Dırnaq yeyən, barmaq soran uşaqlar - Uşaqlıq vərdişi, yoxsa problem göstəricisi?

Dırnaq yeyən, barmaq soran uşaqlar - Uşaqlıq vərdişi, yoxsa problem göstəricisi?Keçirdikləri stress və həyəcanı tam ifadə edə bilmir, buna görə də müxtəlif hərəkətlərlə ifadə etmək məcburiyyətində qalırlar. Ən çox da bu vərdişlər üç-dörd yaşından sonra yaranmağa başlayır.

"Qızımın 2 yaşı var. İməkləyəndən fikir verirəm ki, xalçada, yaxud divanın üstündə tük görəndə ağzına aparır. Düzdür, uşaqlar bir çox əşyalarla belə davranırlar. Amma fikir verirəm ki, bu uşaq daha çox tük görəndə diqqətini çəkir. Nə qədər tərgitdirməyə çalışsaq da, hələ ki faydası olmayıb" - bu sözlər valideyn Ülvi Yaqubluya aiddir. Yəqin ki, hamımız azyaşlı uşaqlarda saçı yolmaq, saçı yemək, barmaq sormaq, dırnaq yemək və s. kimi davranışların olduğunu müşahidə etmişik. Çox vaxt bunlara uşaq vərdişləri deyib keçirik. Amma bəzən qalıcı da olur. Məsələn, Fəridə Quliyevanın övladındakı kimi: "10 yaşında oğlum var. Uşağın dırnaqlarını hər dəfə kəsmək istədikdə görürəm ki, artıq dişləri ilə həll edib. Bu vərdiş övladımda uzun müddətdir var. Hər dəfə danlasaq da, "etmə" desək də, bu davranışından əl çəkə bilmir".

Sual yaranır: Bizim uşaq vərdişi dediyimiz hallar niyə uşaq böyüdükcə keçib getmir? Ümumiyyətlə, bunlar uşaqlıq vərdişidir, yoxsa problemin göstəricisi?

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:

Qayğı, sevgi, diqqət görməyəndə

Psixoloq Aygül Məlikova deyir ki, uşaqlarda dırnaq yemək, saç yolmaq kimi zərərli vərdişlərin səbəbi iki faktor ola bilər: "Uşaqların doğulandan iki yaşına qədər olan mərhələlərinə baxmalıyıq. Uşaqlar ailədən yetərincə qayğı, sevgi, diqqət görməyəndə diqqət çəkmək məqsədi ilə bunları edə bilərlər. Yaxud da ailədə normadan çox diqqət, qayğı, sevgi görüb, amma bağçada, məktəbdə öz yaşıdları ilə ünsiyyətdə bunları görmədikdə, o zaman da etmələri mümkündür. Bəzən uşaqlar dırnaqlarını eyni ölçüdə görmək istəyir və qayçı ilə alınmayacağını düşünürlər. Ona görə də dırnaqlarını yeyərək eyni ölçüdə saxlamaq istəyirlər".

Daim valideynlərə izah edirik ki...

Pediatr Gülnar Abdullayeva bildirir ki, uşaqlarda zərərli vərdişlər hər hansı xəstəliyin göstəricisi deyil, daha çox psixoloji faktorlar nəticəsində meydana gəlir: "Uşaqlar keçirdikləri stress və həyəcanı tam ifadə edə bilmir, buna görə də müxtəlif hərəkətlərlə ifadə etmək məcburiyyətində qalırlar. Ən çox bu vərdişlər üç-dörd yaşından sonra yaranmağa başlayır. Uşaq daim ananın, atanın yanında olursa, bağçaya gedəndə və ya valideynlər, xüsusən də ana işə getdikdə, onlardan uzaq qaldığı üçün dırnaq yemək pozğunluqları yaranır və vərdişə çevrilir. Əşyaları dişləmək kiçik yaşlı uşaqlarda rast gəlinə bilən hadisə olub, aqressivlik nəticəsində yarana bilir. Həmişə valideynlərə izah edirik ki, böyüklər bir əşyanın bərk və yumşaq olduğunu öyrənmək üçün ona əli ilə toxunur, amma uşaqlar ağızlarına aparmaqla bunu hiss edir. Bu vərdiş üç ayından əmələ gəlir, on səkkiz aya kimi davam edə bilir. Sonra öz-özünə keçib gedir. Saçı yolmaq, yemək ən çox psixoloji durum nəticəsində əmələ gəlir. Biz bunları aradan qaldırmaq üçün psixoloji dəstək məsləhət görürük".

Yaranma səbəbindən asılıdır

Aygül Məlikovanın sözlərinə görə, vərdişlərin qalıcı olub-olmamağı, onun yaranma səbəbindən asılıdır: "Əgər travmaları yoxdursa, çox hallarda bu davranışın qalıcı olduğunu müşahidə etmirik. Ağır travma keçiriblərsə, buna bağlı olaraq barmaqlarını sormağa davam edirlərsə, qalıcı ola bilər. Dırnaqlarını yemək gərginlik və obsessiyalara bağlı olduğuna görə, bəzən qalıcı olur".

Vərdişlərin fəsadları

Psixoloq bildirir ki, zərərli vərdişlər qalıcı olarsa, orqanizmdə müəyyən fəsadlara səbəb ola bilər: "Vərdişlərin hansı fəsadlar verməsinə də diqqət etməliyik. Məsələn, saçı yolmaq, yemək kimi zərərli vərdişlər zamanı tüklər uşaqların mədələrində toplana və sonra mədə spazmasına səbəb ola bilir. Dırnaq yeyən, barmaq soran uşaqların artikular aparatında, xüsusilə də, damaq hissəsində fəsadlara çox rast gəlirik".

Psixoloq dəstəyi

A.Məlikovanın sözlərinə görə, bu vərdişlər zamanı psixoloji yardım almaq vacibdir: "Qalıcı olmamağı üçün yaxşı olar ki, zamanında düzgün terapiya alsınlar. Saçı yemək, yolmaq və yaxud da əşyaları dişləmək kimi problemlər zamanı, uşaqdırsa, uşaq psixiatrından, yetkindirsə, yetkin psixiatrından məsləhət almağı, müalicə qəbul etməyi vacib hesab edirik. Çünki bəzən yalnız psixoloqun dəstəyi yetərli olmur".

Nələri etmək olmaz?

Pediatr deyir ki, valideynlərin bəzi davranışları uşaqları daha da qıcıqlandıra bilər: "Həmin zaman uşağa gülmək, lağ etmək və ya yaxşı bir hərəkət edirmiş kimi alqışlamaq olmaz. Ağızlarına vurmaq, "bir də eləsən dilinə istiot çəkərəm", "yandıraram", "olmaz", "eləmə" demək, şillə vurmaq tövsiyə olunmur. Bunlar, onun bu hərəkətləri artırmasına səbəb olacaq. Bu vərdişləri etdiyi zaman, sadəcə fikrini yayındırmaq, başqa yerə yönəltmək lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1045   Tarix: 04 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu

Ötən ilin 16 oktyabrında Bakının Buzovna qəsəbəsində ağır qəza törədən 1995-ci il təvəllüdlü Əlisurət Rzayevin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ə.Rzayevə hökm oxunub. Bildirilib ki, Ə.Rzayev həmin gün saat 00:30 radələrind

17.05.2024 495
.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb

17.05.2024 366
.

Gürcüstan parlamentində yumruq davası oldu - VİDEO

Gürcüstan parlamentində xarici təsirlərin şəffaflığı ilə bağlı qanun layihəsi müzakirə edilərkən maraqlı anlar yaşanıb. BİG.AZ xəbər verir ki, deputatlar parlamentində yumruq davasına çıxıblar. Hadisənin baş vermə görüntüləri sosial şəbəkələrdə yayılıb. Sözügedən videonu təqdim edirik:

17.05.2024 197
.

Azərbaycan Yeni Kaledoniya xalqının etirazına dəstək verir?

Fransa daxili işlər naziri Jerald Darmanin Azərbaycanı Fransanın Sakit okeanda ərazisi sayılan Yeni Kaledoniyada son baş verən etirazlara müdaxilədə ittiham edib. O müstəqillik tərəfdarı olan bəzi fəalların Azərbaycan hakimiyyəti ilə sövdələşməsi olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki

17.05.2024 468
.

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi münasibətdə olduğu Elnaz Sadıqova ilə mübahisə edərkən üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə dörd dəfə zərbə vurub. Ağır yaralanan qadın iki gündən sonra müalicə aldığ

17.05.2024 574
.

Sabiq deputat Mahir Aslanova aid olan "Kəpəz" MTK vətəndaşları belə ALDATDI- İDDİA/FOTOLAR

"Sabiq deputata Mahir Aslanovun aid olan "Kəpəz" MTK vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satıb". Bu sözləri -a müraciət edən vətəndaş Heydərov Hüseynağa deyib. Vətəndaş bildirib ki, aldığı evlər eyni vaxtda başqa şəxsə də satılıb:. "Kəpəz" MTK-a aid olan Xırdala

17.05.2024 459
.

İlqarə Kazımovadan anası ilə bağlı paylaşım - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, o anası Aygün Kazımovanın yeni fotosunu izləyiciləri ilə bölüşüb. Şəkil Pop divanın "Maşallah" adlı mahnıya çəkilən klipi zamanı lentə alınıb. Xatırladaq ki, Aygün Kazımova ekran işini Genco Ecerl

17.05.2024 2045
.

Fransanın Cənubi Qafqazda Rolu: Strateji Addımlar və Nəticələr

Fransa və İran arasında baş verən son hadisələr geosiyasi mənzərəni yenidən formalaşdıra biləcək əhəmiyyətli strateji addımlarla manşetlərə çevrilir. NATO 2027-ci ilə qədər İrana yaxınlaşdıqca, bunun region və xüsusən də Ermənistan üçün təsirləri dərin olacaqdır. NATO-nun davamlı strateji planlamasın

17.05.2024 183
.

Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı

Moskvanın cənub-şərqindəki Bratislavskaya küçəsindəki mənzildə dəhşətli qətl hadisəsi baş verib. İlkin məlumata görə, 30 yaşlı Fərid Fəttahov tanınmış iş adamı olan atası, 69 yaşlı Əşrəf Fəttahovu məişət zorakılığı zəminində qətlə yetirib. Mərhum Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu

17.05.2024 681