Avtovağzalda bayram təlaşı: Sərnişin sıxlığı var VİDEO

Avtovağzalda bayram təlaşı: Sərnişin sıxlığı var VİDEOBayramı bölgələrdə keçirmək istəyən vətəndaşların bir qismi rayonlara getmək üçün avtovağzala üz tutublar. Axın o qədər çox olub ki, Bakı avtovağzalında sıxlıq yaşanıb. Biletini əvvəlcədən onlayn qaydada alanlar da yola düşməkdə müəyyən çətinliklərlə üzləşiblər. Avtovağzaldan məsələyə aydınlıq gətirilib.

9 günlük bayram tətilini fürsət bilən paytaxt sakinləri bölgələrə üz tuturlar. Bu isə Bakı avtovağzalında sıxlığın yaşanmasına səbəb olur.

Bölgələrə sərnişin axınının artacağını proqnozlaşdıran avtovağzal rəhbərliyi gücləndirilmiş iş rejiminə keçsə də, istər avtobusların, istərsə də kassaların qarşısında sıxlıq müşahidə olunur. Sərnişinlərin bir qismi rahat şəkildə bilet tapdıqlarını desələr də, bir qismi bilet ala bilməməkdən şikayətçidirlər.

Biletlərini onlayn şəkildə alan sərnişinlər isə kassalarda yaranmış növbə sıxlığından şikayətlənirlər.

Avtovağzal nümayəndələri deyirlər ki, avtobusların qarşısındakı sıxlıq biletsiz yola çıxmaq istəyənlərin ucbatından baş verir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyevanın sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayramla əlaqədar martın 15-dən 27-dək gücləndirilmiş iş rejiminə keçib. O, bu il onlayn bilet alanların sayında artım müşahidə olunduğunu bildirib.

Bəzi bölgələrə biletlərin tapılmaması iddiası ilə bağlı isə qurumdan bildirildi ki, paytaxtdan yola düşmüş hər bir avtobusun geri qayıtması müəyyən vaxt alır və biletlər yalnız həmin avtobus Bakı avtovağzalına daxil olduqdan sonra satılmağa başlanır. Bu proses də avtobusların sayı artırıldığı üçün 1-2 saatdan çox çəkmir. (xəzərxəbər)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 601   Tarix: 20 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

18 yaşadək nikah istisnaları ləğv edilə bilər

18 yaşadək nikaha daxil olma ilə bağlı tətbiq edilən istisnanın ləğv edilməsi təklif edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında qeyd edilib. Bundan əlavə, erkən nikah hallarının qarşısının alınması üçü

20.05.2024 311
.

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Ötən gün faciəli şəkildə ölən şəxs tələbə olub. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, Göyçayda cərəyanın vuraraq öldürdüyü 24 yaşlı İsmayıl İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış. Məlumat üçün bildirək ki, hadisə rayonun Potu kəndində qeydə alınıb

20.05.2024 658
.

Ermənistan müdafiə naziri Papikyan İran prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verib

Ermənistanın müdafiə naziri Suren Papikyan İran İslam Respublikası Prezidentinin vəfatı ilə əlaqədar İranın Müdafiə və Silahlı Qüvvələrin maddi-texniki təminatı naziri, briqada generalı Məhəmməd Rza Aştianiyə başsağlığı məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "İra

20.05.2024 320
.

Ölən uşağın ailəsi bağışlamadı - 5 il həbs cəzası verildi

Ötən ilin iyul ayında Abşeron rayonunda "Toyota Prius" markalı avtomobillə 10 yaşlı velosipedçini vurub öldürən sürücü İlqar İmanova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə İ.İmanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirl

20.05.2024 583
.

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, 2006-cı ildə doğulmu

20.05.2024 485
.

Ermənistan prezidenti İran hökumətinə və xalqına başsağlığı verib

Ermənistan Prezidenti Vahaqn Xaçaturyan İran İslam Respublikası Prezidentinin və onu müşayiət edən heyətin həyatına son qoyan helikopter qəzası ilə əlaqədar İran hökumətinə və xalqına başsağlığı verib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "İran İslam Respublikasının prezidenti Seyi

20.05.2024 242
.

BMT-nin iclasında Rəisinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - FOTO

BMT Təhlükəsizlik Şurasının iclası təyyarə qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. xəbər verir ki, bu barədə BMT-nin xəbər xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. "BMT Təhlükəsizlik Şurasının üzvlər

20.05.2024 248
.

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

"Milli" statusu alan iki teatrın adı dəyişdirilir və işçilərinin əməkhaqqına 50 faiz əlavə olunur. Bununla bağlı -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına "milli" statusunun verilməsi həmi

20.05.2024 320
.

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş bir qəpiklik metal pul nişanları tədavülə buraxılıb. xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, tədavülə buraxılan yenilənmiş bir qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət gerbi, eləcə də pul nişanını

20.05.2024 398