"İkinci arvad" adlı şirkətin sahibi DANIŞDI - VİDEO

"İkinci arvad" adlı şirkətin sahibi DANIŞDI - VİDEOAzərbaycanda "İkinci arvad" adlı şirkət yaradılıb. Sözügedən MMC 10 avqust 2021-ci ildə dövlət qeydiyyatına alınıb.

Adı cəmiyyətdə birmənalı qarşılanmayan şirkətlə bağlı ARB TV-nin "Günə Doğru" verilişi süjet hazırlayıb.

Şirkətin sahibi Pakistan vətəndaşı İmran Şehzaddır. Onun sözlərinə görə, "İkinci arvad" gələcəkdə Azərbaycanda fəaliyyətə başlayacaq restoranının adıdır. Bəs niyə başqa ad yox, məhz "ikinci arvad"? Şirkət sahibi bunun bir marketinq siyasəti olduğunu deyir.

"Adı belədir. Həyat yoldaşın yoxdursa, gəlib bu restoranda qarnını doyura bilərsən", - İmran Şehzad deyib.

Bəs Azərbaycanda şirkət adlarına nəzarət varmı? İstənilən söz, ifadə şirkət adı olaraq seçilə bilərmi? Ekspertlər deyirlər ki, hər bir şəxsin şirkət təsis edərək, ona istədiyi adı vermək hüququ var. Amma müəyyən təşkilatlar, ictimai birliklər, banklar, sığorta şirkətlərinin adında onların fəaliyyətinin xarakterini göstərən bir məzmun olmalıdır.

Hüquqşünas Samir Qasımov qeyd edib ki, adi MMC üçün belə bir tələb yoxdur:

"İstənilən şəxs şirkətinə istədiyi adı qoya bilər və bu artıq onun özünün mülahizəsinə bağlıdır".

Görünən odur ki, qanunvericilikdə adla bağlı hər-hansı bir qadağa, tələb yoxdur.

Hüquqşünas Şamil Paşayev də mövzu ilə bağlı açıqlama verib:

"Qanunla nizamlanmasa belə, bu kifayət deyil. Çünki hüququn mahiyyəti eyni zamanda hüququn təməl prinsiplərinə, qəbul etdiyimiz Konstitusiyamızın normalarına uyğun olmalıdır. Azərbaycan qanunvericiliyində "ikinci arvad" anlayışı cəmiyyətdə birmənalı qarşılanmayacaq".

Hər-hansı şirkətə qoyulan ad, həm də həmin MMC-nin kommersiya fəaliyyətinə uyğun olmalıdır.

Daha ətraflı süjetdə:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1509   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bişkekdə yataqxanada baş verən qarşıdurmadan sonra son vəziyyət açıqlanıb

Gecə saatlarında Bişkekin mərkəzində, yataqxanada baş verən qarşıdurmadan sonra vəziyyət sabitləşib. Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. "Bişkek şəhərində vəziyyət sabitdir, hazırda ərazidəki vəziyyət polisin tam nəzarəti altındadır. Mitinqin bütün iştirakçılar

18.05.2024 165
.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18.05.2024 114
.

Rəşad Dağlının qızı əməliyyat olundu

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının qızı Bətül xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, onun qolunda problem yaranıb. Bətül xəstəxanalardan birində əməliyyat olunub. Həmin görüntüləri R.Dağlının oğlu Yusif sosial şəbəkədə paylaşıb. O bildirib ki, bacısı özünü yaxşı hiss edir

18.05.2024 965
.

Qırmızı dənizdə tanker raketlə vurulub

Panama bayrağı altında üzən neft tankeri Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbdə raket zərbəsi nəticəsində zədələnib. Məlumata görə, gəminin göyərtəsində yanğın baş verib. Mayın 18-nə keçən gecə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi Yəmənin Hudeyda liman şəhərini

18.05.2024 150
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 244
.

Göyçayda kişi otları təmizləyərkən müəmmalı şəkildə öldü

Göyçayda kişi iş zamanı ölüb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Müskürlü kəndində baş verib. Ucar şəhər sakini 39 yaşlı Beydullayev Rauf Faiq oğlu həyət evlərindən birinin qarşısında arxın kənarındakı otları təmizləyərkən qəfil halı pisləşib və yıxılaraq, ölüb. Onun uzun müddətdir ürək xəstəliyində

18.05.2024 270
.

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətindəki Staritsa yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb. "Report" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirlik bildirib ki, qoşunlar ölkənin içərilərinə doğru irəliləyiblər. Ukraynanın rəsmi qurumları hələ ki, b

18.05.2024 184
.

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsir

18.05.2024 186
.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18.05.2024 95