafelərdən narazıdırlar: "Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər" - VİDEO

Bakının Xəzər rayonunda sakinlər bir sıra kafelərin fəaliyyətindən narazıdırlar. Bu barədə -a vətəndaşlar tərəfindən daxil olan şikayətdə qeyd edilib. Daha dəqiq desək, söhbət Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivindən gedir. Sakinlər iddia edirlər ki, kafelərdə qeyri-etik davranışlar

12:14 146