Bakıda FİLM KİMİ OLAY: Boşanmaq üçün məhkəməyə gedən qadın icra məmurundan hamilə qaldı

Bakıda FİLM KİMİ OLAY: Boşanmaq üçün məhkəməyə gedən qadın icra məmurundan hamilə qaldıBakıda qadının birinci əri ilə ikinci həyat yoldaşı arasında düşən dava məhkəmə predmeti olub.

"Qafqazinfo"nun məlumatına görə, paytaxt sakini Gülnaz A.-nın (ad şərtidir) birinci və ikinci əri Səadət Sarayının qarşısında əlbəyaxa davaya çıxıblar.

1984-cü il təvəllüdlü Çingiz Ə. (ad şərtidir) 2019-cu ildə həyat yoldaşından boşanıb. Boşanmadan sonra alimenti ödəmədiyindən iş icra şöbəsinə yönləndirilib və Nəsimi Rayon İcra Probasiya Şöbəsinin icra məmuru Camal M.-in icraatına verilib. Bu əsnada Camalla Gülnaz arasında yaxınlıq yaranıb və onlar evlənməyə qərar veriblər. Bunu görən Çingiz keçmiş arvadı ilə icra məmuru arasındakı münasibəti aydınlaşdırmaq üçün Camalla görüşüb və aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, Camala və onun "Porsche" markalı avtomobilinə zərər vurub. İcra məmuru qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və bədən xəsarətləri alıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Məhkəmədə dindirilən zaman təqsirlənirilən şəxs Çingiz Ə. deyib ki, Camalla heç bir düşmənçiliyi olmayıb: "Gülnazla 2008-ci ildə evlənmişik. İki qız övladımız var. 2019-cu ildə münasibətlər korlandığından boşandıq. Boşandıqdan sonra onun mənə qarşı aliment tələbi ilə bağlı qərarın icrası Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Camal M.-ə həvalə edildi. Şahinlə bir neçə dəfə qərarın icrası ilə əlaqədar görüşmüşdüm. 2020-ci ildə axşam 11 radələrində Gülnazın yaşadığı evin qarşısından keçərkən Camalın avtomobilinə əyləşdiyini gördüm, aralarında səmimi münasibət olmasından şübhələndim. Boşandığım üçün onun gələcək həyatı məni maraqlandırmırdı. Amma Camalla arasındakı münasibətləri dəqiqləşdirmək istədim. Soraqlaşdıqda Gülnazın ondan hamilə qaldığı və ailə quracaqları məlum oldu. Sonradan artıq rəsmi nikaha daxil olaraq birlikdə yaşadıqlarını öyrəndim.

Bir gün anası ilə yaşayan 11 yaşlı qızım zəng vuraraq məndən onun atası olub-olmadığımı soruşdu. Mən uşağın bu sualı qarşısında çaş-baş qaldım. Mən ona atası olduğumu izah etməyə çalışarkən Camal telefonu götürərək məni təhqir etdi, nalayiq ifadələr işlətdi. Buna görə də Camal barəsində polisə müraciət etdim. Lakin o, polis bölməsinin çağırışına gəlmədi. Hətta atası R. oğlunun bu hərəkətinə görə məndən və qardaşımdan üzr istədi. Oğlunu bağışlamağı xahiş etdi və biz atasının xahişinə görə Camaldan şikayətçi olmadıq.

3 aprel 2021-ci ildə mənə Raul adlı bir şəxs zəng edib kobud şəkildə görüşə çağırdı. Əvvəlcə Yasamal qəbiristanlığı ərazisində görüşməyi təklif etdi. Sonradan qardaşım onu Səadət Sarayının qarşısına çağırdı. Oraya gedəndə "Porcshe" markalı "99 MG 666" seriyalı avtomobildə Camalı gördüm. Həmin vaxt qardaşım Camalın dostu Raulla avtomobilin yanında dayanıb söhbət edirdi. Mən onlara yaxınlaşıb nə baş verdiyini öyrənmək istəyərkən Camal "Porcshe"dən düşüb təpik atdı. Sonra qardaşımın sifətinə yumruq vurdu. Bunu görüb araya girdim, yumruqla Camalın başından vurdum. Polis əməkdaşları oraya yaxınlaşdılar. Camal avtomobilinə əyləşərək ərazidən uzaqlaşdı. Polislər məni, qardaşımı və Raulu bölməyə apardılar. Camalın barəsində şikayət ərizəsi yazdım. Camalın bizim onu döyməyimizlə bağlı iddiaları tamamilə yalandır. Mən onun avtomobilini zədələməmişəm".

Camal M. isə ifadəsində göstərib ki, aliment tələbi ilə bağlı işi apararkən Gülnazla münasibəti yaranıb, daha sonra ailələrini tanış edərək kəbin kəsdiriblər: "Rəsmi nikah və toy karantindən sonra olacaqdı. Gülnaz məndən hamilə qaldı və hazırda bir oğlumuz var. Bu məsələdən xəbər tutan Çingiz qızları ilə görüşüb danışmaq üçün dəfələrlə bizim evə zəng edib. Çingiz hər bəhanə ilə ailəmdə narahatlıq yaradırdı. Zənglərdən birində mən telefonu götürüb bir daha evə zəng etməməsini tələb etdim. Polisə müraciət edərək guya ögey qızımla yaxşı davranmadığımı bildirib. Halbuki uşaqlar mənə ata deyirlər, Çingiz barədə isə yaxşı fikirdə deyillər. Mən polisə gedəndə Çingiz və qardaşı mənə söyüş söydülər.

Bir dəfə dostum Raula bu hadisələr barədə danışdım. Raul yanımda Çingizə zəng edərək məsələnin kökündən həll olunması üçün oturub söhbət etməyi təklif etdi. Səadət Sarayının qarşısında avtomobildən düşəndə Çingiz və tanımadığım şəxs üzərimə gəlib təpik atdılar. Qardaşı məni arxadan qucaqlayaraq qollarımdan tutdu. Çingiz isə başıma yumruq zərbələri vurdu. Zərbənin təsirindən özümü itirib yerə yıxıldım, yerdə uzanıqlı vəziyyətdə olarkən başıma təpiklərlə vurmağa başladılar. Polis əməkdaşları hadisə yerinə yaxınlaşanda güc tapıb avtomobilə əyləşdim və oradan uzaqlaşdım. "Beşmərtəbə" adlanan ərazidə DYP əməkdaşları maşını saxlayıb polis bölməsinə dəvət etdilər. Onlar ümumilikdə 7-8 nəfər idilər. Avtomobilin ön buferinin sağ hissəsi batmış, boyası pozulmuşdu. Mənə 200 manat ziyan dəyib".

Məhkəmə araşdırması zamanı hadisə yerində "Dodge Durango" markalı avtomobildən dörd nəfər şəxsin düşməsi də müşahidə olunub. Səbail Rayon Məhkəməsi xuliqanlıq ittihamı ilə Çingiz Ə. barəsində 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun üzərinə başqa yerə getməmək iltizam tədbiri qoyulub. Lakin Çingiz Ə. Zəfər Günü ilə bağlı amnistiya aktının təsir dairəsinə düşdüyü üçün bəraət alıb və üzərindəki cəza götürülüb.

Hökmdən narazı qalan icra məmuru apellyasiya şikayəti verib və işin yenidən istintaqa qaytarılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərar dəyişdirilmədən saxlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2144   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO

Lənkəranda baş verən qətllə bağlı müəmma daha da böyüyür. Belə ki, kənd sakinlərinin sözlərinə görə, həyətində meyit tapılan ev iki nəfər tələbəyə kirayə verilibmiş. Qonşu Atakişi Ağayev bildirib ki, evin sahiblərindən biri Bakıda yaşayır, digəri isə həbsxanadadır. Evi tələbələrə kirayə veriblər. Onla

15.05.2024 1404
.

Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO

Adət-ənənəyə görə, evlənmək istəyən oğlanın evi, qızın isə cehizi olmalıdır. Vaxtilə cehiz içində əl işi örtüklər olan sadə bir boğça və ya kiçik sandıq sayılardı. İndi isə xanımların cehizi boğça-sandığa sığmır. Maraqlıdır, cehiz almaq üçün nə qədər büdcə lazımdır?. Məsələ ilə bağlı "Xəzər"

15.05.2024 589
.

Doğma çay "Azerçay"ın dəstəyi ilə şəhidimizdən bəhs edən klip çəkilib

Həmişə həyata keçirdiyi layihələrlə seçilən doğma çay "Azerçay" bu dəfə vətənpərvərliklə bağlı maraqlı layihənin ərsəyə gəlməsinə vəsilə olub. Belə ki, "Azerçay"ın dəstəyi ilə Şuşanın azadlığı uğrunda şəhid olan Pənah Məmmədovun həyatından və şəhidlik zirvəsinə ucalmasından bəhs edə

16.05.2024 251
.

FHN gül mağazasında baş vermiş yanğınla bağlı məlumat yayıb

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 1450 kv.m. olan bir-birin

16.05.2024 306
.

İntensiv yağış yağacaq

Mayın 17-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağ

16.05.2024 443
.

Ermənistanın xarici işlər naziri Strasburqda Ovyedo Konvensiyasını imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Strasburqa işgüzar səfəri başlayıb. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Mirzoyan Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriçin iştirakı ilə Biologiya və Təbabətin Tətbiqi ilə bağlı İnsan Hüquqlarını

16.05.2024 156
.

Bu tarixdə qəbul imtahanları keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 26-da II və II ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. DİM-ə istinadən xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə

16.05.2024 478
.

Heydər Əliyev Fondunun əməkdaşları təltif ediliblər - SƏRƏNCAM

Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif ediliblər:. 3-cü dərəcəli "Əmək"

16.05.2024 192
.

İsrail 8755 fələstinlini əsir götürüb

Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən əsir alınan fələstinlilərin sayı 8755-ə çatıb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Edilən Heyət tərəfində

16.05.2024 131