Azərbaycanda qadın qeysəriyyə əməliyyatından sonra ÖLDÜ

Azərbaycanda qadın qeysəriyyə əməliyyatından sonra ÖLDÜZaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ana ölümü baş verib.

BiG.AZ-ın APA-a istinadən xəbərinə görə, hadisə ötən gün günorta saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum evində qeydə alınıb.

Zaqatala rayonu Göyəm kənd inzibati ərazisinə aid Çökəkoba kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Eyvaz qızı Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də Zaqatala RMX-nin doğum şöbəsinə müraciət edib. Həmin gün Zaqatala RMX-nin doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib. Əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığı bildiriblər.

Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.

Zaqatala RMX-dən APA-ya bildirilib ki, mərhumun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. İlkin müayinəyə əsasən, ananın ölümünə səbəb tromboemboliya olduğu bildirilir.

Məlumata görə, dünyaya gələn uşağın vəziyyəti normaldır.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1784   Tarix: 22 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vəhşicəsinə qətlə yetirilən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ

Martın 2-də itkin düşən və mayın 14-də Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın nənəsi də vəfat edib. xəbər verir ki, Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib. Məlumat üçün bildirək ki, Könülün son zəngi məhz nənəsinə olub. O, bu ilin martın 1-d

17.05.2024 1001
.

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Neft və Qazın Dekarbonizasiyası Xartiyası"nın (OGDC) Rəhbər Komitəsinin sədri seçilib. xəbər verir ki, bu barədə SOCAR-ın "X" sosial şəbəkəsindəki hesabında bildirilir

17.05.2024 312
.

Yaşlı qadını döyüb pulunu əlindən aldılar -Saxlanılan var

Oğuzda quldurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BİG.AZ-a verilən məlumata görə, hadisə rayonunun Qumlaq kəndində baş verib. Belə ki, gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib. Rayon poli

10:10 234
.

Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub

Qeyri-sabit hava şəraiti Qaxda təsərrüfatlara ciddi ziyan vurub. "Report" xəbər verir ki, dolu yağıb, yağış suları həyətlərə dolub. Məlumata görə, bu gün səhər saatlarında güclü yağış və dolu rayonun Tasmalı, Marsan, Turaclı və Əlibəyli kəndlərində evlərə və təsərrüfatlara ziyan vurub. Hazırd

15:37 0
.

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, M.Əsgərqız

17.05.2024 512
.

Həyat yoldaşının birinci xanımından danışdı

Müğənni Səidə dadaşova həyat yoldaşı Maqanın ilk evliliyindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Günaylı gün" proqramında danışıb. O bildirib ki, onunla və övladları ilə münasibəti yaxşıdır:. "Aysel xanımı salamlayıram. Yoldaşımın uşaqlarının anasıdır. Birinci xanımıdır

14:06 233
.

Pakistanda qızlar məktəbinə bomba hücumu olub

Pakistanın Xayber Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində qızlar məktəbinə bombalı hücum təşkil edilib. xəbər verir ki, polis məmuru Səfdər Xan açıqlamasında gecə yarısı qızlar məktəbində naməlum şəxslərin həyata keçirdiyi bombalı hücumda xəsarət alan olmadığını bildirib. Bu ay ikinci dəf

17.05.2024 247
.

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətindəki Staritsa yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb. "Report" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirlik bildirib ki, qoşunlar ölkənin içərilərinə doğru irəliləyiblər. Ukraynanın rəsmi qurumları hələ ki, b

16:20 0
.

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi münasibətdə olduğu Elnaz Sadıqova ilə mübahisə edərkən üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə dörd dəfə zərbə vurub. Ağır yaralanan qadın iki gündən sonra müalicə aldığ

17.05.2024 711