Təhsil Nazirliyi VACİB məlumat yaydı - SMS vasitəsilə izləyə...

Təhsil Nazirliyi VACİB məlumat yaydı - SMS vasitəsilə izləyə...Yaz sessiyasında təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

Xəzərxəbər xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, indiyədək 2221 müraciət daxil olub. Müraciətlərdən 68-i imtina alıb, 641 müraciət banka göndərilib. 175 nəfərə isə yaz semestri üzrə təhsil tələbə krediti verilib.

Xatırladaq ki, 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbuluna fevralın 16-dan başlanılıb. Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, "ASAN İmza" və "E-imza" ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir. Bu zaman müvəkkil bankın üztanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür. Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsilə izləyə bilir.

Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1184   Tarix: 19 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: "Günahım yoxdur" - VİDEO

Bir müddət əvvəl Bakıda ölümlə nəticələnən qəzaya düşən aparıcı Aytən Səfərova hadisədən sonra ilk dəfə danışıb. xəbər verir ki, o, bu barədə öz "Instagram" profilində paylaşım edib. Aparıcı qəzadan heç kimin sığortalanmadığını deyib. "Qəzadır, hər kəsin başına gələ bilər. Heç kim bunda

14.05.2024 833
.

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ötən ilin fevralında Bakıda yerləşən hoteldə qeyri-rəsmi münasibətdə yaşadığı qadını pəncərədən atan 1995-ci il təvəllüdlü Şükür Qənbərova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, sevgilisi Aysel Həsənovanı (şərti) Nəsimi rayonu ərazisindəki "Af Hotel"in 6-cı mərtəbəsindən atan şəx

14.05.2024 180
.

Türkiyəli aktrisa vəfat etdi

Türkiyənin məşhur teatr aktrisası Ayten Gökçer dünyasını dəyişib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sabah 2009-cu ildə vəfat etmiş əri, teatr aktyoru Cüneyt Gökçerin yanında dəfn olunacaq. Qeyd edək ki, 84 yaşlı aktrisa bir çox məşhur film və seriallarda da rol alıb

14.05.2024 577
.

Putinin Çinə dəqiq səfər tarixi məlum oldu

Beşinci dəfə Rusiyanın Prezidenti seçilən Vladimir Putinin Çinə gözlənilən rəsmi səfərinin vaxtı məlum olub. Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunur ki, V.Putin 16-17 may tarixlərində Çində rəsmi səfərdə olacaq. Məlumatda, həmçinin qeyd olunub ki, Kreml rəhbəri reallaşacaq səfə

14.05.2024 220
.

Deputat qadınları qınaq atəşinə tutdu: "Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!" - VİDEO

"Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, bacımdır". Bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində Milli məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib. O, müasir cəmiyyətdə bəzi qadınların övladlarını düzgün böyütmə

13.05.2024 933
.

Qabyuyan işlədiyi deyilən şəhid anası ilə bağlı - Rəsmi açıqlama

Vətən müharibəsi şəhidi Coşqun Orucovun anası Fərqanə Bağırovanın qabyuyan kimi çalışması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan informasiyada ananın Bakıdakı çay evlərindən birində işlədiyi bildirilir. Şəhid C.Orucovun anasının saat 12:00-00:00-də

14.05.2024 911
.

ABŞ-da çökmüş körpünün dağıntıları nəzarət altında partladılıb

ABŞ-ın Baltimor şəhərində çökmüş körpünün partladılıb. BİG.AZ xəbər verir ki, Merilend ştatında yük gəmisinin toqquşması nəticəsində dağılan "Francis Scott Key" körpüsünün dağıntıları nəzarət qaydasında partladılıb. Bu barədə BBC məlumat yayıb. Məlumata görə, martın 26-da ölən sonuncu işçini

14.05.2024 147
.

Qəzzada ölənlərin sayı 35173 nəfərə çatıb

İsrail Qəzzaya hücumların 221 gündür ki, davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölənlərin sayı 35 min 173 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hücumlar nəticəsində həlak olan insanların sayı son 24 saat ərzində 82 nəfər artıb. Qeyd edilib ki

14.05.2024 138
.

Blinken Kiyevə gedib

ABŞ dövlət katibi Antoni Blinken Kiyevə gedib. BİG.AZ xəbər verir ki, səfərin məqsədinin Ukraynaya hərbi yardım olduğu bildirilib. Qeyd edək ki, ABŞ dəfələrlə Ukraynaya dəfələrlə yardım edib

14.05.2024 132