Deputat: "Ermənistan yenə vaxt qazanmaq, öhdəliklərdən yayınmaq istəyir"

Deputat: "Ermənistan yenə vaxt qazanmaq, öhdəliklərdən yayınmaq istəyir""Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi ilə regionda yeni reallıqlar yarandı. Düşünmək olardı ki, müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan reallıqlara uyğun davranacaq. Amma görünən odur ki, Ermənistanda hələ də revanşizm əhval-ruhiyyəsi hökm sürür. Bu isə onları getdikcə daha da çətin duruma salır".

"Report" xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Ermənistan bir tərəfdən Qarabağda qanunsuz silahlı birləşmələrinin əli ilə müxtəlif təxribatlar törədir, digər tərəfdən guya sülh müqaviləsinə hazır olduğunu bəyan edir: "Məlum olduğu kimi Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı 5 təklif irəli sürüb. Həmin təkliflər belə halların nizamlanmasında baza prinsipləridir və beynəlxalq təcrübədə də geniş istifadə olunur. Ermənistan üzdə həmin təklifləri qəbul etdiyini və guya sülh müqaviləsinə hazır olduğunu göstərməyə çalışır. Lakin arxada ikili oyununu davam etdirir, təklif və şərtlərlə çıxış etməyə çalışır".

V.İskəndərov bildirib ki, Ermənistanın son addımları bu oyunun detallarını ortaya qoyur: "Görünən odur ki, bu kontekstdə Ermənistan ATƏT-in Minsk qrupunun prosesə qayıtması və məsələlərin onun vasitəçiliyi ilə həlli üzərində dayanmağa çalışır. Halbuki məhz ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ucbatından Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında qaldı. Bu qrupun həll etməli olduğu məsələni isə 44 günlük müharibə zamanı Azərbaycan özü həll etdi".

Deputat qeyd edib ki, bütün bunlardan sonra Ermənistanın niyə məhz Minsk qrupunu yenidən dövrəyə cəlb etmək istəməsi əslində təəccüblü deyil: "Ermənistan yenə vaxt qazanmaq, regionda əbədi sülhün əldə olunması üçün üzərinə götürdüyü öhdəliklərdən yayınmaq istəyir. Bu istəyə çatmağın yolu da necə deyərlər, müharibədən sonra ölü təsisata çevrilən ATƏT-in Misk qrupuna "dirildilməsindən" gedir. Daha dəqiq desək, hazırkı dövrdə ATƏT-in prosesə yenidən cəlb edilməsi, turist diplomatiyasının bərpası deməkdir. Bu, nə Azərbaycan, nə də Ermənistan xalqlarının maraqlarına cavab verir, regionda davamlı sülhün bərqərar edilməsinə xidmət göstərmir. Bu ancaq regionda sabitliyin olmamasında maraqlı olan məlum xarici güclərin və Ermənistandakı revanşistlərin, o cümlədən bu ölkənin gah nala, gah mıxa vuran hakimiyyətinin işinə yarayır.

Bütün bunları nəzərə alaraq demək olar ki, Ermənistan sülh prosesinə ancaq sözdə pozitiv münasibət nümayiş etdirir. Lakin bədnam qonşumuzun davranışı mahiyyət etibarilə söz güləşdirmək və sülh sazişinin imzalanmasını yubatmaqdan ibarətdir".

Deputatın sözlərinə görə, bu cür davranış regionun inkişafı üçün qarşı tərəfə sülh əlinin uzadan Azərbaycanın səbr kasasını daşdırır: "Ermənistan nəzərə almalıdır ki, Azərbaycan bu məsələdə onu əbədi gözləmək fikrində deyil. Buna görə də Ermənistan rəhbərliyi tarixə bir daha nəzər salmalı və başa düşməlidir ki, Azərbaycanın rasional təkliflərindən imtina siyasəti onun hansı dividendlərdən məhrum edib.

Ermənistan vaxtilə işğal siyasətindən əl çəkib, Azərbaycanla münasibətlərini normallaşdırıb BTC-nin öz ərazisindən keçməsinə nail olsaydı, böyük maliyyə və iqtisadi dividendlər əldə edə bilərdi. Lakin ölkə bu şansı əldən buraxdı. İndi də Zəngəzur dəhlizini əngəlləməklə yeni mühüm imkanları əldən buraxır.

Hazırda Çindən Avropaya alternativ marşrutlar böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa imkan verə bilərdi. Ermənistanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan həmin marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və İrəvan yenə də oyundan kənar vəziyyətdə qaldı. Ermənistan hakimiyyəti bilməlidir ki, vaxt getdikcə tükənir. Əgər bu ölkənin var olmasını istəyirlərsə, özlərində ağıllı addımlar atmağa güc tapmalıdırılar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 440   Tarix: 03 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsir

18.05.2024 186
.

Sabah da yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanı

18.05.2024 414
.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18.05.2024 114
.

Azərbaycanda məktəbli qız özünü öldürdü

Beyləqanda intihar hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad soyad şərti) özünü asaraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil

18.05.2024 402
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 259
.

Trampdan ABŞ müdafiəsi üçün təklif: "İsraildəki sistemə ehtiyacımız var"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin etdiyi kimi ölkədə "Dəmir günbəz" raketdən müdafiə sistemi yaradacağına söz verib. O, Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı müvafiq bəyanatla çıxış edib. "Ölkəmizin üzərində "Dəmir günbəz" tikəcəyik. Bu

18.05.2024 87
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18.05.2024 527
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

18.05.2024 222
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 172