Zeynəb Xanlarovanın "ölümü" Türkiyə parlamentində - FOTO

Zeynəb Xanlarovanın "ölümü" Türkiyə parlamentində - FOTOSSRİ dövründə Türkiyədə konsert verən azərbaycanlı sənətçilər arasında Rəşid Behbudov və Zeynəb Xanlarova geniş rezonans yaradıblar. Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin, eləcə də İğdır, Qars bölgəsindən olan vətəndaşların bu sevgi seli hər iki müğənni haqqında mətbuatda yazıların yer almasına səbəb olub. Bu dövrdə Zeynəb xanımla bağlı qəribə bir hadisə də yaşanıb. Belə ki 1970-ci ildə Türkiyə konsertindən sonra SSRİ xüsusi xidmət orqanlarının Zeynəb Xanlarovanı öldürməsi xəbəri yayılıb.

1970-ci ildə Z.Xanlarova Türkiyənin İstanbul, Ankara, İzmir şəhərlərində konsert verib. "Azərbaycan" jurnalındakı xəbərə görə, mühacir azərbaycanlılar konsertlərdə geniş şəkildə iştirak ediblər. Məhz bu izdihamlı konsertlərdən sonra onun aradan götürülməsi şayiəsi Türkiyədə yayılıb, "Azərbaycan" jurnalında (271-ci say, 1970) "Səs sənətkarı Zeynəb Xanlarovanı kommunist ruslar öldürdümü?" başlıqlı xəbər dərc edilib.

Xəbərdə Zeynəb Xanlarovanın öldürülməsinin Türkiyə mətbuatında ajiotaj yaratdığı, İstanbul, Ankara, İzmir, Manisa, Adana, Amasya, Sivas, Ərzurum və Qars şəhərlərində böyük etirazlara səbəb olduğu, bu siyasi cinayəti SSRİ-nin hələ də yalanlamadığı bildirilib. Müğənninin sentyabr ayında baş tutacağı elan edilən konsertinin ləğv edilməsi xəbəri də sənətçinin öldürülməsi ehtimalını gücləndirib.

Buna görə də Türk Ocaqları Kültür Heyəti də bir bəyannamə dərc edərək hadisəni sərt şəkildə qınayıb: "Zeynəb Xanlarova türk sənət və ənənəsini Azərbaycanda təmsil edən, milli duyğu və şüuru dünyaya tanıdan böyük bir sənətkardır. Türkdür və türkçü idi. Bu inancı mahnıları və valları ilə nəsillərə ötürürdü. Sözləri, davranışları və mimikaları ilə türklük sevgisini dilə gətirir, bülbül səsi ilə ruhlara dolur və havada sallanan dəsmallar buğlanan göz yaşlarını silirdi. Sənətin təsiredici gücü açıq şəkildə görünürdü. Heç bir əsər və konfrans bu gücü göstərə bilməzdi. Şeyx Şamilə və minlərlə vətənsevər millətçiyə atılan güllələr ona da tuş gəldi. Moskva quldurları, qırmızı cəlladlar onu da qətl etdilər. Ömrünün bahar çağında idi, günahı türk olmaq, öz varlığına bağlı qalmaqdı... Heç bir zaman unutmamalıyıq ki, bu məlun mərmilərin hədəfi bütövlükdə türk dünyasıdır".

Böyük qalmaqal yarandığı üçün Qars senatoru Mehmed Hazer 9 iyul 1970-ci ildə Türkiyə Xarici İşlər naziri İhsan Səbri Çağlayan ilə bu sorğunu göndərib: "Bundan bir müddət əvvəl yurdumuza gələn, qatarla dönüşündə Qarsda simpatiya ilə qarşılanıb yola salınan, Ankara və İstanbulda türkcə konsertlər verən, dinləyicilərindən maraq və simpatiya topladığı öyrənilən Sovet vətəndaşı, türk əsilli Azərbaycan xalq musiqisi səs sənətkarlarından Zeynəb Xanlarovanın Rusiyaya qayıtdıqdan sonra öldürüldüyü haqqında xalq arasında həyəcan və üzüntü yaradan xəbərlər dolaşmaqdadır.

Bu xəbərlər son günlərdə Türkiyə mətbuatında da yer almışdır. Türkiyə ilə Rusiya arasında davam edən yaxşı qonşuluq və mədəni əlaqələr baxımından da tükürpədici belə bir halın olacağına ehtimal vermirik. Fəqət mətbuatda da yer almasına rəğmən bu mövzuda bu günə qədər hər hansı bir təkzib və ya açıqlama edilməmişdir. Bu da şayiələri qüvvətləndirməkdə və şübhələri artırmaqdadır. Türkiyə-Rusiya münasibətlərinin təməlinə təsir edəcəyi təbii olan bu vəziyyət qarşısında nə düşünüldüyünün Xarici İşlər naziri tərəfindən yazılı olaraq cavablandırılmasını rica edirəm".

Xarici İşlər Nazirliyi bu sorğuya bu şəkildə cavab göndərib: "Bir müddət öncə məmləkətimizdə uğurlu konsert turuna çıxan Azərbaycan xalq musiqisi sənətçisi Zeynəb Xanlarovanın öldürülməsi haqqında mətbuatda çıxan və məmləkətimiz ilə Sovet İttifaqı arasındakı mədəni əlaqələr üzərində xoş olmayan bir hava yarada biləcək dərəcədə xəbərlə bağlı olaraq nazirliyimiz tərəfindən Sovet İttifaqının Ankara səfirliyindən məlumat istənilmişdir. Sovet İttifaqı səfirliyinin səlahiyyətliləri bəhs edilən xəbərin tamamən yalan olduğunu bildirdikdən sonra sənətçi Zeynəb Xanlarovanın sağ olduğunu və məslək həyatına uğurla davam etdiyini nazirliyimizə rəsmi şəkildə bidirmişdirlər".

Türk Xəbər Agentliyi 30 sentyabrda yaydığı bülletenində də Z.Xanlarovanın öldürülməsi xəbərinin doğru olmadığını yazıb.

Qeyd edək ki, Zeynəb Xanlarova Qarsda olarkən oradakı azərbaycanlılar onu coşqu ilə qarşılayıb, müxtəlif fotoşəkillər çəkdiriblər. Həmin nadir şəkilləri təqdim edirik.\oxu.az

Zeynəb Xanlarovanın "ölümü" Türkiyə parlamentində - FOTOZeynəb Xanlarovanın "ölümü" Türkiyə parlamentində - FOTOZeynəb Xanlarovanın "ölümü" Türkiyə parlamentində - FOTOZeynəb Xanlarovanın "ölümü" Türkiyə parlamentində - FOTOZeynəb Xanlarovanın "ölümü" Türkiyə parlamentində - FOTOZeynəb Xanlarovanın "ölümü" Türkiyə parlamentində - FOTOZeynəb Xanlarovanın "ölümü" Türkiyə parlamentində - FOTOZeynəb Xanlarovanın "ölümü" Türkiyə parlamentində - FOTOZeynəb Xanlarovanın "ölümü" Türkiyə parlamentində - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5004   Tarix: 08 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

10:28 33
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

20:15 19
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

20:30 0
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

17:29 294
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

18:30 199
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

20:46 0
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 285
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

20:35 0
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

16:54 124