Xalq artisti: "Evdə tək qalanda ağlayıram"

Xalq artisti: "Evdə tək qalanda ağlayıram""Bu müharibədə adlarını çəkmək istəmədiyim siyasətçilərin əli var, məhz onlar bunları düzəldirlər və heç kəs bilmir ki, müharibəni kim başladıb..."

Bu sözləri Yenisabah.az-a Rusiya-Ukrayna arasında gedən müharibədən danışan Xalq artisti Cavan Zeynallı deyib.

Sənətçi hər zaman sülhün tərəfdarı olduğunu bildirib:

"Mən şən adamam. Mənim ürəyim çox təmizdir və müharibədən çox danışmaq istəmirəm, çünki siyasətçi deyiləm. İndiyə qədər də başa düşmürəm ki, Ukrayna ilə Rusiya arasında niyə döyüş gedir?! İnternetdə hər gün müharibədən görüntülərə baxıram, bunlar niyə belə edirlər? Ay balam, yaşayın da, həyat adama bir dəfə verilir, nə üçün adamları öldürürsünüz? Heç kəs tam dəqiqliklə bilmir ki, Ukraynada nələr baş verir, çünki hərə bir cür şərh edir. Hər iki ölkə ayrı-ayrı şeylər deyir, hərə öz xeyrinə danışır. Ona görə mən onları başa düşmürəm.

Mən özüm sülh adamıyam. İstəyirəm ki, adamlar əmin-amanlıq içərisində yaşasın. Əgər belə olmasaydım, royalda bütün dünyanın melodiyalarını çala bilməzdim. Mən tək Azərbaycan melodiyalarını ifa etmirəm".

Cazmen sosial şəbəkələrdə müharibə ilə bağlı kadrları gördükcə ağladığını etiraf edib:

"Olan dinc əhaliyə oldu, 110 körpə artıq həyatını itirib. Mən birtəhər oluram. Mən bu hadisələrə baxanda evdə ağlayıram. Tək olanda göz yaşlarıma hakim ola bilmirəm. Mənim üçün tək qalmaq çox çətindir. Heç vaxt istəmərəm ki, dünyanın harasındasa müharibədə körpələr həyatını itirsin, insanlar didərgin düşsün. Sosial şəbəkələrdə müharibədən görüntüləri izləyirəm, sonra görürəm ki, təzyiqim qalxıb. Mənə bu, olmaz axı, yaşlı adamam. Mən siyasətçi deyiləm, cazmenəm, insanlara xoş aura bəxş etmək istəyirəm. Onlar üçün musiqilər ifa edirəm. İnanın, kim gəlib deyir ki, "Cavan müəllim, filan şeyi ifa edərsən?" deyirəm "Baş üstə!" Mənim üçün problem yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 888   Tarix: 18 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanın cinsinə görə rənglər hansıdır? - "Uşaq vaxtından qara rəngi PİS BİLİRƏM" - VİDEO

Biz rənglər aləmində yaşayırıq. Bu rənglər gözlə göründüyündən daha dərin anlamlara sahibdir. İnsanlar 180-dək rəng tonunu görməyə və onların 10 min artıq rəng çalarlarını fərqləndirməyə qadirdir. Rənglərə isə dərin mənalar yükləyən şəxslərin sayıda az deyil. xəbər verir ki, mövzu ilə bağlı "Ap

13.05.2024 571
.

Türkiyəli aktrisa vəfat etdi

Türkiyənin məşhur teatr aktrisası Ayten Gökçer dünyasını dəyişib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sabah 2009-cu ildə vəfat etmiş əri, teatr aktyoru Cüneyt Gökçerin yanında dəfn olunacaq. Qeyd edək ki, 84 yaşlı aktrisa bir çox məşhur film və seriallarda da rol alıb

11:05 469
.

Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır - VİDEO

Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır. xəbər verir ki, bu barədə görüntülər İTV-nin efirində yayımlanıb. Kadrlarda son tamamlanma işlərinin getdiyini görmək mümkündür. Qeyd edək ki, Qarabağ Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələd

13.05.2024 379
.

Türkiyəli oxçu tarixə düşdü

Türkiyəli oxçu Mete gazoz Avropa çempionu olub. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Beləliklə, Mete Gazoz olimpiyada, Dünya və Avropa Çempionatlığını qazanan ilk oxçu olaraq tarixə düşüb

13.05.2024 402
.

Qazaxıstanda sabiq nazir arvadını döyərək öldürməkdə təqsirli bilinərək 24 il həbs olundu

Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev məhkəmə tərəfindən həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib. xəbər verir ki, bu barədə TASS məhkəmə zalından məlumat yayıb. 44 yaşlı Bişimbayev Astanadakı restoranlardan birind

13.05.2024 497
.

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo"nun məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi Abel Məhərrəmov

13.05.2024 668
.

Qabyuyan işlədiyi deyilən şəhid anası ilə bağlı - Rəsmi açıqlama

Vətən müharibəsi şəhidi Coşqun Orucovun anası Fərqanə Bağırovanın qabyuyan kimi çalışması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan informasiyada ananın Bakıdakı çay evlərindən birində işlədiyi bildirilir. Şəhid C.Orucovun anasının saat 12:00-00:00-də

16:00 131
.

"Nərmin işi": İlkin Süleymanovdan xəbər var

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən və 18 il müddətinə azadlıqdan məhrum edilən İlkin Süleymanovdan xəbər var. Vəkil Əlibaba Rzayev Qaynarinfo-ya açıqlamasında İlkin Süleymanovun saxlandığı yerindən narazı olmadığını vurğulayıb. "5 ildir həbsxanadadır, he

13.05.2024 755
.

Tələbəni öldürən həmyaşıdına hökm oxundu

İdman Akademiyasının tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, F.Məmmədov qəsdən adam öldürməkdə təqsirl

14:55 240