Azərbaycanın bu bölgələrində TƏBİİ FƏLAKƏT – İnsanlar sürətlə TƏXLİYƏ EDİLİR - VİDEO

Azərbaycanın bu bölgələrində TƏBİİ FƏLAKƏT – İnsanlar sürətlə TƏXLİYƏ EDİLİR - VİDEOQeyri-sabit hava şəraiti cənub rayonlarında selə səbəb olub. Bunun nəticəsində Masallı və Cəlilabadda evlər su altında qalıb. Aldığımız son məlumata görə köməksiz vəziyyətdə qalan 146 nəfər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Kənd sakinlərinin təsərrüfatlarına da ciddi ziyan dəyib.

Cənub bölgəsində - Masallı və Cəlilabad rayonlarında üç çay daşıb, onlarla evi su basıb. Hadisə nəticəsində ərazidən çox sayda insan təxliyə olunub.

Dünən gecə saatlarından başlayaraq Masallıda yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi müşahidə olunub. Rayonun bir neçə yaşayış məntəqəsində bəzi fərdi evləri, həyətyanı və əkin sahələrini su basıb.

Masallı rayonundan keçən Alvadı və Tatyan çaylarının məcrasından çıxması, eləcə də Bədəlan, Mollaoba, Boradigah və Rüdəkənar kəndlərində olan suötürücü kanalların daşması 23 evə ziyan vurub. Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı kəndlərdə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub. Rayon ərazisindən 16 nəfər təxliyə edilib.

Hadisənin fəsadları və ziyanın həcmi barədə hələlik tam məlumat yoxdur. Müvafiq komissiya təşkil olunaraq araşdırma aparılacaq və dəymiş ziyanın məbləği müəyyənləşdiriləcək.

Cəlilabad rayonunda da dağlıq ərazilərə yağan qar və intensiv yağan yağış dünəndən daha da güclənib. Nəticədə rayonun mərkəzindən keçən Mişarçayda suyun səviyyəsi maksimum həddə çatıb. Artıq bu gün səhərdən başlayaraq kiçik bəndlərin partlaması səbəbindən Maşlıq kəndi ərazisində əkin sahələrinə və evlərin həyətlərinə sel suları dolub.

Hazırda bəndlərin uçulmasının qarşısını almaq məqsədilə həmin əraziyə müxtəlif təyinatlı texnikalar cəlb edilib. Texnikalar vasitəsilə bəndlər daha da bərkidilir.

Eyni zamanda Göytəpə şəhəri və rayonun Həsənli və Bəziravan kəndlərində bəzi evlərin həyətlərinə yağış suları dolduğundan həyətlər su altında qalıb. Rayon Fövqəladə hallar komissiyasından verilən məlumata görə, hazırda Mişarçay su anbarı tam nəzarətdədir. Bəzi həyətlərə dolmuş suların çəkilməsi istiqamətində zəruri tədbirlər görülür.

Hələlik rayonda vəziyyət ciddi olaraq qalır. Hazırda yağıntı davam etdiyindən bəndin daşması ehtimalı qalmaqdadır. (xəzərxəbər)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1580   Tarix: 19 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İndoneziyada vulkan püskürməsi: 7 qəsəbə boşaldıldı

İndoneziyanın şimalındakı İbu dağında vulkan püskürüb. BİG.AZ xəbər verir ki, partlayışdan sonra bölgədə 7 qəsəbə boşaldılıb. Bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumat yayıb. Məlumata görə, dünən vulkandan çıxan kül buludunun ilk püskürmədə 400 metrə çatdığın

20.05.2024 128
.

"Sağlam paketlərdə satılan dondurmalara diqqət yetirmək çox vacibdir" - Qida eksperti

Dondurma mövsümü artıq gəlmiş sayılır. Bəs keyfiyyətli dondurmanı necə seçə bilərik?. Mövzu ilə bağlı -a danışan Fərid Səfərov bildirib ki, sağlamlıq şərtlərinə uyğun mühitlərdə istehsal edilən, lazım olduqda qorunan və sağlam paketlərdə satılan dondurmalara diqqət yetirmək çox vacibdir:. "Dondurm

20.05.2024 228
.

Ermənistan prezidenti İran hökumətinə və xalqına başsağlığı verib

Ermənistan Prezidenti Vahaqn Xaçaturyan İran İslam Respublikası Prezidentinin və onu müşayiət edən heyətin həyatına son qoyan helikopter qəzası ilə əlaqədar İran hökumətinə və xalqına başsağlığı verib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "İran İslam Respublikasının prezidenti Seyi

20.05.2024 145
.

Rusiya: "Luqansk vilayətində Beloqorovka qəsəbəsini tamamilə ələ keçirdik"

Rusiya Müdafiə Nazirliyi Luqansk vilayətində Beloqorovka qəsəbəsinin tamamilə ələ keçirildiyini bildirib. xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi birləşmələrinin fəaliyyəti ilə bağlı məlumatlar yer alıb. "Cənub Hərbi Qrupunun birlikləri aktiv hərəkətlə

20.05.2024 162
.

Türkiyədə 1 günlük matəm elan edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarının vəfatı ilə bağlı ölkədə 1 günlük matəm elan edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "TRT haber" məlumat yayıb. Ərdoğan onu da bildirib ki, "AKINCI" İran rəhbərliyinin xahişi ilə qəza baş verən əraziyə göndərili

20.05.2024 265
.

İrandakı helikopter qəzasında diqqətdən yayınan MƏQAMLAR

"İlk baxışda İran Prezidentinin daşındığı helikopter öz yaşı və modelin köhnəliyi ilə diqqət çəkir". Bunu Türkiyənin "Haber Global" telekanalının studiyasında qonaq olan yerli ekspert İlyas Bozkurt bildirib. O, həmçinin hava şəraitinin uçuş üçün uyğunsuz olduğunu və buna rəğmən helikopteri

20.05.2024 193
.

"Rəisinin ölümü xüsusi xidmət orqanlarının fəaliyyətində ciddi qüsurların olmasından irəli gəlir" - Politoloq

İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər dövlət nümayəndələri helikopter qəzasında həlak olublar. Politoloq Elşən Manafov -a bildirib ki, helikopterin İsrail və ya ABŞ tərəfindən vurulması ehtimal edilə bilər. Ortalıqda isə hələlik ciddi dəlil və sübutlar yoxdur:

20.05.2024 699
.

ABŞ qoşunlarını sentyabrın ortalarına qədər Nigerdən çıxaracaq

ABŞ qoşunlarını sentyabrın ortalarına qədər Nigerdən çıxaracaq. xəbər verir ki, ABŞ və Niger tərəflərinin imzaladığı bəyannamədə Vaşinqton və Niamey rəhbərliyinin çəkilmə ilə bağlı əldə etdiyi ortaq qərara uyğun olaraq, Nigerdə ​​yerləşən Amerika əsgərlərinin ən geci sentyabrın 15-dək ölkəni tamamil

20.05.2024 144
.

Qarabağ Universitetinə rektor təyin olundu

Prezident İlham Əliyev Şahin Bayramovla bağlı Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncamla Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyi

20.05.2024 332