Prezident təqaüdçüsü qazandığı uğurdan DANIŞDI: "Səhvə yol verdim" - FOTO

Prezident təqaüdçüsü qazandığı uğurdan DANIŞDI: "Səhvə yol verdim" - FOTO2021-2022-ci təhsil ilinin qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alır. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyan tələbələrdən isə 15-i Prezident təqaüdçüsü olub. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

Qeyd edək ki, bu tələbələr 250 manat Prezident təqaüdü alırlar.

Prezident təqaüdünə layiq görülmüş I kurs tələbəsi Baxşəliyev Eldar Bakı şəhəri Elçin Şəmiyev adına 149 nömrəli məktəbin məzunudur. O, qəbul imtahanları zamanı 679.8 bal toplayıb. Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə ali təhsil alır.

Prezident təqaüdçüsü qazandığı uğurdan DANIŞDI: "Səhvə yol verdim" - FOTOEldar həyatındakı uğura gedən yol haqqında Modern.az-a danışan Eldar həkim olmaq istəməsinin səbəbindən danışıb:

"Düşünürəm ki, Allahın insanlara bəxş etdiyi həyatı insanın gözəl yaşaması üçün səhhətinin sağlam olması lazımdır. Məhz bu sağlamlığın qorunmasında həkimlərin rolu böyükdür. Bu səbəbdən bu peşəni seçmişəm".

Eldar dünyada əldə olunan müasir tibbi nailiyyətləri Azərbaycana gətirməyin əsas hədəflərindən olduğunu qeyd edib.

O, qəbul imtahanı zamanı hədəfinin 700 bal toplamaq olduğunu bildirib:

"Riyaziyyat, Fizika və İngilis dili fənlərindən bütün suallara doğru cavab verərək maksimal bal toplamışdım. Qalan 3 fənnin hər birindən sadə səhvlərə yol verdiyim üçün, təəssüf ki, istədiyim nəticəni ala bilmədim".

Prezident təqaüdçüsü qazandığı uğurdan DANIŞDI: "Səhvə yol verdim" - FOTOXaricdə təhsillə bağlı sualı isə bakalavr təhsilini Azərbaycanda alacağını qeyd edərək cavablandırıb:

"Rezidentura təhsilimi isə xaricdə davam etdirmək istəyirəm. Bu mənə digər ölkələrdəki tibbi-təcrübi biliklərə də yiyələnməyə imkan yaradacaq".

Eldar özünü həkim-cərrah olaraq gördüyünü deyib.

O, son olaraq imtahanda uğur qazanmaq üçün şagirdlərin zamanı düzgün bölüşdürməli olduğlarını vurğulayıb:

"Seçdiyi ixtisasın tələb etdiyi fənləri əzbərçiliklə deyil, mənimsəməklə öyrənməlidir. Yuxu və qidalanma rejiminə ciddi əməl etməklə yanaşı istirahətinə də vaxt ayırmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 892   Tarix: 23 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 315
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

16:10 84
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 459
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 190
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

11:18 197
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 639
.

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib. Bu barədə görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib

12:12 740
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

17:18 138
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

15:12 85