Azərbaycanın energetika sahəsində əlamətdar hadisə

Azərbaycanın energetika sahəsində əlamətdar hadisəMartın 15-də Bakıdakı Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Bu gün dünyada hökm sürən maliyyə böhranı, pandemiya ilə bağlı iqtisadi fəallığın azalması, həmçinin yaxın qonşuluğumuzda gedən müharibə və bununla əlaqədar Avropada enerji ilə bağlı yaranan ciddi çətinliklər fonunda Azərbaycana dost olan Birləşmiş Ərəb Əmirliklərinin dünyada tanınmış "Masdar" şirkətinin Azərbaycana sərmayə qoyması çox əlamətdar hadisə olmaqla, həm də ölkəmizin xarici sərmayə üçün çox cəlbedici və açıq ölkə olduğunu bir daha sübut edir.
Dünyada baş verən son hadisələr Avropada, o cümlədən qonşu ölkələrdə elektrik enerjisinə böyük tələbat yaradıb. Ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyük olduğundan dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə can atırlar. Bu gün işğaldan azad edilən bölgələrimiz böyük potensiala malikdir. Aparılan dəqiq hesablamalara görə günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Bu sahədə işlərin aparılması üçün BP də daxil olmaqla bir sıra aparıcı şirkətlərlə danışıqlar aparılır.
Bu bir həqiqətdir ki, elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Ona görə də Azərbaycanda, xüsusilə də işğaldan azad edilən ərazilərimizdə elektrik enerjisi hasilatınını artırılması mühüm həmiyyət kəsb edir. Keçən il ümumi generasiya gücü 20 meqavat olan 4 su elektrik stansiyası bərpa edilib. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır. Təkcə Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyaları tikilməsi nəzərdə tutulub.
Son illərdəki iqtisadi inkişaf sübut etdi ki, Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Bu illər ərzində Azərbaycanın energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər hər bir investor üçün önəmli rol oynayır. Ona görə də ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir və bura 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub.
Ölkəmizə sərmayə qoyuluşu davam edir. Bu gün dünyada hökm sürən ciddi problemlərə və bir sıra mənfi amillərərə baxmayaraq qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib və bu da ölkəmizin növbəti uğurudur.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 528   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO

Adət-ənənəyə görə, evlənmək istəyən oğlanın evi, qızın isə cehizi olmalıdır. Vaxtilə cehiz içində əl işi örtüklər olan sadə bir boğça və ya kiçik sandıq sayılardı. İndi isə xanımların cehizi boğça-sandığa sığmır. Maraqlıdır, cehiz almaq üçün nə qədər büdcə lazımdır?. Məsələ ilə bağlı "Xəzər"

15.05.2024 554
.

Yanğına görə bu yollar bağlandı - Yenilənib

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən metronun "28 May"​ stansiyası istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. "Qafqazinfo" xəbər verir ki, bu barədə NİİM məlumat yayıb. Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun v

00:36 603
.

Bu gün vəfat edən hərbçimizin FOTOSU

Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov vəfat edib. Sənan Hüseynovun fotosunu əldə edib. Həmin fotonu təqdim edirik:

11:05 680
.

TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO

Ötən gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşınının yararsız halda olması və içərisində pasiyentə tibbi xidmət göstərildiyinə dair yayılan görüntülər sosial şəbəkələrdə diqqət çəkib. TƏBİB -ın sorğusuna cavab olaraq yaranmış məsələyə aydınlıq gətirib

16:33 297
.

Azərbaycanda iki teatra yeni status verildi

Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına "milli" statusu verilib. Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edilib ki, yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan hə

17:00 158
.

Qaxda 32 yaşlı kişi intihar etdi

Qaxda 32 yaşlı kişi intihar edib. "Qafqazinfo"nun məlumatına görə, Qax şəhər sakini, 1992-ci il təvəllüdlü Rzayev Ağanir Aydın oğlu özünü həyətdəki yardımçı tikilidən asıb. A.Rzayevin hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır

21:25 0
.

"Ağ çiçəyim" yanğından sonra... - Video

Xəbər verdiyimiz kimi, ötən gün Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" gül mağazasında yanğın baş verib. "Qafqazinfo"nun məlumatına görə, gül mağazasında başlayan yanğın əraziyə bitişik obyektlərə keçməsinə imkan verilmədən söndürülüb. Bu gün isə mağazanın yanğında

12:31 702
.

Mətanət İsgəndərliyə ağır itki

Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib. Axşam.az "d.maqazin"ə istinadən xəbər verir ki, müğənninin qardaşı dünyasını dəyişib. Mərhum bu gün vəfat edib. Qeyd edək ki, sənətçi qardaşının uzun müddətdir dializ xəstəsi olduğunu açıqlamışdı

16:39 651
.

İsrail 8755 fələstinlini əsir götürüb

Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən əsir alınan fələstinlilərin sayı 8755-ə çatıb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Edilən Heyət tərəfində

20:45 0