İslam dünyası İrəvanı küncə sıxışdırdı: "Bakının şərtlərini qəbul etməsə, sarsıdıcı zərbəyə tuş gələcək"

İslam dünyası İrəvanı küncə sıxışdırdı: "Bakının şərtlərini qəbul etməsə, sarsıdıcı zərbəyə tuş gələcək"Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı müddətində dini abidələrimizi məhv edən, İslam tarixi izlərini torpaqlarımızdan silməyə çalışan ermənilər eyni zamanda terrora məruz qoyduqları dinə etiqad edən dövlətlərlə əlaqələrini inkişaf etdirməyə çalışıblar. Ermənistan sözügedən müddət ərzində daim İslam ölkələri ilə əlaqələrini intensivləşdirməyə, Azərbaycana, ölkəmizin tarixi, dini və mədəniyyətinə qarşı törətdiyi cinayətləri ört-basdır etməyə cəhd göstərib.

Ermənistan ərazisindəki İslam mədəniyyəti nümunələrini tarixdən silən, Qarabağda və Şərqi Zəngəzurda müsəlmanların müqəddəs məkanlarını təhqir etməkdən çəkinməyən ermənilər özlərinə xas riyakarlıqla bütün bunların fonunda İslam dövlətləri ilə münasibətləri dərinləşdirməyə çalışıblar.

Lakin bütün platformalarda ifşa olunan Ermənistanın İslam ölkələrinə nüfuz etmək cəhdləri də iflasa uğrayıb.

Belə ki, martın 23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) "Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması" mövzusunda 48-ci sessiyası Ermənistanın məkrli planlarının alt-üst edilməsi və təcavüzkar ölkəyə qarşı birlik nümayişi baxımından tarixi əhəmiyyətə malik olub.

Baş tutan iclasın Yekun Bəyannaməsi və Azərbaycanla bağlı qəbul edilmiş dörd qətnaməsi Ermənistanın İslam dünyası ilə bağlı xəyallarının üzərindən birmənalı xətt çəkib və Ermənistan üçün Azərbaycanın diktə etdiyin şərtlərin qəbul edilməsinin yeganə çıxış yolu olduğunu bir daha ortaya qoyub.

Müvafiq sənədlərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar aspektləri ilə bağlı müddəalar əks olunub.

İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasının dünyanın dörd qitəsindən olan 57 dövlət adından qəbul edilən Yekun Bəyannaməsi və "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün fəsadlarının aradan qaldırılması haqqında", "Azərbaycana iqtisadi yardım haqqında", "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisində İslam tarixi və mədəni irsinin və dini ziyarətgahların dağıdılması və təhqir edilməsi haqqında" və "Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında" qətnamələri Ermənistanla bağlı bir sıra faktları qəti şəkildə təsdiqləyir.

İlk növbədə İslam dövlətləri bu sənədlərlə birmənalı olaraq Azərbaycan və Ermənistan arasındakı münaqişənin başa çatdığını bildirir, Ermənistana özünün təcavüzkar ritorikasına və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə toxunan fəaliyyətlərinə son qoymağa, Azərbaycan Respublikası ilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında dövlətlərarası münasibətlər qurmağa çağırış edir.

Sözügedən müddəalar məhz Vətən müharibəsinin hərbi və siyasi nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin daha bir göstəricisi kimi qarşımıza çıxır.

Eyni zamanda İƏT ölkələri həmrəylik nümayiş etdirərək Azərbaycanın sülh üçün Ermənistana təklif etdiyi beş prinsipə dəstək verib, iki dövlət arasında münasibətlərin qurulmasında məhz sözügedən meyarların əsas təşkil etdiyini bəyan edib.

İƏT ölkələrinin vurğu etdiyi daha bir məqam Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı olub. Belə ki, İslam dünyası Ermənistanın insanlıq əleyhinə cinayətlər törətdiyini qeyd edib və günahkarların mütləq şəkildə cəzalandırılmalı olduğunu bildirib.

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında Ermənistanın ifşası və cəzalandırılması baxımından olduqca diqqətçəkən bir çağırış da edilib.

Belə ki, üzv dövlətlərə və bütün beynəlxalq ictimaiyyətə Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanımaq və ona hörmət etməyə məcbur etmək üçün bütün mümkün siyasi və iqtisadi təsir vasitələrindən istifadə etməyə, o cümlədən Ermənistan ilə diplomatik əlaqələr qurmamağa və bu ölkə ilə iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa çağırış edilib.

Bu isə perspektivdə Ermənistanın təcrid olunmasının, İslam dünyasının sanksiyalarına tuş gəlməsinin anonsu kimi də qəbul edilə bilər. İƏT ölkələri qırmızı xətlə vurğulayır ki, onlar üçün Ermənistanla bağlı məsələlərdə prioriteti Azərbaycanın haqlı mövqeyi təşkil edir və bu mövqeyi qəbul etməyən Ermənistan üçün sözügedən addımın çox ağır fəsadları ola bilər.

Daha bir vacib məqam işğalın fəsadlarının, ağır nəticələrinin aradan qaldırılması məsələsində Azərbaycana tam dəstək verilməsi, üzv dövlətlər, İslam İnkişaf Bankı və İƏT-in digər aidiyyəti qurumlarına Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması işlərində Azərbaycan Hökumətinə yardım etməyə çağırış edilməsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində dəymiş zərərə görə Ermənistanın məsuliyyətinin təsbit edilməsi, Azərbaycanın bu xüsusda hüquqi tədbirlərə əl atmaq haqqının vurğulanmasıdır.

Yəni İƏT ölkələri Qarabağın yenidən qurulmasında olduğu kimi, Ermənistanın cəzalandırılması üçün aparılan mübarizədə də Azərbaycanın yanında vəhdət nümayiş etdirir.

Yekun olaraq qeyd edək ki, Ermənistanın İslam dünyasından böyük gözləntiləri və bu istiqamətdə etdiyi bütün cəhdləri müvafiq bəyanat və qətnamələrlə darmadağın edilib. İƏT ölkələri qəti şəkildə Azərbaycanın hüquqlarının dəstəkçisi mövqeyindən çıxış edib və Ermənistanı şərt qarşısında qoyub:

1. Azərbaycanın bütün tələbləri qeyd-şərtsiz yerinə yetiriləcək, ya da İslam ölkələrinin qapısı Ermənistanın üzünə həmişəlik bağlı qalacaq;

2. İƏT ölkələri Qarabağ və Şərqi Zəngəzurun bərpasında Azərbaycana dəstək verəcək, eyni zamanda Azərbaycan ərazilərinə misilsiz zərər vurmuş qüvvələrin cəzalandırılması prosesinin də aktiv dəstəkçisinə çevriləcək;

3. Ermənistan üçün müsəlman dünyasına açılan qapının açarları Bakının əlində olacaq və İrəvanın qeyri-konstruktiv addımları onun özünə ağır zərər vuracaq.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 562   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245