Abşeronda sürücünü boğaraq telefonunu almağa cəhd göstərən şəxs tutulub

Abşeronda sürücünü boğaraq telefonunu almağa cəhd göstərən şəxs tutulubAbşeronda sürücünü boğaraq telefonunu almağa cəhd göstərən şəxs tutulub.

Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in "102 Zəng Mərkəzi"nə martın 17-də Xırdalan şəhəri ərazisində Masazır qəsəbə sakini olan qadının idarə etdiyi "Toyota" markalı avtomobilə oturmuş bir nəfərin onu boğaraq mobil telefonunu almağa cəhd göstərməsi, lakin müqavimətlə rastlaşdığından hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.

Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də quldurluğa və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ramil Quliyev müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun martın 11-də Yasamal rayonu ərazisində Sumqayıt şəhər sakini olan digər bir qadının idarə etdiyi "Hyundai" markalı avtomobilə oturub bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobilini ələ keçirməsi də müəyyən olunub.

Polis əməkdaşları tərəfindən həmin avtomobil martın 12-də M.Xiyabani küçəsində qapısı əzilmiş və yan güzgüsü sınmış vəziyyətdə tapılıb.

Araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 821   Tarix: 19 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə prosesdə İranın tutduğu mövqe də bizi qane edir"

"Azərbaycan Respublikası ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə, o cümlədən möhkəm mədəni-tarixi bağlarımız olan İran xalqı ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət olaraq müəyyən edib. Biz digər beynəlxal

20.05.2024 214
.

"Xamneyinin postuna yiyələnmək uğrunda mübarizə aparan şəxslər Rəisini görmək istəmirdilər" - Politoloq

İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər dövlət nümayəndələri helikopter qəzasında həlak olublar. Politoloq Turan Rzayev -a bildirib ki, bunu İrandaxili proses kimi qiymətləndirmək lazımdır.Rəisini istəməyən qüvvələr də çox idi, xüsusilə SEPAH daxilində. Xamney

20.05.2024 802
.

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş bir qəpiklik metal pul nişanları tədavülə buraxılıb. xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, tədavülə buraxılan yenilənmiş bir qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət gerbi, eləcə də pul nişanını

20.05.2024 413
.

18 yaşadək nikah istisnaları ləğv edilə bilər

18 yaşadək nikaha daxil olma ilə bağlı tətbiq edilən istisnanın ləğv edilməsi təklif edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında qeyd edilib. Bundan əlavə, erkən nikah hallarının qarşısının alınması üçü

20.05.2024 323
.

Qarabağ Universitetinə rektor təyin olundu

Prezident İlham Əliyev Şahin Bayramovla bağlı Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncamla Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyi

20.05.2024 372
.

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

"Milli" statusu alan iki teatrın adı dəyişdirilir və işçilərinin əməkhaqqına 50 faiz əlavə olunur. Bununla bağlı -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına "milli" statusunun verilməsi həmi

20.05.2024 350
.

Saatlıq minimum əməkhaqqı neçə manatdan HESABLANACAQ? - VACİB AÇIQLAMA

Bildiyimiz kimi, Son verilən qərarlar vətəndaşlar arasında ciddi müzakirələrə səbəb olub. İyul ayından Azərbaycandasaatlıq minimum əməkhaqqına keçilməsi ilə bağlı qərar verilib. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə noyabrın 1-də aylıq minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri

12:00 184
.

Türkiyədə 1 günlük matəm elan edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarının vəfatı ilə bağlı ölkədə 1 günlük matəm elan edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "TRT haber" məlumat yayıb. Ərdoğan onu da bildirib ki, "AKINCI" İran rəhbərliyinin xahişi ilə qəza baş verən əraziyə göndərili

20.05.2024 571
.

Hindistanda yüksək temperatur xəbərdarlığı edildi

Hindistanın şimalında paytaxt Yeni Dehli və ətraf ştatlarda havanın temperaturu artıb. BİG.AZ xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti məlumat yayıb. Məlumata görə, havanın temperaturu 47,1 dərəcəyə çatıb. Pəncab, Haryana və Racastxan ətrafındakı ştatlarda isti xəbərdarlıq edilib

20.05.2024 200