"Gizlənirəm…Oğlum dedi həyatımızı məhv etdin" - Efirdə müharibəni pisləyən Marina

"Gizlənirəm…Oğlum dedi həyatımızı məhv etdin" - Efirdə müharibəni pisləyən MarinaMartın 14-də Rusiyanın "Birinci" kanalında efirə gedən "Vremya-Zaman" proqramının canlı efirində Ukraynadakı müharibəyə etiraz plakatı qaldıran jurnalist Marina Ovsyannikova hazırda dostlarının yanında gizlənir.

BiG.AZ azpost.info-ya istinadən bildirir ki, bu barədə jurnalist Almaniyanın "Der Spiegel" qəzetinə bildirib. O deyib ki, öz yaxınlarına və özünə görə ehtiyat edir.

Bununla yanaşı Marina vətəni tərk etmək barədə düşünmədiyini bildirib: "Dostlarımın yanındayam, gizlənirəm. Biz hamımız Rusiyada qalacağıq. Anam hələ də şokdadır. Oğlum məni danladı ki, bütün ailə üzvlərinin həyatını məhv etdin. Amma o indi ən çətin yaş dövründədir. Biz bir-birimizə danışırıq. Amma mənəvi cəhətdən çox ağırdır. Mən iki cəbhə arasında qalmışam. Ailəm məni lazımi qaydada dəstəkləmir"-deyə redaktor vurğulayıb.

Marina atdığı addıma necə hazırlaşdığını da deyib: "Mənim istirahət günüm idi. Hər şeyi hazırladım, kağız və marker aldım, mətbəxdə plakatı hazırladım, videoroliki çəkdim. Öz planlarımı hə ailəm, nə də həmkarlarımla müzakirə etməmişəm".

TV belə ciddi vəzifə tutan Ovsyannikovadan heç kim şübhələnməyib. Hər kəs öz işi ilə məşğul olarkən Marina efir studiyasına çıxıb və plakatı qaldırıb.

"Studiyanı nəzərdən keçirdim, kameraların harada durduğuna baxdım, necə hərəkət edəcəyini gördüm. Ona uyun harada dura biləcəyimi təxmin etdim. Zəhmətimin boşa çıxacağından, heç kimin məni görməyəcəyindən çox qorxurdum. Sonra studiyanın yanında keçik çəkən polisin yanından keçərək tez studiyaya qaçdım. O sadəcə reaksiya verməyə imkan tapa bilmədi. Mən plakatı əlimdə tutaraq moderatorun arxasında durdum. Bundan sonra iş yerimə qayıdaraq gözləməyə başladım. Rəhbərlik gəldi-hamı təəccüblə soruşurdu-"Bunu sən eləmisən?!" Heç kim buna inanmaq istəmirdi"-deyə M.Ovsyannikova bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 719   Tarix: 20 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qarabağ Universitetinin rektoru kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib. yeni təyin edilən rektorun dosyesini təqdim edir:. Şahin Bayramov 1979-cu il iyulun 4-də anadan olub. 1996-cı ildə Mingəçevir şəhər Təbiət, riyaziyyat və humanitar elmlər təmayüllü liseyin

20.05.2024 488
.

Rəisi mayın 21-də Təbrizdə dəfn ediləcək

İranın helikopter qəzasında həlak olmuş prezidenti Rəisi və digər rəsmi şəxslərlə vida mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək. xəbər verir ki, bu məlumatı Mehr agentliyi yayıb. Rəisinin Təbriz şəhərində dəfn ediləcəyi bildirilir

20.05.2024 818
.

Bakıda 2600 manatlıq antik samovar oğurlandı - FOTO

Bakının Səbail rayonu Şıx qəsəbəsindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 2600 manat dəyərində antik samovar, təmir alətləri və bəzək əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. BİG.AZ DİN-ə istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarını

20.05.2024 416
.

İrandakı helikopter qəzasında diqqətdən yayınan MƏQAMLAR

"İlk baxışda İran Prezidentinin daşındığı helikopter öz yaşı və modelin köhnəliyi ilə diqqət çəkir". Bunu Türkiyənin "Haber Global" telekanalının studiyasında qonaq olan yerli ekspert İlyas Bozkurt bildirib. O, həmçinin hava şəraitinin uçuş üçün uyğunsuz olduğunu və buna rəğmən helikopteri

20.05.2024 683
.

Ermənistan müdafiə naziri Papikyan İran prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verib

Ermənistanın müdafiə naziri Suren Papikyan İran İslam Respublikası Prezidentinin vəfatı ilə əlaqədar İranın Müdafiə və Silahlı Qüvvələrin maddi-texniki təminatı naziri, briqada generalı Məhəmməd Rza Aştianiyə başsağlığı məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "İra

20.05.2024 320
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə məlumat yayıb. Bildirilib ki, telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub. Prezident Rəcəb Tayyib Ərdoğa

20.05.2024 345
.

Ərdoğan Rəisini əvəz edən şəxsə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxberə zəng edib. Məlumata görə, telefon danışığı zamanı Ərdoğan İbrahim Rəisinin vəfatı ilə bağlı İran xalqına başsağlığı verib və Türkiyənin bu ağrılı gündə İranın yanında olduğunu bildirib. İran xalqını

20.05.2024 335
.

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Ötən gün faciəli şəkildə ölən şəxs tələbə olub. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, Göyçayda cərəyanın vuraraq öldürdüyü 24 yaşlı İsmayıl İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış. Məlumat üçün bildirək ki, hadisə rayonun Potu kəndində qeydə alınıb

20.05.2024 658
.

Bakıda qadın özünü 7-ci mərtəbədən atıb

Binəqədidə qadın özünü 7-ci mərtəbədən atıb. -ın əldə etdiyi məlumata əsasən, 1959-cu il təvəllüdlü Bəyzadə Kazımova Cəfər Xəndan küçəsində yerləşən binanın 7-ci mərtəbəsindən özünü ataraq canına qəsd edib. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

20.05.2024 511