Sağlamlıq imkanları məhdud uşaqlarla necə davranılmalıdır? - Pedaqoqdan AÇIQLAMA

Sağlamlıq imkanları məhdud uşaqlarla necə davranılmalıdır? - Pedaqoqdan AÇIQLAMASağlamlıq imkanları məhdud uşaqların təhsil və tərbiyəsi orta ümumtəhsil məktəblərində də diqqət mərkəzindədir. Xüsusi qayğıya ehtiyacı olan bu uşaqların normal vətəndaş və şəxsiyyət kimi formalaşmasında elmin, təhsilin və tərbiyənin rolu böyükdür. Bəs dövlət bu uşaqlar üçün hansı imkanlar yaradıb? Bu sahədə hansı işlər görülməlidir?

BiG.AZ olaraq, mövzu ilə bağlı suallarımızı sağlamlıq imkanları məhdud uşaqların inkişafı üçün yazılmış "Uşaqlara nəyi necə öyrətməli?" kitabının müəllifi, xüsusi pedaqoq Zivər Xanlarovaya yönləndirdik.

Onun sözlərinə görə, uşaqların təhsilə cəlb olunmaları üçün davamlı olaraq cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır:

"Təhsil, təlim, tərbiyə hər bir uşağın inkişafında vacib olduğu kimi, sağlamlıq imkanları məhdud uşaqların inkişafı üçün də əhəmiyyət daşıyır. Digər uşaqlar kimi, əlilliyi olan uşaqların da təlim-tərbiyəsinə erkən yaşlardan başlamaq vacibdir. Dövlət tərəfindən bu uşaqlara daim diqqət və qayğı göstərilir, imkanlar yaradılır. Bir çox Uşaq Bərpa Mərkəzlərinin, xüsusi təhsil məktəblərinin, internat evlərinin binalarının əsaslı təmiri, yeni inşa olunan binaları, o cümlədən, mənim də fəaliyyət göstərdiyim 11 nömrəli xüsusi təhsil məktəbinin Birinci vitse-prezident Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Nərimanov rayonunda yeni binasının müasir səviyyədə inşa edilib istifadəyə verilməsi və davamlı görülən bu kimi işlər sözügedən sahəyə diqqət, qayğının göstəricisidir. Dövlət tərəfindən şərait yaradılarkən, hər kəs də öz sahəsində bu övladlarımıza qarşı üzərinə düşən vəzifədə məsuliyyətli olmalıdır. Buna baxmayaraq, təəssüf ki, müxtəlif səbəblərdən sağlamlıq imkanları məhdud uşaqların içində hələ də təhsildən kənarda qalanlar var:

"Əlilliyi olan uşaqların bir çoxunun xüsusi təhsil məktəblərinə yaxın ərazidə yaşamaması da onların təlim-təhsilləri ilə bağlı çətinliklər yaradır. Bu və digər problemlərin köklü həlli, ümumtəhsil məktəblərində bütün uşaqlara təhsilin əlçatan olması, təhsildə müxtəlif ehtiyacların ödənilməsi üçün ən uyğun yol insan hüquqlarına əsaslanan inklüziv təhsilin inkişafı və düzgün tətbiq edilməsidir.

Artıq 2017-ci ildən inklüziv təhsilin inkişafı üzrə ölkəmizdə Dövlət Proqramı təsdiq edilib. Bu sahədə işlər görülür. Təhsil qanununda ən son dəyişikliyə əsasən, inklüzivlik ümumi təhsilin təşkilinə qoyulmuş tələblər pedaqoji prosesin əsas prinsiplərindəndir. O baxımdan, ümumi təhsil məktəblərinin müəllimləri də sağlamlıq imkanları məhdud uşaqların xüsusiyyətləri barədə məlumatlanmalı, maariflənməli, bu sahədə bacarıqlarını artırmalıdırlar. Ümid edirəm ki, inklüziv təhsil forması ölkəmizdə də inkişaf edərək, ümumi təhsil məktəblərində düzgün tətbiq olunacaq. Beləcə, övladlarımızın təlim-təhsillə bağlı qarşılaşdıqları problemlər aradan qalxacaq".

"Cəmiyyət olaraq, onlara qarşı necə davranılmalıdır ki, onlar özlərinə təcrid olunmuş və ya bizdən fərqli hiss etməsinlər?" sualına isə Zivər Xanlarova belə cavab verib:

"Öncə cəmiyyətdə hər birimiz, valideyn, müəllim, həkim, qohum, qonşu və s. olaraq, onlara qarşı öz üzərimizə düşən vəzifəmizi yerinə yetirməliyik. Onların özlərini təcrid olunmuş hiss etməmələri, dəyərli hiss etmələri üçün, cəmiyyət olaraq, hər birimiz əlilliyi olan insanlara diqqət, qayğı göstərməli, amma yazıq kimi baxmamalıyıq. Onların da bizim kimi olduğunu bilib, düşünüb hiss etməliyik. Düşüncəmiz necə olarsa, davranışımız da elə olar ki, bu da əlilliyi olan insanlarımıza öz təsirini göstərər".

Aysel SƏFƏRZADƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 456   Tarix: 14 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 171
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

05.05.2024 155
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

05.05.2024 168
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

05.05.2024 368
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 163
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

05.05.2024 215
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 112
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

05.05.2024 149
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

05.05.2024 168