"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO

"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO"Azərkitab" kitab evində autizmli İlham Qasımovun "Bizim DÜNYAMIZ" adlı fərdi rəsm sərgisi və İlhamın bu istedadının üzə cıxmasında böyük rolu olan müəlliməsi Zivər Xanlarovanın "Uşaqlara nəyi necə öyrətməli?" kitabının təqdimat mərasimi olub.

BiG.AZ xəbər verir ki, maarifləndirici xarakter daşıyan tədbiri Ümidvar Könüllülər Təşkilatının  rəhbəri Nazilə Məhərrəmli açaraq  autizm spektor pozuntusu ile bağlı indiyə qədər gördükləri işlərdən danışaraq bu sərginin də o silsilədən oldugunu vurğulayıb. Daha sonra İlhamın timsalında autizmli uşaqların inkişafında effektiv təlim üsulu olan Lovaas metodu üzrə yazılan "Uşaqlara nəyi necə öyrətməli?" kitabının müəllifi Zivər Xanlarova kitab haqqında məlumat verib. Tədbirdə  "Sağlamlığa Xidmət" ictimai birliyinin sədri Elçin Muxtarlı, Sosial Xidmətlər Agentliyinin baş mütəxəssisi Vüsal Hətəmov, ADPU nun baş müəllimi, inklüziv təhsil üzrə təlimçi Gülşən Eminova, ADA məktəbinin muəllimi, əhəmiyyətli layihələrin icraçılarından biri Sevinc Quliyeva, "Uşaqlara nəyi necə öyrətməli?" kitabının redaktoru, həmçinin bir çox kitabların tərcüməçisi, redaktoru Şəfa Hətəmova, autizmli uşaqların valideynlərini  başına toplayaraq hər zaman onlara dəstək olan, autizmli gənc rəssam Şamxal Xələflinin anası Zəhra Xələfli və digər qonaqlar cıxış edərək fikirlərini bildiriblər. 

Bədii hissədə isə musiqi istedadı olan autizmli gənc Ayxan Quluzadənin peşəkar musiqiçi Şahin Əlizadə ilə birlikdə çox maraqlı çıxışı oldu. Onlar "Kücələrə su səpmişəm", "Ovuc ici qədər xoşbəxtlik yetər" mahnılarını böyük coşqu ilə ifa ediblər.  Daha sonra valideyinləri ilə tədbirə qatılan digər autizmli gənclər də bəstəkar,müəllimə Arzu Səmədqızının müşayəti ilə onlara qoşulub. 

Öz bəstələri ilə hər zaman autizmli uşaqlara dəstək olan bəstəkar Sevinc Tofiqqızı da sərgidə iştirak edib. Sonda autizmli uşaqların valideynlərinə "Uşaqlara nəyi necə öyrətməli" kitabı hədiyyə edilib. İştirakçılar İlhamın gözəl əsərləriylə tanış olaraq, onları öz sevimli məkanlarından asmaq üçün müəyyən məbləğ ödəyib əldə ediblər. Əsərlərin satışından əldə olunan vəsait İlhamın yaradıcılıgını daha da inkişaf etdirməsi məqsədi ilə ailəsinə verilib. 

Sevindirici hal idi ki, tədbirdə iştirak edən digər uşaqlar da autizmli uşaqlarla birlikdə çox gözəl ünsiyyət qurublar. 

Qeyd edək ki, "Uşaqlara nəyi necə öyrətməli?" kitabının ilk nəşri "Sağlamlığa Xidmət" ictimai birliyinin dəstəyi ilə nəşr edilərək valideynlərə, mütəxəssislərə təmənnasız olaraq paylanılıb.

Kitab ikinci dəfə yenidən çap edilib. İkinci nəşrindən əldə olunan  gəlir isə "Ümidvar Könüllülər Təşkilatı vasitəsilə aztəminatlı ailənin autizmli uşağının ehtiyacları üçün ianə edilir.
"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTOAysel SƏFƏRZADƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 565   Tarix: 08 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643